Yunanıstanın səfiri BSU-da olub
21 noyabr tarixində Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos Bakı Slavyan Universitetində (BSU) olub.
Qonaq əvvəl BSU-da fəaliyyət göstərən Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzində yunan dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb, onlarla dialoqa girib. Səfir burada keçdiyi həyat yolundan, diplomatik fəaliyyətindən. incəsənətə marağından söhbət açıb və gənclərə tövsiyyələrini verib.
Sonra səfiri BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edərək, Yunanıstanla Azərbaycan Respublikası arasında bütün zamanlarda səmimi dostluq və qardaşlıq münasibətlərinin olduğunu bildirib. O, səfirin çoxillik diplomatik fəaliyyəti barədə məlumatlı olduğunu qeyd edərək, onun uzun zaman müxtəlif ölkələrdə Yunanıstanı təmsil etməklə bərabər, həm də istedadlı rəssam, sənət adamı olmasını da diqqətə çatdırıb.
Rektor Bakı Slavyan Universitetində Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyini, burada 46 nəfər tələbənin qədim ellada xalqının dilini, tarixini, mədəniyyətini, etnoqrafiyasını öyrəndiyini deyib. N.Əliyeva Yunanıstanın tarixin ən qədim dövrlərindən öz alim və filosofları ilə, ədəbiyyat və incəsənət xadimləri ilə dünyada tanındığını vurğulayıb. O, Azərbaycanın orta və ali məktəblərində Homerin “İlliada” və “Odesseya” əsərlərinin tədris olunduğunu, hər zaman sevilə-sevilə oxunduğunu deyib.
BSU rektoru Azərbaycanın müstəqillik tarixinin bir o qədər də uzun olmadığını, bununla bərabər dünyanın aparıcı dövlətləri ilə bir cərgədə dayandığını söyləyib. O, BSU-nun Yunanıstan Respublikasının bir çox universitetləri ilə yaxın əlaqələrə malik olduğunu, tələbə -müəllim mübadiləsi apardığını, Yunanıstan səfirliyinin Bakı Slavyan Universitetində keçirilən “Səfir saat”larında fəal iştirak etdiyini nəzərə çatdırıb
Rektor ötən bir çox ölkələrin səfirliklərinin Azərbaycanda fəaliyyətə başlamaları ilə bağlı yubiley tədbirlərini BSU-da keçirdiklərini deyib. O, Rusiyanın, Belarusun, Ukraynanın və digər ölkələrin prezidentlərinin Bakı Slavyan Universitetində qonaq olduğunu, tələbələrlə görüşdüyünü diqqətə çatdırıb.
Yunanıstan Respublikasının Azərbaycandakı səfirliyinin keçirmək istədiyi tədbirlərə ev sahibliyi etməyə hazır olduqlarını bildirən rektor həm də BSU-nun Yunanıstan universitetlərindən biri ilə beynəlxalq elmi konfrans keçirmək arzusunu dilə gətirib.
N.Əliyeva Azərbaycan xalqının sülhsevər, multikultural dəyərlərə sadiq olduğunu vurğulayıb və qeyd edib ki, dövlətimiz öz torpaqlarını hərbi yolla geri qaytarmağa qadirdir, lakin biz müharibə istəmədiyimizdən məsələni danışıqlar yolu ilə,qan tökülmədən həll etmək istəyirik.
Səfir Nikolaos Kanellos cavab nitqində Azərbaycanda olmasından şərəf duyduğunu bildirib. O, sentyabr ayından Bakıda olsa da, artıq Azərbaycan təhsilinin əsas prinsipləri ilə tanış olduğunu, onun mütərəqqi bir sistemi özündə ehtiva etdiyini qeyd edib.
Diplomat BSU-da 11 ölkənin mədəniyyət mərkəzinin olmasını yüksək dəyərləndirərək, həmin ölkələrin səfirlərinin BSU-da bir araya gələrək “Təhsilin gələcəyi-Azərbaycanın gələcəyi” mövzusunda bir dəyirmi masanın keçirilməsinin arzuedilən olduğunu vurğulayıb. O, bunu birbaşa səfirlik və ya BSU-da fəaliyyət göstərən Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzi vasitəsilə etməyin mümkünlüyünü qeyd edib.
Görüş zamanı tədbirin əsas detalları da müzakirə mövzusu olub, onun fevral ayında keçirilməsi planlaşdırılıb. Səfir BSU rəhbərliyini öz ölkəsinə dəvət edib. O, məqsədinin həm ölkələrarası münasibətlərin daha da inkişaf etdirilməsi, həm də təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsi olduğunu bildirib.
Görüşün sonunda BSU-nun rektoru qonağa hədiyyələr bağışlayıb. Səfir isə öz rəsm əsərlərindən ibarət kitabı universitet rəhbərliyinə təqdim edib.
BSU-nun Mətbuat xidməti
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 2024 11:16
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04