Novella Cəfəroğlu: "Qüds yəhudilərindir"
Teleqraf.com hüquq müdafiəçisi, həyat yoldaşı yəhudi olan Novella Cəfəroğlu ilə müsahibəni təqdim edir.
- Novella xanım, ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı kimi tanıması, Tel-Əvivdəki ABŞ səfirliyinin Qüdsə köçürülməsi haqda qərarını necə qiymətləndirirsiniz?
- Mənə görə, bu qərar İsrail-Fələstin münaqişəsini qızışdıracaq addımdır. Hesab edirəm ki, indi dünyanın əksər yerlərində müharibələr, münaqişələr mövcuddur, insanlar bir-birini qırır. Belə bir məqamda Trampın məlum qərarını doğru hərəkət hesab etmirəm. Baxmayaraq ki, Yerusəlim həmişə yəhudilərin olub. Musa peyğəmbərin vaxtında orada musəvilərin böyük məbədi vardı. Sonra bu məbədin üzərində iki məscid tikdilər.
Mən Donald Trampın yerinə olsaydım, Yerusəlimi açıq şəhər elan edərdim. Yəni müsəlmanlar, müsəvilər və xristianlar üçün açıq şəhər statusu daha məqsədəuyğun olardı. Bura peyğəmbərlərin ünvanıdır, bu şəhər hər kəsin üzünə açıq olsa yaxşıdır.
Başqa sözlə, Yerusəlim nə fələstinlilərin, nə də yəhudilərin olmalıdır, ona açıq şəhər statusu verilməlidir. Mən bu gün orada müharibənin, savaşın alovlanmasını arzulamıram.
- Sizcə, bundan sonra o regionda nə baş verəcək?
- Sözün düzünü deyim, mən müharibədən narahatam. Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İstanbulda toplantısını keçirəcəyini bəyan etdi.
Halbuki 10 il əvvəl Ərdoğanın İsrail səfərində onu Yerusəlimdə prezident Ariel Şaron qəbul etdi və dedi ki, İsrailin mərkəzinə xoş gəlmisiniz. O zaman Ərdoğan bir söz demədi. Ancaq indi başlayıb...
Demək istəyirəm ki, bu məsələni nə qədər qızışdırsalar, bir o qədər pisdir. Müharibənin başlaması düzgün deyil və mən buna görə narahatam.
- Bir az dəqiqləşdirmənizi istərdik: sizcə, Qüds müsəlmanlarındır, yoxsa musəvilərin?
- “Quran”da da yazılıb ki, ora musəvilərin torpağıdır. Ancaq mən hesab edirəm ki, Yerusəlim hamı üçün dünyəvi şəhər olmalıdır. Çünki səmavi dinlərin hamısının bu şəhərdə bir parçası var. Peyğəmbərlərin hamısının ayağı bu şəhərə dəyib.
- Ancaq dünya elə hesab edir ki, Qüds fələstinlilərindir...
- Dünya elə bir söz demir, yalnız Ərdoğan deyir. Yürusəlim fələstinlilərin deyil.
- Bu bəşəri şəhəri əvvəl-axır ya müsəlmanlar, ya da yəhudilər idarə etməli deyilmi?
- İdarə edirlər də. İndiyə qədər necə idarə ediblərsə, bundan sonra da etsinlər. Mən orada müharibə baş verməsini istəmirəm. Nəzərə alın ki, mənim nəvələrim, övladlarım oradadır.
- Trampın məlum qərarından sonra Qüdsdə qarşıdurmalar baş verdi. Övldlarınızla əlaqə saxlayıb durumdan xəbər tutmusunuzmu?
- Bəli, əlaqə saxlamışam. Dedilər ki, hər şey normaldır. Bilirsinizmi, İsrail güclü və özünə hörmət edən dövlətdir. Hesab edirəm ki, İsrail düzgün və normal addım atacaq. Neçə illərdir ki, İsrailə gedib-gəlirəm. Orada ərəblərlə yəhudilər çox gözəl yaşayır, bir-birini başa düşürlər.
İsraildə ikinci dövlət dili ərəb dilidir. İndiyə qədər digər ərəb ölkələrindən fərqli olaraq İsraildən bir ərəb başqa yerə köçməyib. Bu, müsbət haldır. Məncə, İsrail güclü dövlətdir və hər kəsin cavabını verə bilər. Sadəcə olaraq, bu gün Trampın qərarının iki millət arasında münaqişəni daha da qızışdırmasını istəmrəm. Bir daha deyirəm, Yerusəlim, Qüds yəhudilərin məskənidir. Yəhudiləri bura Musa peyğəmbər gətirib. “Quran”da da belə yazılıb.
- Sizcə, Tramp bu qərarı özü verib, yoxsa təzyiqlər altında?..
- İsrail Amerikaya təzyiq göstərə bilərmi?
- ABŞ-da güclü yəhudi lobbisinin olduğu, onların da Respublikaçılarla daha yaxın münasibət saxladığı sirr deyil...
- Birincisi, bu məsələ Tramp tərəfindən qaldırılmayıb. 1995-ci ildən bu yana hər bir ABŞ prezidentinin gündəmində Yerusəlimin İsrail paytaxtı kimi tanınması məsələsi olub. Son 20-ildə bu məsələ ABŞ prezidentlərinin gündəmini tutub. Sadəcə olaraq Donald Tramp konkret addım atdı. Yəni bu məsələ indinin məsələsi deyil.
- Müharibə baş versə, yəhudiləri dəstəkləyəcəksiniz, yoxsa müsəlmanları?
- Nə yəhudiləri, nə də müsəlmanları dəstəkləyəcəyəm. Mən müharibəyə qarşıyam və sülh adamıyam. Ömür boyu sülhün tərəfdarı olmuşam.
- Məlum qərar İsraildə yaşayan müsəlmanlara necə təsir edib?
- Orada ayrı-ayrı yəhudilər də, müsəlmanlar da çıxışlar edirlər. Yəni Trampın qərarı orada da birmənalı qəbul edilmir. Bu gün heç kəs müharibə istəmir. İnsanlar da bilirlər ki, bu addım müharibəyə gətirib çıxara bilər. Yəhudilərin çoxu bunu qəbul etmir. Trampın bu qərarı, fikrimcə, dünyanın bu addımı necə qarşılayacağını öyrənmək istiqamətində bir gedişdir.
- Donald Tramp sanki dünya müharibəsi istəyir. Sizə elə gəlmir ki?..
- Əslində, dünya müharibəsi çoxdan başlayıb. Biz sadəcə buna diqqət eləmirik. Dünya müharibəsi İraq, Suriya, Yəmən və digər ölkələri əhatə edib. Rusiya, Türkiyə, Amerika, İngiltərə, İran və digərləri Suriya müharibəsinə qarışıb. Kimsə ordu göndərir, kimsə silah satır, kimsə neft və s. Dünya faktiki müharibəyə cəlb olunub. Mən isə istənilən müharibənin əleyhinəyəm.
- Mayda ƏFV olacaq ..?
22 mart 2024 19:41
- Həbsdəki tanınmışlar həkim müayinəsindən keçirilir
23 fevral 2024 15:45
- Əli İnsanov iqtidardan 8 min avro alacaq...
6 dekabr 2023 10:04
- Lütfiyar İmanovun oğlu -Polad Bülbüloğlunun atama etdiyini heç düşmən də etməz
29 sentyabr 2023 12:15
- Əvəz Zeynallı və Elçin Sadıqovla bağlı Prezidentə müraciət olundu
11 sentyabr 2022 22:22
- Prezident bu qadınları təltif etdi - Siyahı
6 mart 2021 17:41
- İsgəndər Həmidov onu tanıyanların xatirəsində
27 fevral 2020 08:40
- “Qüds İsrailə məxsus bölünməz paytaxt olacaq”
29 yanvar 2020 09:27
- Azərbaycanda “ömürlük”lərin cinayət işinə yenidən baxılacaq
23 yanvar 2020 00:44
- İranda hökumətə qarşı etiraz aksiyası
12 yanvar 2020 10:33
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09