Azərbaycanda dəm qazına çarə tapıldı: Bu qurğu ölümə son qoyacaq
İqtisadiyyat17 dekabr 2017 18:50
Azərbaycanlı alim mənzillərdə yaranan dəm qazını atmosferin yuxarı qatlarına atan, bununla da zəhərlənmə və ölüm hallarına son qoyan sadə quruluşlu, lakin çox mühüm qurğu ixtira edib. Alimin ixtirasının digər mühüm cəhəti ondan ibarətdir ki, qurğunun fəaliyyəti üçün heç bir enerji sərf olunmur. Çünki qurğu yalnız küləyin, yaxud evdə yaranmış dəm qazının təsiri ilə fəaliyyətə başlayır və insanları ölümdən qoruyur.
Qaynarinfo xəbər verir ki, buxarılara quraşdırılan təbii ventilyasiya qurğusunun yaranma ideyası, quruluşu və iş rejimi haqqında ixtiranın müəllifi, Azərbaycan Dövlət Aqrar Universitetinin Texniki mexanika və qrafika kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru Şahlar Babayev məlumat verib.
Şahlar Babayev deyib ki, bu qurğunu 2014-cü ildə Prezident İlham Əliyevin həmin ili "Sənaye ili” elan etməsi ilə əlaqədar ixtira edib. Yeni ixtira ilə otaqdakı yanmış və yanmamış qazları, eləcə də mətbəxdəki xoşagəlməz qoxunu buxarılardan çıxararaq atmosferin yuxarı qatına atmaq, habelə otaqlara dolmuş dəm qazının təsirindən zəhərlənmə və ölüm riskini aradan qaldırmaq mümkündür.
Şahlar Babayev qeyd edib ki, zəhərlənmənin əsas səbəblərindən biri də bacalara daxil olan və oradan dəm qazının hərəkətinə mane olan küləkdir. Bu qurğu isə külək nəticəsində işə düşür. Həm də qurğunun borusu diyircəklər üzərində yerləşdirildiyindən onun gövdəsi küləyə qarşı çevrilir və külək bacalara daxil ola bilmir. Beləliklə, çoxmərtəbəli binaların damındakı bacalara, yaxud tüstü borularına quraşdırılan yeni qurğu atmosferin üst qatındakı külək nəticəsində işə düşür və neçə-neçə ailəyə bədbəxtlik gətirən küləyin özü həmin insanların xilaskarına çevrilir.
Bu vaxta qədər qurğunun müxtəlif forma və parametrlərinə, eləcə də iş mexanizminə görə Standartlaşdırma, Metrologiya və Patent İdarəsi tərəfindən iki patent alındığını qeyd edən alim bildirib ki, hazırda qurğunun daha da təkmilləşdirilməsi və onun böyük texnoloji imkanlara malik variantını hazırlamaq istiqamətində işlər davam etdirilir.
Quruluşu çox sadə olan bu qurğunu hazırda bütün çilingər emalatxanalarında düzəltmək və evlərin damında yerləşdirmək mümkündür. İndi alimin əsas istəyi həmin qurğunun sənayedə kütləvi istehsalına, eləcə də müxtəlif təsərrüfatlarda, kimya laboratoriyalarında, ən əsası isə yaşayış binalarında təyinatı üzrə tətbiqinə nail olmaqdır.
Oxşar xəbərlər
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 2024 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- Azərbaycanda sakinlərin yoxa çıxdığı, sirli qəbirlərin olduğu kənd - VİDEO
11 aprel 2024 11:28
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Azərbaycanda Ramazan bayramı qeyd olunur
10 aprel 2024 11:19
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya