İndi də Ramiz Məlik xalq artistini məhkəməyə verdi
200 minlik məhkəmə iddiasının qabağında xalq artisti əl-qolunu sallayıb oturmaq fikrində deyil
Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovaya qarşı məhkəməyə iddia ərizəsi verməyə hazırlaşır və artıq bununla bağlı müvafiq materialları toplayır.
Bu barədə Sputnik Azərbaycan-a Məlikin vəkili Türkel Süleymanlı məlumat verib.
Onun sözlərinə görə, Əsədovanın Məlikə qarşı məhkəmə prosesi artıq başlayıb. Noyabrın 22-də Nəsimi rayon məhkəməsində iş üzrə ilkin məhkəmə iclası keçirilib, lakin cavabdeh tərəfin vəkili prosesdə iştirak etməyib.
Xatırladaq ki, Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorları arasına düşən nifaq alması Məleykə Əsədovanın şortu, daha doğrusu zahiri görkəmi olub. Məlik aktrisanın ünvanına tənqid yağdıraraq bildirib ki, xalq artisti adını daşıyan şəxs sosial şəbəkələrə açıq-saçıq, eləcə də mini-şortikdə çıxmamalıdır. Onun sözləri Əsədovanı özündən çıxarıb və o, Ramiz Məliki məhkəməyə vermək qərarına gəlib.
Süleymanlı qeyd edib ki, Əsədova Məlikdən, şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir. Aktrisa hesab edir ki, həmkarı onun şərəf və ləyaqətini alçaltmaqla yanaşı, işgüzar nüfuzuna da xələl gətirib və onu oxucuların qarşısında şantaj edib.
"Qeyd etmək lazımdır ki, Məlik Əsədovadan üzr istəyib və teatrda bu anlaşılmazlıq yoluna qoyulub. Lakin sonradan hər şey başlanğıc vəziyyətə qayıdıb. Əsədova Məlikin həyat yoldaşına zəng edərək onu və ərini təhqir edib, şiddətlə hədələyib. Onun qanunsuz hərəkətlərinə qarşı sübut kimi bizim əlimizdə səs yazısı və çap olunmuş materiallar var. Məlik sadəcə ona irad bildirib, o isə əvəzində Məlikin özünü və ailəsini təhqir edib" — deyə vəkil bildirib.
Ramiz Məlik geyiminə bildirdiyi iraddan sonra onun ailəsinə zəng edib narazılığını bildirən Əsədova haqqında növbəti dəfə daha kəskin ifadələr işlədib: "Mamedi bir günlük gətirib özünə toy etdin. Fahişə elə fahişədir. Səni bütün Azərbaycan tanıyır. Mən nə etmişəm ki? Sadəcə bir ağsaqqal kimi məsləhət gördüm ki, şortikdə şəklini paylaşma. Tərbiyəsiz sənsən 6 yaşın olanda atan ananı fahişəliyinə görə atıb getdi. Adamın nə qədər sponsoru olar?"
Məlik sonra Məleykə Əsədovadan onun ünvanına işlətdiyi sözləyə görə, üzr istəyib.
"Mən istəyirəm ki, bu söz-söhbətə birdəfəlik son qoyam. Son zamanlar əsəbi olmağım bəzi problemlərə səbəb olur. Xalq artisti Məleykə Əsədova ilə aramızda baş verən məlum hadisəyə görə çox təəssüf edirəm. Əsəbi olmuşam, dediklərim həqiqəti əks etdirmir. Məleykə Əsədova ilə bir neçə tamaşada tərəf müqabili olmuşam, illər boyu bir-birimizə hörmət etmişik. Onun haqqında statusu təhqir etmək üçün yazmamışdım. Sadəcə, anlaşılmazlıq olub. Məsələnin bu dərəcəyə gəlib çıxmasını düşünməzdim. Mən ona yaradıcılığında yeni uğurlar arzu edirəm. Məleykə, biz səninlə neçə illərin dostu olmuşuq. Anlaşılmazlıq olduğuna görə, bir-birimizi başa düşməmişik. Mən böyük kimi səndən üzr istəməyi özümə borc bilirəm" — deyə Məlik bildirib.
Lakin görünür, xalq artistləri məsələni sülh yolu ilə həll etmək niyyətində deyillər. Son sözü məhkəmə deyəcək.
NUH.az
Oxşar xəbərlər
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 2024 09:44
- Bu gün İlaxır çərşənbədir
19 mart 2024 09:30
- Prezident Xankəndi ilə bağlı faktları açıqladı
18 mart 2024 21:06
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 2024 12:38
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 2024 21:21
- Putin gedir, Rusiya parçalanır?.. - 5 ssenari
17 mart 2024 20:59
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 2024 19:10
- Fahişələrin sayı niyə ARTIR? – İntim xidmət və QİYMƏTLƏR
17 mart 2024 14:29
- QATİL QOÇ yetişdirmək istəyən genetik həbs olundu
17 mart 2024 13:26
- Azərbaycanda uşaqları bu valideynlərindən alacaqlar
17 mart 2024 10:55
Xəbər lenti
- İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir
19 mart 16:30
- Ölkənin baş notariusu işdən çıxarıldı (FOTO)
19 mart 16:24
- Bakcell maraqlı paylaşım edib
19 mart 16:12
- Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
19 mart 15:59
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 09:44
- Bu gün İlaxır çərşənbədir
19 mart 09:30
- Prezident Xankəndi ilə bağlı faktları açıqladı
18 mart 21:06
- Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
18 mart 12:54
- Azərbaycana yaz gəlir: 20 mart, saat 07:06
18 mart 12:51
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 12:38
- Putin 87,32 faiz səslə liderdir - Yenilənir
18 mart 09:25
- Əfqanıstanda avtobus yandı: 20-dən çox sərnişin öldü
17 mart 21:58
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 21:21
- Putin gedir, Rusiya parçalanır?.. - 5 ssenari
17 mart 20:59
- Müdafiə Nazirliyi MÜHÜM MƏLUMAT yaydı - VİDEO
17 mart 20:48
- Azərbaycan və NATO liderləri mətbuata bəyanatla çıxış etdi
17 mart 20:40
- Mikrobioloq gözəlliyin sirrini açdı: bağırsaqlarınızın qeydinə qalın!
17 mart 20:05
- 80 yaşlı amerikalı qanunsuz olaraq qoyun və arqarların nəhəng hibridlərini yetişdirib
17 mart 19:35
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 19:10
- Həbsdən buraxılacaq 1 nömrəli qanuni oğru ilə bağlı ŞOK İDDİA
17 mart 18:42
- Azərbaycanda 18 yaşlı oğlanın əlində qumbara partladı, ölən var
17 mart 18:24
- OBA marketdən alınan şirniyyatdan qurd çıxdı - FOTO/VİDEO
17 mart 17:55
- Əhmədin Kreml sərgüzəşt-ləri – Çörçillin oğlu ilə mübahisə edib və...
17 mart 17:43
- Mənzurə - Bakıda bir dənə hamburger 100 manat pul verdim
17 mart 17:24
- Azərbaycanın səfiri Ruslan Nəsibov etimadnaməsini Prezidentə təqdim edib
17 mart 16:58
- Azərbaycanda təmirə ehtiyacı olan 660 MƏKTƏB var
17 mart 16:47
- Ələtdə tikiləcək yeni hava limanı haqda maraqlı detal ...
17 mart 16:20
- 17 əsgərin faciəvi ölümü Ermənistanı qarışdırdı – VİDEO
17 mart 15:55
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 15:45
- Bizi türk kababları gözləyir – Aşotyan..))
17 mart 15:30
Video & Fotoqalereya
Video
Fotoqalereya