Prezidentin icra başçılarına verdiyi vaxt başa çatır
Prezident İlham Əliyevin bu ilin iyul ayının 12-də Nazirlər Kabinetinin geniş müşavirəsində ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılması ilə bağlı icra başçılarına verdiyi vaxt gələn həftə - dekabrın 15-də bitir.
“Yeni Müsavat”ın bu mövzuda hazırladığı materialda bildirilir ki, nazirlərin, Prezident Administrasiya rəhbərliyinin də iştirak etdiyi müşavirədə ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışan dövlət başçısı icra başçıları qarşısında konkret müddət qoymuşdu.
Prezident çıxışında demişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar: “Xüsusilə, bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var”.
Dövlət başçısı konkret olaraq icra başçılarına vaxt da vermişdi. “İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”, deyə, prezident xəbərdarlıq etmişdi.
Məlumata görə, Prezident Administrasiyasından (PA) bu məsələdə məsul PA-nın Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevdir.
Artıq uzun müddətdir ki, rayonların oliqarxlar-məmurların nəzarətindən çıxarılması və birbaşa mərkəzi icra aparatına tabeçiliyi prosesi gedir ki, bu məsələdə əsas ağırlıq şəxsən Z.Nağdəliyevin üzərindədir. Təsadüfi deyil ki, əvvəllər dövlət başçısını səfərlərində o rayona məsul nazir və deputat gözə dəyirdisə, indi bu cür görüşlərdə Z.Nağdəliyev iştirak edir, əsas təşkilatçılıq da onun məsuliyyətindədir. Sözsüz, bu cür iş prinsipi birbaşa dövlət başçısının tapşırığı ilə gerçəkləşir ki, bu da artıq öz səmərəliliyini göstərməkdədir. Bu baxımdan prezidentin icra başçılarının taleyini həll edəcək arayışı məhz PA və İqtisadiyyat Nazirliyinə həvalə etməsinin səbəbi aydındır.
İkinci tərəfdən, əyalətlərin birbaşa mərkəzi hakimiyyətə tabe edilməsi prezidentə obyektiv informasiya verilməsini də hədəfləyir. Sirr deyil ki, “qubernator” rolunu oynayan nazirlər bəzi hallarda öz adamlarını qorumaq üçün dəridən-qabıqdan da çıxırdılar ki, bu proses də artıq əngəllənib.
Qəzet yazır ki, yaxın iki ayda əyalətlərin tam olaraq nazirlərin nəzarətindən çıxarılması prosesi yekunlaşacaq. Vaxtilə mərkəzi hakimiyyətin yükünü azaltmaq üçün tətbiq edilmiş bu idarəçilik artıq köhnəlib, iqtidarın işinə yaramır və hətta inkişaf prosesini əngəlləyir. Üstəlik, əyalətlərdə də geniş səlahiyyətlər almış bəzi məmurlar eyforiyaya girir, özlərini əvəzedilməz və hətta məğlubedilməz hiss edir, özlərinə “balaca padşah”lardan “komanda” belə yaratmaq niyyətinə düşür. İddialara görə, əyalətlərdə pambıqçılığın, üzümçülüyün, fındıqçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişafına dair xeyli işlər görülsə də, bu sahədə problemlər hələ qalmaqdadır. Bildirilir ki, rayona sərmayə cəlb etmək, yeni iş yerləri açmaq, yerli əhalinin problemlərinə daha həssas və çevik münasibət göstərmək əvəzinə, bəzi rayonlarda yenə ciddi irəliləyiş olmayıb. Bu səbəbdən 10-a yaxın icra başçısının dəyişdiriləcəyi ilə bağlı xəbərlər yayılıb.
Başqa bir mənbə isə iddia edir ki, gözlənilən dəyişikliklər iqtisadi nazirlik və komitələri də əhatə edəcək, ilin sonuna qədər isə bu seferada daha 2 nazir postunu itirəcək.
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10