Bakı Slavyan Universitetində dəyirmi masa keçirilib
Dekabrın 8-də Bakı Slavyan Universitetində (BSU) Türkiyə, Rusiya, Polşa, Ukrayna, Çexiya, Bolqarıstan, Belarus respublikalarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirlərinin iştirakı ilə “XXI əsr-dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası” adlı beynəlxalq dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, porfessor Nurlana Əliyeva mötəbər qonaqları salamlayaraq əvvəlcə BSU-nun yaranma tarixi, buradakı təhsil sistemi, fəaliyyət göstərən 11 tədris və mədəniyyət mərkəzi barədə ətraflı məlumat verib. Sonra N.Əliyeva əsrin aktual mövzusuna həsr olunmuş dəyirmi masanın mahiyyətindən danışıb. Rektor Azərbaycan təhsil sisteminin XXI əsrdə çox böyük nailiyyətlər əldə etdiyini diqqətə çatıdıraraq bəşər sivilizasiyasına böyük töhfələr bəxş etmiş Azərbaycan xalqının zəngin maarifçilik ənənələri, pedaqoji fikir tarixi ilə qürur duyduğunu dilə gətirib. Nurlana Əliyeva Azərbaycan Respublikasının bütün sahələr üzrə inkişaf istiqamətlərindən söz açarkən bildirib ki, bu istiqamətlərin nə qədər şəffaf və anlaşılan olduğu göz qabağındadır. Azərbaycanda hökm sürən multkultural mühit, tolerant dəyərləndən söhbət açan N.Əliyeva multikulturalizm ənənələrinin Azərbaycanın dövlətçilik prinsiplərində aparıcı olmasını Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Multikulturalizmin mərkəzi sayılan Bakı Slavyan Universitetində əcnəbi tələbələrin təhsillərini mükəməlləşdirməsi üçün hər cür şərait yaradıldığını söyləyən rektor deyib: “Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan təhsili və mədəniyyəti sürətlə inkişaf etmiş dünyaya inteqrasiya olunmağa başlayıb. Qısa zaman ərzində ölkəmizin yüksək iqtisadi inkişafa nail olması, beynəlxalq miqyasda əhəmiyyətli təşəbbüslərlə çıxış edən demokratik dövlət kimi tanınması, əhalinin maddi rihafının gündən-günə yüksəlməsi və qarşıya qoyulan digər önəmli məsələlərin həyata keçməsi Azərbaycan Respublikasının tərəqqisinin göstəricisidir. Əlbəttə ki, ümumi inkişaf prosesi ölkənin ali və ümumtəhsil sistemində də özünü göstərir. Bu sahədə həyata keçirilən zəruri tədbirlər, atılan uğurlu addımlar, ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncam və fərmanlar müasir təhsilin də keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur”. Nurlana Əliyeva dəyirmi masanın mövzusudan danışarkən bildirib ki, təhsil sahəsi çoxpilləli və çoxşaxəli olduğundan müzakirələr zamanı mövcud və həlli mümkün olan təhsil problemlərinə toxunulacaq.
Dəyirmi masanın moderatoru Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos “XXI əsr-dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası” mövzusunun müasir dövrlə yaxından səsləşdiyini, hazırda ən zəruri faktor olan müasir təhsil sisteminin cəmiyyətin ayrılmaz bir sahəsi olduğunu qeyd edib. Səfir N.Kanellos Yunanıstanla Azərbaycan arasındakı təhsil əlaqələrinin qurulmasında aparıcı rol oynayan Bakı Slavyan Universitetinin fəaliyyətini yüksək qiymətləndirib, belə mühüm tədbirin Azərbaycanda beynəlxalq təhsilin inkişafında aparıcı rola malik olan BSU-da keçirilməsindən məmnunluğunu dilə gətirib.
Dəyirmi masada söz alan Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral qeyd edib ki, təhsil sisteminin inkişafı ölkənin bir çox sahələrdə irəli getməsinə, bu ölkədə fəaliyyətdə olan bütün sahələrdəki uğurların sayının artırılmasına səbəb olur. Səfir beynəlxalq təhsil faktorunun hər bir fərdə təsir etmək gücünə malik olduğunu vurğulayaraq bunun müsbət nəticəsini sivil cəmiyyətin bütün inkişaf mərhələlərində görməyin mümkün olduğunu diqqətə çatdırıb. Səfir dünyada tüğyan edən terrorizmdən söz açaraq Azərbaycanın Qarabağ probleminə də toxunub, 25 % işğal altında olan torpaqların yaxın zamanda geri qayıdacağına əmin olduğunu bildirib. BSU ilə Türkiyənin qabaqcıl universitetləri arasında əməkdaşlığın getdikcə daha da möhkəmləndiyini bildirən səfir Erkan Özoral burada türkiyəşünaslıq üzrə təhsil alan tələblər üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıq edib.
Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müvəqqəti işlər üzrə vəkili Oleq Muraşev çıxışında Rusiya və Azərbaycan arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar olduğunu diqqətə çatdırıb. Vəkil bildirib ki, Azərbaycan və Rusiya arasında humanitar münasibətlər bu sahədə əməkdaşlıq proqramları ilə tənzimlənir. Bu ölkələrin mədəniyyət nazirlikləri arasında hər il yenilənən əməkdaşlıq proqramlarının, təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında protokolların mövcud olmasını xüsusi qeyd edən O.Muraşev rus dilinin inkişafı məsələsinə də toxunub. O bunu ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran faktorlardan biri kimi dəyərləndirib. Vurğulayıb ki, Bakı Slavayan Universiteti Azərbaycanda rus dilinin və rusdilli təhsilin yüksək inkişafı sahəsində danılmaz xidməti olan qabaqcıl universitetdir. Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq ənənələrinin bağladığını deyən vəkil ötən 25 il ərzində təhsil və mədəniyyət kimi qiymətli irsin qorunub saxlandığını, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırıldığını söyləyib.
Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka Azərbaycan və Polşa arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlərin mövcud olduğunu bildirib. Ölkələr arasında etibarlı əməkdaşlığın təhsil və mədəniyyət sahəsində özünü daha qabarıq şəkildə biruzə verdiyini deyən səfir Marek Tsalka Azərbaycanda beynəlxalq təhsil standartlarına cavab verən belə bir ali məktəbin olmasını sevindirici hal kimi qiymətləndirib. Səfir BSU-da polyakşünaslıq üzrə təhsil alan tələbələrə dərs demək üçün maraq göstərən polyak müəllimlərin sayının ildən-ilə artmasının gənclərin mütəxəssis olaraq yetişməsinə müsbət töhfə verəcəyini qeyd edib.
Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Petr Vaqner Çexiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişafında atılan addımları və çex dilinin Bakı Slavyan Universitetində tədris olunmasını yüksək qiymətləndirib. Səfirlik tərəfindən Azərbaycanda məhsuldar görüşlər keçirdiyini bildirən P.Vaqner ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin önəmini qeyd edib. BSU-da Çex dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərməsindən məmnun qaldığını deyən səfir bu mərkəzin Çexiya universitetləri ilə müvafiq sahədə əməkdaşlığının məqsədəuyğunluğunu önə çəkib.
Mövzu ilə bağlı müzakirəyə qatılan Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müvəqqəti işlər üzrə vəkili Yanko Yanakiyev ölkələrimiz arasında təhsil, o cümlədən mədəniyyət sahəsində ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. Azərbaycanla Bolqarıstan arasındakı dostluq və qardaşlığın tarixi köklərindən söz açan Yanko Yanakiyev qeyd edib ki, Bakı Slavyan Universitetində bolqar dilinin, tarixinin və mədəniyyətinin tədrisi bu ölkədə təhsillə yanaşı mədəniyyət istiqamətində də inkişafın yüksək olmasından xəbər verir. Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş “Trapezitsa” Memarlıq Muzey-Qoruğundan söz açan Y. Yanakiyev bütün bu sadalananları təhsil və mədəniyyətin harmoniyası kimi səciyyələndirib.
Sonra dəyirmi masanın iştirakçıları BSU-da fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzlərinə baxış keçiriblər. Bunun ardından iştirakçılar üçün universitetin foyesində BSU-nun “Arzu” rəqs ansamblının təqdimatında Azərbaycan, türk, ukrayna, belarus, yunan, bolqar, polyak xalqlarına məxsus milli rəqslər nümayiş olunub.
BSU-nun Mətbuat xidməti
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 2024 09:44
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 2024 19:10
- Əhmədin Kreml sərgüzəşt-ləri – Çörçillin oğlu ilə mübahisə edib və...
17 mart 2024 17:43
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 2024 15:45
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 2024 15:20
- Fahişələrin sayı niyə ARTIR? – İntim xidmət və QİYMƏTLƏR
17 mart 2024 14:29
- Azərbaycan İsraildən ultra-müasir silahlar istəyir: İngilis saytı SİYAHI yaydı!
16 mart 2024 22:24
- Dəniz Əsədova xüsusi ittiham qaydasında məhkəməyə verildi - Həbs oluna bilər
16 mart 2024 19:18
- Atəş açandan sonra yerə tüpürüb keçdi...
16 mart 2024 10:38
- Sahibkarlarla Fərəcov arasında borc qalmaqalı - Bizi aldadır, pulumuzu vermir
15 mart 2024 22:48
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 09:44
- Bu gün İlaxır çərşənbədir
19 mart 09:30
- Prezident Xankəndi ilə bağlı faktları açıqladı
18 mart 21:06
- Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
18 mart 12:54
- Azərbaycana yaz gəlir: 20 mart, saat 07:06
18 mart 12:51
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 12:38
- Putin 87,32 faiz səslə liderdir - Yenilənir
18 mart 09:25
- Əfqanıstanda avtobus yandı: 20-dən çox sərnişin öldü
17 mart 21:58
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 21:21
- Putin gedir, Rusiya parçalanır?.. - 5 ssenari
17 mart 20:59
- Müdafiə Nazirliyi MÜHÜM MƏLUMAT yaydı - VİDEO
17 mart 20:48
- Azərbaycan və NATO liderləri mətbuata bəyanatla çıxış etdi
17 mart 20:40
- Mikrobioloq gözəlliyin sirrini açdı: bağırsaqlarınızın qeydinə qalın!
17 mart 20:05
- 80 yaşlı amerikalı qanunsuz olaraq qoyun və arqarların nəhəng hibridlərini yetişdirib
17 mart 19:35
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 19:10
- Həbsdən buraxılacaq 1 nömrəli qanuni oğru ilə bağlı ŞOK İDDİA
17 mart 18:42
- Azərbaycanda 18 yaşlı oğlanın əlində qumbara partladı, ölən var
17 mart 18:24
- OBA marketdən alınan şirniyyatdan qurd çıxdı - FOTO/VİDEO
17 mart 17:55
- Əhmədin Kreml sərgüzəşt-ləri – Çörçillin oğlu ilə mübahisə edib və...
17 mart 17:43
- Mənzurə - Bakıda bir dənə hamburger 100 manat pul verdim
17 mart 17:24
- Azərbaycanın səfiri Ruslan Nəsibov etimadnaməsini Prezidentə təqdim edib
17 mart 16:58
- Azərbaycanda təmirə ehtiyacı olan 660 MƏKTƏB var
17 mart 16:47
- Ələtdə tikiləcək yeni hava limanı haqda maraqlı detal ...
17 mart 16:20
- 17 əsgərin faciəvi ölümü Ermənistanı qarışdırdı – VİDEO
17 mart 15:55
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 15:45
- Bizi türk kababları gözləyir – Aşotyan..))
17 mart 15:30
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 15:20
- Dövlət Baxçalıdan Ərdoğana ÇAĞIRIŞ
17 mart 14:36
- Fahişələrin sayı niyə ARTIR? – İntim xidmət və QİYMƏTLƏR
17 mart 14:29
- Tramp - Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək
17 mart 14:13