Qanunsuz siqaret satışına kim himayədarlıq edir? – Vergilər Nazirliyinin adı hallanır + FOTO
Paytaxtın küçə və prospektlərin kənarında,aksız markası olmayan siqaretlər açıq şəkildə satılır. Qanunla belə siqaretlərin satışı qadağandır.
Kivnews.com İnformasiya Portalı bu istiqamətdə araşdırmaya başlayıb. Məlum olub ki, əvvəllər yol kənarında dayanan avtomobillərdən satışlar həyata keçirildiyi halda, hazırda avtomobillərlə yanaşı müxtəlif obyektlərdə də bu cür siqaretlərin satışı aparılır.
Aksiz markasız siqaretlərin qiymətlərinə gəldikdə isə 1 manatdan, 4 manata kimi dəyişir. Bu bazarda ən ucuz İran istehsalı olan siqaretlər sayıldığından tələbat da çoxdur. Ən çox satılanlar isə “NZ”, “Black Stone”, “Senator”, “Matrix”, “Forman”, “Captain black”, “Monus, “Comet”, “Cavallo”, “Winchester” markalı siqaretləridir.
Bu siqaretlərin ölkəyə kütləvi şəkildə gətirilməsi başqa bir məqalənin mövzusudur. Çünki Gömrük Komitəsi və digər qurumlar bu məsələdə məsuliyyət daşıyırlar. Sadə vətəndaşın gətirdiyi bir neçə qutu siqaret, yaxud aksız markası olmayan spirtli içkilər əlaqədar qurumlar tərəfindən tutulduğu halda, bütün ölkəni ağuşuna almış aksız markası olmayan siqretlərin ölkəyə necə gətirildiyi sual doğurmaya bilməz.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da hesab edir ki, gizli siqaret biznesi bir mərkəzdən idarə olunur.
Kivnews.com Portalının apardığı araşdırma zamanı məlum olub ki, siqareti ölkəyə gətiənlər onun satışının arxasında dayanmırlar. Onlar bir mərkəz olaraq siqaretləri müştərilərə payladıqdan sonra heç bir işə qarışmırlar. Bu zaman yol kənarında avtomobilində, yaxud da hansısa ticarət obyektində aksız markası olmayan siqaretlərin satışını həyata keçirən şəxs istər yerli hüquq-mühafizə orqanı əməkdaşları (PPX) ilə, istərsə də vergi əməkdaşı ilə razılaşmalıdır. Bu məsələdə əsas razılıq vergi əməkdaşları ilə həyata keçirilməlidir. Çünki vergi yoxlaması zamanı belə siqaretlərin satışı məlum olarsa, ticarətçinin qanunsuz satılan siqaretləri müsadirə olunmaqla 400 manatdan 800 manata kimi cərimələnə bilərlər. Əldə etdiyimiz məlumata görə, bəzən Vergilər Nazirliyinin yerli əməkdaşları bu məsələni Nazirliyin gözəgörünməz vəzifəli şəxsi ilə razılaşdırırlar. Çünki yuxarıların razılığı olmasa aşağıların razılığı bəzən nəticə vermir və Nazirliyin həyata keçirdiyi yoxlama zamanı bu işi həyata keçirənlər aşkar edilərsə, cərimələnirlər. Ona görə də, əsas razılığı Vergilər Nazirliyinin baş idarəsində oturan məsul şəxs verməlidir. Bu şəxsin kimliyi ilə bağlı isə, bəzi bilgilər əldə etmişik. Dəqiqləşmələr getdiyindən, hələ ki, açıqlamırıq. Yəqin ki, ad açıqlanarsa, yeni Vergilər naziri Mikayıl Cabbarov Fazil Məmmədovun “sevimli kadr”ını yanında görmək istəməyəcək.
P.S Bu istiqamətdə geniş reportajımız olacaq.
Kivnews.com
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09