Marketlərdə bahalaşma başladı - Yumurta 24 qəpik
Paytaxtdakı market və mağazalarda ərzaq və digər gündəlik tələbat məhsullarının qiymətlərində bahalaşma davam edir.
Bu haqda xəbəri “Yeni Müsavat” yayıb. Xəbərdə bildirilir ki, yağın bahalaşması ilə bağlı yaşanan ictimai narazılıqdan sonra qiymət artımları daha səssiz şəkildə həyata keçirilir və demək olar ki, hər gün 1-3 qəpik artım olur. Artıq yağın, digər süd məhsullarının, yumurtanın, təmizlik vasitələrinin, digər konservləşdirilmiş ərzaq məhsullarının qiymətində bahalaşma özünü göstərir.
Qəzetin əməkdaşı qiymətlərlə bağlı durumu öyrənmək üçün marketlərə baş çəkib. Bəlli olub ki, kərə yağının qiymətində gözlənilən ucuzlaşma hələ də reallaşmayıb. Hökumət tərəfindən gömrük rüsumunun 3 dəfə azaldılması ilə bağlı qərar hələ qüvvəyə minmədiyindən qiymətlərdə ciddi bir dəyişiklik müşahidə olunmur. Əksinə, ayrı-ayrı marketlərdə bir neçə faiz bahalaşma nəzərə çarpır. Bununla yanaşı, bazarlara Ukrayna istehsalı olan yağlar ayaq açıb. Kiloqramı 11-12 manata satılan bu yağlar artıq alıcılar arasında populyarlıq qazanıb. Bahalı Zellandiya və Almaniya istehsalı olan kərə yağlarını ala bilməyən vətəndaşlar tələbatlarını nisbətən ucuz olan Ukrayna istehsalı kərə yağları ilə ödəməyə çalışırlar.
Digər bahalaşan məhsul yumurtadır. Hazırda fabrik yumurtasının 1 ədədi 15 qəpik, kənd yumurtası adı ilə satılan məhsulun 1 ədədi isə 24 qəpikdir.
Məlum olduğu kimi hər il Yeni il ərəfəsində əhalinin artan tələbatını nəzərə alan iş adamları qiymətləri “ceyran belinə” qaldırırlar.
Marketdə ən çox qiymət artımı xaricdən idxal olunan şirniyyatların qiymətində özünü göstərir. Bunun önəmli səbəblərindən biri də xaricdə kərə yağının qiymətinin qalxması ilə əlaqədar şirniyyat məhsullarının da bahalaşmasıdır.
Qiymət artımı əhalinin ən çox tələbatı olan gündəlik məhsullarda hiss olunur. Tələbatın az olduğu məhsullarda artım yoxdur. Xüsusən xaricdən idxal olunan zeytun yağında, günəbaxan və qarğıdalı yağında 5-10 qəpik arası artım var. Siqaretin qiyməti isə market və mağazalarda fərqlidir, bəzi mağazalar arasında 10-20 qəpik fərq var.
Qiymətlərlə bağlı durumu dəyərləndirən iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki,inflyasiyanın bu qədər yüksəlməsinin əsas səbəbi ərzaq məhsullarının bahalaşmasıdır: “Son dövrdə gündəlik tələbat məhsullarındakı bahalaşma prosesini təhlil etdikdə görərik ki, burada hər hansı bayramın, hər hansı hadisənin heç də əhəmiyyətli rol oynamadığını görə bilərik”.
İqtisadçı onu da diqqətə çatdırıb ki, ərzaq məhsulları sahəsində bütün dünyada bahalaşma gedir: “Bu faktorun özü Azərbaycanın daxili bazarına ciddi şəkildə təsir edir. Gömrük rüsumlarının yüksək olması, monopoliyanın olması kimi subyektiv amillər də üstünə gələndə, həmin idxal inflyasiyası öz təsir gücünü birə-beş artırır”.
Yeni il öncəsi bahalaşmanın olacağı ilə bağlı proqnozlara gəlincə, iqtisadçı Pərviz Heydərov bildirib ki, ciddi bahalaşma gözlənilmir: “Çünki manatın dəyəri sabitləşib, ölkənin tədiyyə balansının müsbət istiqamətdə dəyişməsi ilə əlaqədar, neftin qiymətinin əlverişli həddə olması ilə əlaqədar manatın məzənnəsi müəyyən qədər stabilləşib. Manat hətta dollar qarşısında 1.70-dən də aşağı meyllənmək istəyir, ancaq Mərkəzi Bank buna imkan vermir. Odur ki, manatın sabitləşməsi ilə bağlı ölkədə ərzaq məhsullarının və gündəlik istehlak mallarının qiymətinin bahalaşması üçün heç bir zəmin yoxdur. İkincisi, inflyasiyanın 14 faiz təşkil etməsində, ərzaq məhsullarının bahalaşmasında ötən ilin sonunda qazın, elektrik enerjisinin tariflərinə edilən dəyişikliklərin, o cümlədən bu ilin yayında Aİ 93 markalı benzinin qiymətinin artırılmasının da rolu var. Bu da qiymətlərdə özünü göstərdi. Yaxın gələcəkdə, kommunal xidmətlərin yox, ancaq bəzi yanacaq növlərinin qiymətinin artması gözlənilir. Əgər bu baş versə, bazarda kifayət qədər bahalaşma müşahidə edə bilərik. Ancaq Yeni ilin gəlişi ilə bağlı müəyyən məhsulların qiymətin artım olacağı istisna deyil. Bütövlükdə isə ilin sonuna kimi inflyasiyanın 14 faizdən də yüksəyə qalxacağı gözlənilmir”.
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Erməni çoban sürüsü ilə Azərbaycan ərazisinə keçdi, atışma başladı, yaralı var ...
10 aprel 2024 19:48
- Bu qan qrupundan olan qadınlar ən ağıllı və gözəl uşaqları dünyaya gətirir
7 aprel 2024 20:59
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- 2 milyonluq tenderi uddu, amma 2,25 milyonluq müqavilə imzaladı - Müəmma
23 mart 2024 20:29
- Crocus City Hall-da YALIN ƏLLƏ terrorçunu zərərsizləşdirən şəxs danışdı - VİDEO
23 mart 2024 18:55
- Azərbaycan - Monqolustan oyunu başladı - Yenilənib
22 mart 2024 20:36
- Monqolustanda 40 dərəcə şaxta: 4,7 milyon heyvan tələf oldu və aclıq başladı
22 mart 2024 13:37
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31