“Nar” cari ilin nəticələrini açıqladı (R)
BakuTel-2017 23-cü beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları” sərgisi çərçivəsində mətbuatla görüş təşkil edən "Nar” media nümayəndələrini mobil operatorun ən son nailiyyətləri ilə tanış edib.
Çoxsaylı jurnalistlərin iştirakı ilə keçirilən təqdimatda "Nar” şəbəkəsinin, işğaldan azad edilmiş bölgələr də daxil olmaqla, ölkə ərazisinin 93%-ni əhatə etdiyi, 2017-ci ildə ilk dəfə olaraq bölgələrdə – Gəncə şəhərində də istifadəyə verilmiş yeni 4G (LTE) baza stansiyaları ilə birlikdə 400-dən çox LTE stansiyasının quraşdırıldığı və "Nar” LTE baza stansiyalarının ümumi sayının artıq 1000-ə çatdığı, cari ildə 300-dən çox yeni 3G baza stansiyasının istismara verildiyi, 3G ATM (Asynchronous Transfer Mode) transmissiya xətlərinin müasir tələblərə cavab verən IP (Internet Protocol) texnologiyalı xətlərlə əvəz edildiyi və "Son məntəqələr arasındakı tutum” (Last Mile Capacity) üzrə 66% artımın müşahidə edildiyi barədə geniş məlumat verilib.
Görüş zamanı səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidməti təqdim edilib. Bu texnologiya səsin maksimal dərəcədə təmiz ötürülməsini təmin edir, mobil telefonla danışan şəxsdə üzbəüz ünsiyyət təəssüratı yaradır və kənar səslərin təsirini minimuma endirir.
Qeyd edilib ki, mühəndislik və test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət kimi tanınan "P3 Communications” tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, "Nar”-ın zəng xidmətləri üzrə ölkədə ən yüksək nəticə göstərmiş rabitə operatoru olduğu müəyyən edilib.
"Təqdim etdiyimiz sərfəli məhsullar və şəbəkə infrastrukturuna yatırdığımız irihəcmli sərmayə sayəsində, bu il şəbəkənin müstəqil sınaqlarının nəticələrinə əsasən, "Nar” mobil zəng xidmətləri üzrə ölkədə ən yüksək göstəriciyə nail oldu. Şəbəkədə data trafikinin həcmi 58%, internet məmnuniyyəti üzrə istehlakçı loyallığı indeksi isə iki dəfə artaraq bu günə qədər olan ən yüksək həddə çatdı", - deyə "Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke mobil operatorun əsas uğurları barədə danışarkən qeyd edib.
Təqdimat zamanı ölkədə mobil rabitə, fiber-optik texnologiya əsasında yüksəksürətli sabit internet və IPTV xidmətlərini vahid platforma üzərindən təklif etmiş ilk mobil operator olan "Nar”-ın "Qutu” məhsulu haqqında da məlumat verildi. Bu məhsuldan yararlanan abunəçilər rabitə xərclərinə qənaət edir, ödəniş üçün əlavə vaxt itirmədən müxtəlif xidmətlərdən yararlanırlar.
Görüşdə "Nar”-ın sponsorluq fəaliyyəti və korporativ sosial məsuliyyət (KSM) strategiyasından da söhbət açıldı. Ölkədə keçirilən mühüm idman layihələrinin tərəfdaşı kimi böyük təcrübə qazanmış "Nar”-ın 2015-ci ildə Bakıda təşkil edilmiş ilk Avropa Oyunları, Bakı-2017 Oyunları və qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin rəsmi telekommunikasiya tərəfdaşı seçildiyi qeyd edilib.
KSM strategiyası çərçivəsində fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulmuş "Təlim məktəbi” layihəsinin önəmi də vurğulandı. Artıq 3 ildən çoxdur ki, "Nar” fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır. Layihənin məqsədi fiziki məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və fiziki məhdudiyyətli şəxslərə mənəvi dəstək göstərməklə onları cəmiyyətə qazandırmaqdır.
"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Oxşar xəbərlər
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya