İran Aşıqlar Birliyindən Azərbaycan Aşıqlar Birliyinin sədrində Sərt Cavab
Müsahibə22 noyabr 2017 00:43
"Mən bir müddət əvvəl demişdim ki, "İranda Aşıq Ədalətin adına bir məclis keçirmək qərarındayıq. Amma İranda 2 ay Məhərrəm və Səfər aylarında heç bir festival keçirilməz. Məcburən, 2 aydan sonraya qaldı”. Mən dediyim sözü ağasıyam və bilin ki, təkcə mən yox İranda bütün aşıqlar Dədə Ədalətə həmişə böyük məhəbbət bəsləyiblər”.
Bunu Modern.az-a yazdığı məktubda İran Aşıqlar Birliyinin sədri Aşıq Səlcuq Şahbazi bildirib. O, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının İran Aşıqlar Birliyinin ünvanına səsləndirdiyi ittihamlara etiraz edib:
Mən bilmirəm Məhərrəm Qasımlı osözlərin altından necə çıxacaq və nəyin də əsasında belə söyləyib. Modern.az-a müsahibəsində deyib ki, "İranda Aşıqlar Birliyi adında rəsmi təşkilat yoxdur. Orada 20-yə yaxın belə adam özündən təşkilat uydurub. Səlcuq Şahbazi də həvəskar adamlardan biridir”.
Bu adam həddini aşaraq, belə deməklə bizi bir növ təhqir edir. Ona deyin ki, inanmırsa ya İranın Azərbaycandakı səfirinə ya da Azərbaycanın İrandakı səfirinə rəsmi məktub yazıb, soruşsun ki, bizdə Aşıqlar Birliyi var yoxsa yox?
Məhərrəm Qasımlı "İranda Aşıqlar Birliyi yoxdur” deməklə elə onu tanıyan nazirliyin fəaliyyətinə niyə qara yaxır? Axı iran Aşıqlar Birliyinin Tehranda keçirilən möhtəşəm açılış tədbirinə bizim rəsmi dəvətimizə əsasında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi də və Azərbaycanın Tehrandakı səfiri də iştirak edirdi. Belə çıxır ki onlar hara və nəyə getdiklərini bilməyiblər? Ya da ki, İranın dövlət adamları o tədbirdə niyə iştirak etdiklərini bilmirdilər? Ya da ki bizim rəsmi dəvətimiz əsasında Azərbaycanın Mədəniyyət və Turizm nazirliyi dəfələrlə bizim tədbirlərə nümayəndə göndərəndə səhv edib?”.
Səlcuq Şahbazi Məhərrəm Qasımlının onun tanımaması haqda dediklərilə də razılaşmayıb:
"Məhərrəm Qasımlı deyir ki, "Səlcuq Şahbazi adında adam tanımıram”. O məni necə tanımır ki, mən Bakıda keçirilən iki aşıq festivalında iştirak etmişəm (2010 və 2014). Belə çıxır ki onun heç o festivallardan xəbəri olmayıb? Necə məni tanımır ki Bakıda aparıcısı olduğu tədbirlərdə mənim adımı elan edib, çıxış üçün söz verib (bunları təsdiq edəcək videolar var əlimdə)”.
Səlcuq Şahbazi bildirib ki, Tehranda Aşıq Ədalətin adına festival keçirmək və özünü də dəvət etmək istəyib:
"Festival keçirib Dədə Ədalətin şöhrətini İranda bir az da yaymaq istəmişəm.O zaman xəstə deyildi. Bu haqda Bakıda onun öz evində söhbətimiz olub, o da razılaşmışdı. Həmin söhbətdə mənimlə birlikdə böyük şairimiz Şəhriyarın oğlu da olub. Dediklərimi sübut edəcək səs yazısı da var əlimdə.
Amma elə ki bu xəbər Məhərrəmə çatdı, Ədaləti cürbəcür bəhanələrlə qoymadı Tehrana gəlməyə. O vaxtlar bunu boynuna almırdı ki, "Ədalət özü getmədi, mənlik deyil”. Amma indi heç olmasa etdiklərini boynuna alır. Qaldı ki, Dədə Ədalətin müaicəsinə kömək etməyə, bəli, mən demişəm gəl Tehrana bütün xərclərini də özüm çəkəciyəm. Bunu da Dədə Ədalətin və sənətin qarşısında özümə borc bilmişəm. Bəs görəsən Məhərrəm özü hansı yardımı göstərdi Dədə Ədaləti sağaltmaq üçün? Mən iki il əvvəl Azər Xanlaroğlu üçün də eyni təklifi etmişdim. O zaman sizin mətbuata müsahibə verən Məhərrəm Qasımlı isə demişdi ki, "Azər Xanlaroğlu Dədə Ədalət deyil ki, ona görə mən ölkənin böyüyünə müraciət edim”. Yaxşı bəs nə oldu, Ədalətin özü xəstələnəndə niyə eləmədi bunu? Dədə Ədaləti Tehrana dəvət etməkdə guya mənim məqsədimin pul qazanmaq olduğunu deyən Məhərrəm Qasımlı görəsən mən onu məhkəməyə çəksəm, dediklərini necə sübut edəcək? Amma mən deyə bilərəm ki, o özü hər şeydə pul güdür. Ondan soruşun görək aprel ayında Moskvaya nəyə getmişdi? Borçalı aşığı Ramin Moskvada konert verib pul qazanmaq istəyirdi, bəs Məhrrəm niyə getmişdi ora? Konsertin afişinə öz şəklini də vurdurmuşdu. Özü də Ramin başqa ölkədən ola-ola. İnanmırsınızsa internetdə axtarıb afişi tapa bilərsiniz. Məhərrəm Qasımlı mənim adıma dedikləri şər və böhtana görə mütləq cavabını alacaq”.
Oxşar xəbərlər
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
Xəbər lenti
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
Video & Fotoqalereya
Video
Fotoqalereya