Onlayn-media rəhbərləri narahatdır: "Nəfəsliklər açılmasa..."
Günün sitatı2 dekabr 2017 16:46
Milli Məclisdə keçirilən 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirələrinin yekununda maliyyə naziri Samir Şərifov deputatların müzakirələrdə irəli sürdükləri təkliflərin nə dərəcədə nəzərə alınıb-alınmadığı ilə bağlı çıxış edərək, bir sıra sahələrə ayrılan vəsaitin artırıldığını bildirdi. Bununla da dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsait 20 faiz və ya 500 min manat artırılaraq, 3,1 milyon manata çatdı.
QHT-lərə isə 600 min manat ayrıldı ki, bu da 2017-ci illə müqayisədə 12,1 faiz artırılaraq, 5,6 milyon manat oldu. Təəssüf ki, 2018-ci ilin dövlət büdcəsi layihəsindən onlayn mediaya heç bir vəsait ayrılmadı. Halbuki, bu barədə media rəhbərlərinin tələbləri əsasında, həmçinin MTRŞ sədri, millət vəkili Əflatun Amaşovun Milli Məclisdə çıxışı zamanı onlayn mediaya hökumət tərəfindən 1 milyon manat vəsaitin ayrılması təklif olunmuşdu.
Maraqlıdır, bugünkü gündə cəmiyyətin maarifləndirilməsi və formalaşdırılması yönündə mühüm rol oynayan onlayn mediaya hökumət tərəfindən vəsaitin ayrılmamasının səbəbi nədir?
Yenicag.az mövzu ilə bağlı bir sıra media rəhbərlərinə eyni sualla müraciət edib.
"APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı
"Əlbəttə, internet mediaya dəstək üçün vəsaitin ayrılması çox yaxşı olardı. Xüsusilə xaricidilli onlayn resurslarının fəaliyyətinin inkişafı üçün belə bir dəstək müsbət nəticə verərdi. Bu barədə millət vəkilləri də təkliflər səsləndirmişdilər. Vəsait ayrılmamasının səbəbi barədə konkret məlumatım yoxdur. Ümid edirəm ki, gələcəkdə onlayn media ilə bağlı dövlət dəstəyinin kriteriyaları müəyyənləşər və belə bir konsepsiya qəbul olunar”.
"Azxeber.com” xəbər portalının baş redaktoru Hacıbəy Heydərli
"Danılmaz faktdır ki, bu gün Azərbaycan cəmiyyəti informasiyanı onlayn mediadan alır. Hər gün qəzet alıb, oxuyan çox az sayda insan qalıb. Ölkə gündəmini xəbər saytları və agentliklər müəyyənləşdirir. Belə bir xüsusda hörmətli millət vəkilimiz Əflatun Amaşovun onlayn mediaya dəstək məsələsini parlamentin müzakirəsinə çıxartması çox önəmli hadisə oldu. Çünki deputatlar özləri də dəfələrlə sosial şəbəkələri və internet medianı iclaslarda müzakirə ediblər. Çox istərdim ki, hörmətli Əflatun müəllimin təklifi hökumət üzvləri tərəfindən dəstəklənsin, ancaq təəsüf ki, bu, baş tutmadı. Əminəm ki, növbəti illərdə sözügedən məsələ müzakirəsiz qəbul olunacaq. Çünki bu gün təkcə bizim sayta gündəlik ziyarətçi sayı 50 mini ötür, sosial şəbəkələrdə saytımızı 1 milyona yaxın insan izləyir. Eynilə digər məşhur saytlar da ictimai rəyi formalaşdıra bilirlər. Əgər maddi yardım alınmadısa belə, ruhdan düşməyə dəyməz, Azərbaycanda reklam bazarını düzgün şəkildə saytlara yönləndirmək vacib şərtdir. Çox istərdim ki, reklam şirkətləri dostluqdan çox, peşəkar işə və doğru yanaşmaya üstünlük versin, belə olan təqdirdə internet-media öz-özünü maliyyələşdirə biləcək”.
"Qaynarinfo.az” xəbər portalının baş redaktoru Zahir Əzəmət
"Azərbaycan internet mediası bu gün hətta Ermənistan mediası ilə müqayisədə maddi-texniki baza baxımından xeyli geri qalır. Bir çox hallarda məhz buna görə informasiya savaşında uduzuruq. Media azadlığı, internet medianın statusu, reklam bazarındakı monopoliya və tapşırıq sistemi – bütün bunlar Azərbaycan mediasının ölkənin adına layiq şəkildə inkişafını ləngidir. Hesab edirəm ki, hazırda cəmiyyətdə aparıcı mövqeyə sahib olan onlayn mediaya dəstək üçün mütləq bir neçə milyon da olsa vəsait ayrılmalıydı. Medianın bütün nəfəslikləri bağlıdır. Bir az da olsun ipləri boşaltmaq, qapıları demirəm, heç olmasa 1-2 nəfəsliyi açmaq lazımdır. Əks halda, uzağı bir ildən sonra, Azərbaycanda media yox, bir-iki "mətbuat xidməti” qalacaq, illər boyu qurulan sistemlər çökəcək”.
"Ölkə.az” xəbər portalının baş redaktoru Məmməd Gülməmmədov
"Əvvəlcə onu deyim ki, "gözlənilməz oldu” məsələsi ilə razı deyiləm. Çünki onlayn mediaya zatən pul ayrılmırdı. Buna görə də "gözlənilməz” demək doğru deyil. Bu məsələnin həlli Milli Məclisin keçirilən iclaslarında MTRŞ-nın sədri, millət vəkili Əflatun Amaşov tərəfindən də təklif edilmişdi. Bunun qəbul edilib-edilməməsi artıq Milli Məclisin səlahiyyətində olan məsələdir. Görünən budur ki, keçirilən iclasda onlayn mediaya olan dəstək nəzərdə tutulmadı. Bu, normal haldır və təəccüblənmək lazım deyil. Düşünürəm ki, onlayn media özünü dolandırmağın yollarını tapmalıdır. Bunun üçün bazar şəraitinə uyğun olaraq, öz marketinqini düzgün qurmalı və reklam bazarını formalaşdırmalıdır. Belə olduqda bu media sahəsi öz işini daha rahat şəkildə qurmuş olacaq. Düzdür, Azərbaycanda dijital reklam bazarı əlverişli olmasa da redaksiyalar bunu öz imkanları vasitəsilə həll ediblər. Həmçinin, MTRŞ bu mövzuda vasitəçi rolunu oynamalı və şirkət rəhbərləri ilə media rəhbərlərinin görüşlərini təşkil etməlidir. Belə olan halda onlayn medianın maddi sıxıntısının həlli daha labüddür”.
Oxşar xəbərlər
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- 26 ildir restoranda yemək yeyən qarğa insan kimi danışır - VİDEO
23 mart 2024 21:35
- Xaçmazda qadın özündən 39 yaş kiçik qohumu tərəfindən öldürüldü... VİDEO
23 mart 2024 18:31
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Misirdə Qadın Muzeyi yaradılacaq - Səbəbini Prezident açıqladı
22 mart 2024 11:07
- Azərbaycanda əhali yumurtaya üstünlük verir - Ət yeməyini azaldıb
22 mart 2024 11:02
Xəbər lenti
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
Video & Fotoqalereya
Video
Fotoqalereya