İşdən çıxarılan şəxs "Hilton" oteli biabır etdi
Müsahibə6 dekabr 2017 19:56
Azərbaycanda xarici şirkət və firmalarda, eləcə də birgə müəssisələrdə çalışan işçilərinin hüquqlarının kobud şəkildə pozulması barədə müxtəlif faktlarla qarşılaşırıq. Bu günlərdə isə Bakının ən möhtəşəm otellərindən biri olan "Hilton" otelində eyni hadisə baş verib.
Bu haqda azxeber.com-a oteldə çalışan Samir Zeynalov adlı şəxs məlumat verib.
"Mən Azərbaycan Respublikasının vətəndaşı, milliyyətcə azərbaycanlı, Bakı şəhər sakini Samir Zeynalov 16.03.2015-ci ildən qeyri-qanuni olaraq əmək münasibətlərində olduğum müəssisədə xidmət müqaviləsi ilə müəssisənin iqtisadi və mənəvi nüfuzu adına normadan artıq fayda verməklə məsul olmuşam. Rəsmi olaraq yuxarıda göstərilən tarixdən etibarən çalışmağıma qədər otelin insan resursları şöbəsinin əməkdaşları tərəfindən müsahibə edilmişəm. Həmin tarixdən etibarən isə otelin mətbəx şöbəsində, həmin şöbənin rəhbərləri Savaş Özkılıç və onun müavini Gökhan Sınmazın tabeçiliyi altında qida mallarının qəbulu, sifarişi, etibarlı mühafizəsi və həmçinin sağlam gigiyenik şəraitdə istifadəyə təqdim edilməsi üzrə "Anbardar" (Storekeeper) vəzifəsini yüksək məsuliyyətlə, hətta rəsmən mənə aid olmayan işləridə yerinə yetirərək bütün kolektivin, ən əsası bu gün nadanlıq etməkdə peşəkar olan Savaş Özkılıçın və Gökhan Sınmazın rəğbətini qazanmağa nail olmuşam. Ağlasığmaz durum idi ki, rəsmən otel üçün ən ciddi və məsuliyyətli iş olan anbardar vəzifəsini icra etməyimə baxmayaraq, mən xidmət müqaviləsi ilə adım "təmizlikçi" göstərilməklə çalışırdım. Yerinə yetirdiyim məsuldarlıq ehtiva edən keyfiyyətli işlərin müqabilində isə aylıq orta hesabla "466" AZN məvacib alırdım.
Mənə həvalə edilən işləri məsuliyyətlə gördükcə mənim iqtidarıma əlavə işlər verilirdi. Mən xaraktercə dərhal haqlı şəkildə heç vaxt öz tələbkarlığımı ortaya qoymamışam. Həmişə işlərimi məsuliyyət və məsuldarlıqla yerinə yetirməklə bərabər səbirli olmuş, rəhbərlik tərəfindən verilən dəyər üçün gözləmə mövqeyində olmuşam. Dəfərlə Türkiyə və ABŞ-dan gələn gigiyenik yoxlamalardan müsbət nəticə qazanmağı bacarmışam. Mənim icraatımda olan işlərin çoxluğu baxımdan bu yoxlamalar ərəfəsində fasiləsiz və qarşılıqsız 37, 40 saat işləmişəm. Mənə qarşı göstərilən ədalətsizliklər, bəzən münaqişə ehtiva edən hallarla bərabər mətbəx rəhbərliyi digər işçilərə də qarşı istismarçı, ədalətsiz, qeyri-hüquqi və qeyri-mənəvi mövqedə qərarlaşaraq avtoritar idarəçilik formalaşdırmış, xüsusən qadınların yanında söyüş hallarını ifadə edən mənəviyyatsız abu-hava yaratmağı bacarmışdı. Təhqirə, əməklə bağlı istismara məruz qalan şəxslər işlərini itirmək qorxusu səbəbilə əks təsir göstərmək, öz haqqların müdafiə etmək iqtidarında deyildilər. Mənim isə həmişə bir tək istəyim olub: Əmək müqaviləsi və sağlam iş şəraiti. Lakin həmişə bu hüquqi istəyimə laqeyd yanaşılıb. Hətta vədlər verilməyinə baxmayaraq bu vədlər uzun müddət keçsə də belə yerinə yetməyib. Mətbəx rəhbəri Savaş Özkılıçın 5000 AZN-dən, onun Müavini Gökhan Sınmazın isə 3000 AZN-dən çox əmək haqqı almasına baxmayaraq onlar həmişə yerli işçilərlə münaqişə vəziyyətində olmuş, aşağılayıcı nadan və nankor hərəkətlərini nümayiş etdirməkdən birmənalı sürətdə həzz almışlar. Dəfələrlə bu barədə insan resursları şöbəsinin rəhbərliyinə məlumatlar verilsə də, yazılı müraciətlər olunsa da HR rəhbərliyində Ukraniyalı Mariya adlı şəxsin təmsil olunması və aşkar olaraq onun mətbəx rəhbərliyi ilə əlbir olması nəticəsində şikayətlərə fərdi və kollektiv qayda da hər zaman laqeyid yanaşılmışdır. Oteldə mövcud dözülməz halların əsl səbəbkarı olan bəzi türk ünsürləri ilə bərabər onların əməllərinə dəstək verən milli xainlərimiz də mövcud olmuşdur. Hansı ki, bu milli xainlər öz xəyanətkarlıq və mənəviyyatsızlıqlarını vəziyyətin pik həddə çatdığını təsdiq edən 15 nəfərdən ibarət işçinin kollektiv tələblər adı altında 13.11.2017-ci il tarixdə otel rəhbərliyinə ünvanladığı yazılı müraciətdən sonra özlərini daha aktiv şəkildə göstərməyə başladılar. Həmin şəxslərdən birisi ümumiyyətlə əmək mübahisələrin həll edilməsində heç bir səlahiyyəti olmayan otelin Mühafizə İşinin Təşkili üzrə Meneceri #Oleq Əliyev idi. Keçmiş MTN işçisi olan bu şəxs özünə hüquqşünas deməsinə və kifayət qədər yaşı olmasına baxmayaraq intellekt və etika baxımında tamamilə yararsız bir şəxs idi. Belə ki, o bu müraciətimizdən sonra kollektiv tələblərdə iştirak edən və edilən müraciətdən bir gün 24 saat sonra işdən kənarlaşdrılan 11 nəfər işçi ilə ünsiyyət zamanı mənə qarşı anti-təbliğat aparırdı. Mənim haqqımda əsassız fikirlərlə o işçilərin beynini yumağa çalışır, pərakəndəlik yaratmağa çalışırdı. Hətta məni "keçi", digər işçiləri də "qoyun" adlandıraraq təhqir etməkdən belə çəkinməmişdi. Bu milli xain elədiklərini gördükcə mən böyük və sözlə ifadə oluna bilməyən təəssüf hissi keçirdirdim. Mənimlə görüşməyə cəsarəti çatmayan bu şəxs ancaq mənim arxamca danışmaqla özünü böyük adam hesab edirdi. Etdiyi bu iyrənc hərəkətlərinə görə bir dəfə ona zəng edib onunla görüşmək istəsəmdə mənə kobud şəkildə "Zəhləmi Tökmə" dedi. Altmış beş (65) yaşı olan bu şəxs sizcə ziyalı, bu günkü nəsil üçün nümunə mənbəyi ola bilərmi...
Məhz bu şəxsin təşəbbüsü ilə müraciətimizə neqativ cavab verilən 01.12.2017-ci tarixdə mən otelin qarşısında mediya mənsublarına müsahibə verdiyim ərəfədə mənim çıxışlarımın qarşısını almaq məqsədilə əraziyə xeyli sayda polis işçisi cəlb etməyi bacarmışdılar. Təbii ki, əksər hallarda nə etdiyini tam olaraq başa düşməyən əksər polis işçilərimiz kimi bu polislərdə mənim onlara qarşı bildirdiyim iraddan sonra yanımdan uzaqlaşmağı məqsədə uyğun hesab etdilər lakin müsahibə bitənədək otelin qarşısında keşik çəkdilər. Sanki otelin qarşısında dəfələrlə məhkum olmuş ictimai-təhlükəli cinayətkar, terrorist dolaşırdı. Oteldə baş verən dözülməl qeyri-hüquqi və qeyri-mənəvi faktlarla bağlı otelin sahibi İsgəndər Xəlilovun oğlu Rauf Xəlilovun qəbulunda olmağa çalışsaqda hörmətli Rauf bəy otelin baş menecer əvəzi #Lars Sammuelisi və həmin bu #Oleq Əliyevi qəbul etsədə qanından, canından, milliyyətindən olan biz dərdli gəncləri qəbul etmədi və katibəsi Afaq xanımla bizə getsinlər otelin qərarını gözləsinlər dedi. Mən bir gün sonra yazılı şəkildə İSR Holding rəhbərliyinə mütaciət etdim. Lakin həmin müraciətdən də artıq 10 gündür ki, heç bir cavab yoxdur. Hörmətli Rauf bəy, Sakitcə və səbirlə dediyiniz kimi etdik. Otelin qərarını gözlədik. Qərar isə mənfi. Yalnız mənim səylərim nəticəsində xidmət müqaviləsi ilə çalışan şəxslər mən xaric əmək müqaviləsi ilə işə qayıda bildilər. Otel rəhbərliyin şərti bu oldu. Mən haqq və ədalət sahibi olaraq artıq Hilton Baku otelində çalışmamağa digər işçilərin işə qayıtması naminə məcbur olmalı idim və oldumda. Hilton Baku rəhbərliyi isterika vəziyyətinə düçar olaraq 15 nəfərin yox, təkcə mənim qarşımda aciz olduğu təsdiq etdi. Mən hazırda işsiz olsamda sayəmdə 8 nəfərin əmək müqaviləsi ilə işə qayıtmasına nail olduğum üçün sevinirəm.
Amma mübarizənin dayanmaması zəruriliyini başa düşərək şəxsim adına mübarizəmi davam etdirəcəyimi bəyan edirəm və hörmətli Rauf bəyə demək istəyirəm ki, siz 19 gün ərzində işsiz, əlacsız, pulsuz qalan gənclərin qarşısına bir dəfə olsun çıxmadınız. Amma mən əlacsız şəraitdə insan haqları uğurunda mübarizə apararaq gəncləri sevindirməyi bacardım. Sizdə bir gəncsiniz və sizin yerinizdə olmaq istəyən yox, ən azından öz vətənində normal insan kimi yaşamağa möhtac olan gənclər çoxdur"
Məsələ ilə bağlı "Hilton otel"dən bildirilib ki, orada bu adda şəxs çalışmayıb.
Ancaq şikayətçi otelin vəsiqəsini də portalımıza təqdim edib.
Yazıda adıkeçən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
Şikayətçi həmçinin bu hadisə ilə bağlı etiraz aksiyası keçirib və qeyd edib ki, oteldə ona "buranı yalaya bilərsənmi?" sualını veriblər.
Oxşar xəbərlər
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
Xəbər lenti
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya