Azərbaycanda xalq şairinin qohumlarının 3 milyon manat pulu mənimsənildi
Ötən həftənin ən səs-küylü məhkəmə proseslərindən biri Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Burada dələduzluqda, mənimsəmədə təqsirləndirilən "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri 31 yaşlı Fərəh Rəşadətli, xəzinadarı 31 yaşlı Tamamgül Xanlarova və bankın əməkdaşı 28 yaşlı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
Bir ailənin üzvləri və 3 milyon manat
İstintaq yolu ilə müəyyən edilib ki, Fərəh Rəşadətli “Dəmir Bank” ASC-nin Bayıl filialının müdiri vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda əmlakı ələ keçirib, dələduzluq edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib.
O, Tural Axundovdan 395 min manat, Əzizə Axundovadan 1 milyon 155 min manat, Bəhruz Axundovdan 400 min manat, Pərvanə Əliyevadan 400 min manat, Gülnur Axundovadan 300 min manat, Sevda Xəlilovadan 300 min manat, Firəngiz Xəlilovadan 150 min dollar, Rüstəm Qasımovdan 100 min dolları əmanət kimi alaraq mənimsəyib. Qeyd edək ki, adları çəkilən şəxslər Azərbaycanın xalq şairi Xəlil Rzanın qohumlarıdır.
“Dəmir Bank”ın nümayəndəsi Firudin Quliyev mülki iddia qaldıraraq banka dəymiş maddi və mənəvi ziyana görə 100 min manat ödənilməsini tələb edib.
Qohum bank müdiri
Təqsirləndirilən Fərəh Rəşadətli istintaqa verdiyi ifadəsində 2011-ci ildən ildən etibarən “Dəmir Bank” ASC-nin Bayıl filialına müdir təyin olunduğunu, 2016-cı ilin avqustunda rəhbərlik tərəfindən işdən azad edildiyini göstərib. İşlədiyi dövrdə filial müdiri olaraq kreditlərin verilməsinin təşkil olunmasına, əmanətlərin banka cəlb edilməsinə və işçilərin iş fəaliyyətinə nəzarət edib.
“Bayıl” filialına əmanət yerləşdirən Bəhruz Axundov, Tural Axundov, Pərvanə Əliyeva, Əzizə Axundova, Gülnur Axundova, Sevda Xəlilova və Firəngiz Xəlilova ilə uzaq qohumluqları olub.
Bütün sənədlər saxtalaşdırılıb
F.Rəşadətli ifadəsində göstərib ki, adları çəkilən qohumları biznes fəaliyyəti ilə əlaqədar pullarını əmanət kimi banka yerləşdirib faizini alaraq qazanc əldə etmək istəyiblər. Əmanət müqaviləsinə uyğun olaraq həmin müştərilərə hər ay əmanətlərinin faizləri vaxtlı-vaxtında ödənilib: “2015-ci ilin fevralında devalvasiya ilə əlaqədar filiala yerləşdirdikləri əmanətlərini dollara çevirmələrini istədikdə bunu formal qaydada əmanət kitabçasına qeyd etdim, əslində isə çevirmədim. Müştərilər əmanətləri dollarla geri tələb etdikdə isə ödəmək iqtidarında olmadım”.
F.Rəşadətli istintaqa verdiyi ifadəsində bildirib ki, əmanət müqavilələrinin bank tərəfindən müəyyən edilmiş müqavilə şərtlərinə və standartlara uyğun olmayan şərtlərlə, yəni yüksək faiz və məbləğlər göstərməklə bağlamaqda məqsədi həmin müştərilərin cəlb edilməsi və əmanətlərinin ona etibar edilməsi olub. Həmin müqavilələrdə təsadüfi nömrələr qeyd edilib. Qeyd olunan sənədlərə aidiyyatı olmayan möhürlər vurulub. Həmin müqavilələr və əmanətlər barədə digər işçilərin məlumatı olmayıb. Möhürü sənədlərin üzərinə özü vurub. Möhür və ştampları sənədlərə vurmaqla əmanətçilərin təqdim etdiyi vəsaitlərin banka mədaxil olunması görüntüsü yaratmaq niyyətində olub. Həmin müqavilələri özü kompüterdə tərtib edib, müştərilərin adlarına tərtib etdiyi əmanət kitabçalarında “müdir”, “xəzinədar”, “əməliyyatçı” qrafalarında olan imzaların hamısı özü tərəfindən icra edilib.
Pullar qayıtmadı
Həmçinin ifadəsində göstərib ki, əmanətlərin bir hissəsini banka mədaxil etsə də, digər hissəsini bəzi xərclərini ödəmək və qazanc əldə etmək üçün özündə saxlayıb, şəxsi iş qurmaq üçün sərf edib. Lakin işi alınmadığına görə pulları qaytara bilməyib.
Məhkəmə prosesi dekabrın 22-də davam edəcək.
Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.
Onların hər üçü barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırlıq iclası zamanı F.Rəşadətlinin barəsindəki ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.
F.Rəşadətli 3 milyon manata yaxın pulu mənimsəməkdə, bankın digər iki əməkdaşı isə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinirlər. Cinayət işində 7 nəfər zərərçəkmiş var.
Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. İş yenidən araşdırılaraq, məhkəməyə göndərilib.
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 2024 08:37
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 2024 10:10
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06