Əsrə bərabər 25 il
Əsrə bərabər 25 il
Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyasının 25 illiynə həsr edilmiş tədbir keçirilib
Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr edilmiş geniş tədbir keçirilib. Tədbirdə YAP İcra katibinin müavini Siyavuş Novruzov, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Nəsimi rayon YAP sədri Məlahət İbrahimqızı, YAP Qadınlar Şurası Idarə Heyətinin üzvü Rəna Əliyeva, Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Sara Həsənova, YAP Yasamal rayon Qadınlar Şurasının sədri Tamella Şahbazova, Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Suraxanı rayon Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva, millət vəkilləri Sahibə Qafarova, Sevinc Fətəliyeva, Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov iştirak ediblər.
Tədbir iştirakçıları yığıncaqdan öncə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə əklil və gül dəstələri qoyublar.
BSU-nun konfrans zalında baş tutan tədbiri universitetin rektoru, professor Nurlana Əliyeva açaraq Yeni Azərbaycan Partiyasının ötən 25 il ərzində müasir Azərbaycanın dinamik inkişafında oynadığı son dərəcə mühüm roldan bəhs edib.
O, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə yaradılmış Yeni Azərbaycan Partiyasının ölkəmizi bir çox sınaqlardan uğurla keçirdiyini, xalqımızın ideya və arzularını yüksək səviyyədə təmin etdiyini bildirib. N.Əliyeva bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında YAP-ın milli maraqlarımızı ləyaqətlə təmsil etdiyini, hər bir vətəndaşın siyasi və iqtisadi idealını gerçəkləşdirməyə çalışdığını, ölkımizin hərtərəfli inkişafına öz töhfələrini verdiyini qeyd edib. O, ölkə başçısının səsləndirdiyi “YAP bu gün təkcə ölkəmizin aparıcı siyasi qüvvəsi deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük partiyasıdır” fikrini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.
N.Əliyeva Yeni Azərbaycan Partiyasının gənclər siyasəti və yeni nəslə qayğısı barədə danışarkən Azərbaycanın ilbəil artan iqtisadi qüdrətinin gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunmasında, sosial problemlərinin həllində mühüm rol oynadığını nəzərə çatdırıb. O, bu gün Azərbaycanın iqtisadi nailiyyətlərinin innovativ ideya və təşəbbüslərin dəstəklənməsi, gənclərin bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verdiyini bildirib. O, Yeni Azərbaycan Partiyasının sıralarına tələbə-gənclərın daha çox qatılmasını Yeni Azərbaycan Partiyasına gəncliyin etimadı kimi dəyərləndirib. N.Əliyeva, ümumiyyətlə, 2016-ci ildə universitetdə 172 müəllim, 208 tələbənin Yeni Azərbaycan Partiyasının üzvü olduğu halda, 2017- ci ildə bu rəqəmlərin müvafiq olaraq 285 və 331 nəfərə çatdığını bildirib. Rektor bu gün gənclərin dövlət quruculuğunda, ölkəmizin siyasi nüfuzunun, iqtisadi gücünün artmasında, mənəvi-mədəni potensialının yüksəlməsində öz güclərini sınamağa çalışdığını söyləyib.
N.Əliyeva ölkəmizin müdafiə qüdrətinin güclənməsində Azərbaycan gəncliyinin mühüm rolundan danışıb. O, ötən ilin aprel ayında baş verən döyüşlərdə Azərbaycanın gənc əsgərlərinin göstərdiyi şücaət və qəhrəmanlığı tarixi bir nümunə kimi dəyərləndirib və bildirib ki, ordumuzun gücü ilə biz qısa zamanda torpaqlarımızı bütünlüklə düşmən tapdağından azad edə bilərik. “Ancaq biz qan tökülmək, qırğınlara yol vermək istəmirik, buna görə dinc yolla itirilmiş ərazilərimizi qaytarmaq istəyirik”.
N. Əliyeva bu gün cəmiyyətin ən fəal hissəsi olan gənclərin respublikamızın sosial, iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirakını təqdirəlayiq hal kimi qiymətləndirib: “Ümumiyyətlə, gənclər elm, təhsil, mədəniyyət, idman və hərbi hazırlıq sahəsində uğurlar qazanaraq Azərbaycanın dünyada tanıdılmasına, vətənimizin qorunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə layiqli töhfələr verirlər”.
N.Əliyeva dünyada elm və texnikanın bugünkü sürətli inkişafı şəraitində gənclərimizin mükəmməl təhsil almasının və biliklərə dərindən yiyələnmsinin vacibliyini vurğulayıb. N.Əliyeva bunun üçün Bakı Slavyan Universitetində hər cür şəraitin olduğunu bildirib və gəncləri bu imkandan bəhrələnməyə çağırıb.
N.Əliyeva onu da qeyd edib ki, BSU-nun professor müəllim heyəti, universitetdə təhsil alan gənclər zəmanəmizin bayraqdarı olan Yeni Azərbaycan Partiyası ətrafında daha sıx birləşir.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxışına Ümummilli Liderin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid bəzi faktları sadalamaqla başlayıb. O, Ümummilli Liderin bütün zamanlarda-həm Sovet dövründə, həm müstəqillik uğrunda mübarizə illərində, həm də müstəqil Azərbaycanda dövlət quruculuğu dönəmində xalq sevgisi və məhəbbəti ilə əhatə olunduğunu diqqətə çatdırıb. S.Novruzov bunun səbəbsiz olmadığını, Heydər Əliyevin müstəsna şəxsiyyəti ilə, millətə, xalqa, Azərbaycana bağlılığı ilə izah edib.
S.Novruzov YAP-ın idarəçilik tarixini Azərbaycanın şərəf tarixi kimi dəyərləndirib. O, partiyanın uğurlarını onun təməlinin düzlük və təmizlik üzərində qurulması ilə əlaqələndirib.
İcra katibinin müavini bu gün partiya sıralarının 40 faizini gənclər təşkil etdiyini bildirib. Amma partiyada qadınların xüsusi fəallıqla seçildiyini xüsusi vurğulayıb.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışına ölkə başçısının bu günlərdə YAP-ın 25 illik yubileyi ilə bağlı məruzəsində irəli sürülən müddəalarla başlayıb. O, Prezidentin çıxışının proqram xarakterli olduğunu və partiyanın hər bir üzvünün qarşısında konkret vəzifələr qoyduğunu bildirib. Bu vəzifələrin isə xalqın həyatının, ölkənin sosial iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına hesablandığını deyib. A.Əsgərov Yeni Azərbaycan Partiyasının ölkənin iqtisadi yüksəlişində oynadığı rolu bir faktla qeyd edib: “H.Əliyevin rəhbərliyi altında Yen Azərbaycan Partiyası hakimiyyətə gələndə ölkənin Ehtiyat Fondunda cəmi 1 milyon vəsait var idi, indi isə həmin rəqəm 50 milyona çatıb”.
BSU-da YAP-ın sədri Sevinc Axundova Yeni Azərbaycan Partiyasının 25 illik tarixi yoluna qısa bir nəzər salaraq bunu “uğurlar və nailiyyətlər dövrü” kimi
xarakterizə edib. O, partiyanın çox ağır bir dövrdə hakimiyyətə gəldiyini, həmin ərəfədə ölkədə bir milyondan artıq qaçqın və köçkünün olduğunu, iqtisadiyyatın tam dağıldığını, etnik-dini zəmində konfliktlərin baş alıb getdiyini xatırladıb. O, Yeni Azərbaycan Partiyasının qısa müddətdə ölkəni böhranlı vəziyyətdən çıxardığını, nəhəng iqtisadi inkişaf yoluna keçirdiyini vurğulayıb. S.Axundova YAP-ın bu gün dünyanın bir çox ölkələrinin ciddi siyasi qurumları ilə əməkdaşlıq etdiyini, beynəlxalq inteqrasiya prosesində mühüm rol oynadığını diqqətə çatdırıb.
Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov çıxışında bu gün ölkədə gedən quruculuq və abadlıq işləri barədə məlumat verib. O, ölkədə 4147 məktəbdən 3 mininin yenidən qurulduğunu vurğulayıb. Nazirliyin əməkdaşı 25 ilin böyük zaman olmasa da, Azərbaycanın sosial-iqtisadi həyatında əsrə bərabər bir zaman olduğunu bildirib.
BSU-nun tələbəsi Sevinc Əlizadə Yeni Azərbaycan Partiyasının gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd edib. O, vurğulayıb ki, dövlətin gənclər siyasətinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsidir.
Tədbirin gedişində YAP-a üzv olmaq üçün müraciət edən 19 nəfərə partiyanın üzvlük vəsiqəsi təqdim edilib.
BSU-nun Mətbuat xidməti
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
- Vəkil nazirə fermerlərin saxta sənəd düzəltmə səbəbini yazdı – qoyunları qırxmaq, çimizdirmək...
6 aprel 2024 15:04
- İstədiyimiz nəticəni əldə edə bilmədik - Ərdoğan seçkidən danışdı
1 aprel 2024 10:30
- Gözlərinə mismar vurulub diri-diri basdırılanlar: Yaşı bir əsri ötən dəhşətli faciənin hekayəsi (VİDEO)
31 mart 2024 12:37
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- Səfərə çıxanlar oruc tuta bilərmi? - Şeyxin müavinindən AÇIQLAMA
22 mart 2024 15:48
- Azərbaycanda kiçik məktəblər ləğv olunur - Bəs şagirdlər, müəllimlər ?
22 mart 2024 14:17
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20