"Milyonçu qadın" ləqəbli Rəbiyə Qədir kimdir?
Dünya19 noyabr 2017 00:36
Rəbiyə Qədir 1947-ci il yanvar ayının 21-də Sincan Uyğur Muxtar Vilayətinin Altay şəhərində anadan olub. Kasıb bir ailədə böyüyən Rəbiyə orta təhsilini Altay şəhərində alıb. 1965-ci ildə 18 yaşında ikən ailə həyatı quran Rəbiyə vilayətin digər şəhəri Ağsuya köçür.
Çində mədəni inqilab illərində öz həyat yoldaşı ilə birlikdə dini paltar biznesi ilə məşğul olan R.Qədir belə bir təcarətlə məşğul olmasına görə, bir müddət sonra yüksək dairələr tərəfindən düşmən və möhtəkir elan edilir ki, bu da sonda onun öz həyat yoldaşından boşanması ilə nəticələnir.
1981-ci ildə Rəbiyə Qədir elm xadimi Siddiq Ruzi ilə ailə həyatı qurur. Bu izdivacdan sonra cütlük Sincan Uyğur Muxtar Vilayətinin mərkəzi şəhəri olan Urumçiyə köçür. Artıq özünü işadamı kimi təsdiqləməyə başlayan Rəbiyə Urumçidə uyğur etnik mallarının satıldığı univermaq açır. 1985-ci ildə Rəbiyə Qədirin sahib olduğu ticarət məkanının sahəsi 14 000 kv metr təşkil edirdi. Getdikcə biznesini genişləndirən R.Qədir imkanlarının çoxalması ilə paralel olaraq, həm bir çox uyğur türkünü də işlə təmin edir, həm də onların maariflənməsi ilə məşğul olurdu. Rəbiyə Urumçi şəhərində müsəlman qadınların iş həyatına daxil edilmələri üçün "Min ana” layihəsini həyata keçirir. Çin hökuməti azlıqlar arasından çıxan ən müvəffəqiyyətli qadın kimi Rəbiyəni nümunə göstərir.
SSRİ-nin süqutu illərində Rəbiyə Qədir o vaxta qədər topladığı 200 milyon iyenlə ticarətini daha da genişləndir. Aradan bir neçə il keçdikdən sonra uyğur işadamı Çinin ən varlı 5 şəxsindən birinə çevrilir. Uğurlu biznes karyerası quran Rəbiyə Qədir "milyonçu qadın” ləqəbini alır. Rəbiyə Qədir Çin, Rusiya və Qazaxıstanla ticarət əlaqələri quran 8 kompaniyanın birləşdiyi holdinqə rəhbərlik edir. O, öz iş karyerasından söhbət açarkən heç vaxt dövlətdən bir qəpik belə yardım almadığını bildirirdi. Camaşırxana biznesi ilə iş həyatına atılan R.Qədir biznesini supermarketlər zənciri ilə inkişaf etdirir.
Fəaliyyəti
1994-cü ildə Çinin ən varlı yeddinci şəxsi sayılan Qədir 1997-ci ilə qədər deputat olub. 1997-ci ildə deputat mandatı əlindən alınıb və həbsə atılıb. 8 il həbs cəzasına məhkum edilən Qədir həbsxanada insan haqları sahəsində mübarizə aparıb və bu səbəbdən bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. ABŞ və beynəlxlaq təşkilatların təzyiqi ilə Çin hökuməti 2005-ci ildə onu azadlığa buraxmağa məcbur olub. 2006-cı ildə Nobel sülh mükafatına layiq görülən Qədir ABŞ-da məskunlaşıb. 2005-ci ildən bu yana ABŞ-da yaşamaqda və Uyğurların səsini dünyaya eşitdirməyə çalışmaqdadır.
2006-cı ildə Dünya Uyğurlar Qurultayı (WUC) başçısı seçilmişdir.
2007-ci ilin iyun ayında alman yazıçısı Aleksandra Kaveli R.Qədirin həyat və yaradıcılığından bəhs edən kitab qələmə alır. Kitabın adı "Böyük ideyaçı qadın”dır.
Sincan Uyğur Muxtar Vilayətindəki uyğur türklərinin hüquqlarını müdafiə edən R.Qədir müsahibələrində dəfələrlə bütün uyğur təşkilatlarının sülh uğrunda mübarizə apardığına inandığını bildirir.
2007-ci ildə o, Çexiyanın paytaxtı Praqada demokratiya və təhlükəsizlik mövzusuna dair keçirilən beynəlxalq konfransda iştirak edir.
2009-cu ilin iyul ayının əvvəllərində Çinin Sincan Uyğur Muxtar Vilayətində iki uyğur türkünün öldürülməsi ilə hökumət və uyğur türkləri arasında toqquşmalar başlayır. R.Qədir bu toqquşmalarda Çin polisinin 1000-dən çox uyğuru qətlə yetirdiyini bildirir. Çin hökuməti isə öz növbəsində Sincanda baş verən hadisələrə görə, R.Qədiri günahlandırır.
Ailəsi
İki dəfə ailə həyatı quran R.Qədərin 11 övladı var. Hal-hazırda o, ABŞ-ın Virciniya ştatının Feyrfaks şəhərində yaşayır.
Mənbə: bizplus.az
Oxşar xəbərlər
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Terrorçuların daha bir vəhşiliyi üzə çıxdı - Qaçarkən uşağı...
23 mart 2024 22:09
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- Xaçmazda qadın özündən 39 yaş kiçik qohumu tərəfindən öldürüldü... VİDEO
23 mart 2024 18:31
- Özünü ölülüyə vuraraq terrorçulardan xilas ola bilib
23 mart 2024 17:03
Xəbər lenti
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29
Video & Fotoqalereya
Video
Fotoqalereya