Mədət Quliyev xüsusi xidmət orqanlarının iclasında
Siyasət19 dekabr 2017 18:10
Moskvada MDB üzv dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 43-cü iclası keçirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən bildirilib ki, iclasda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Mədət Quliyev iclasda bildirib ki, hazırda beynəlxalq terrorçu təşkilatların fəaliyyət göstərdikləri ərazilərdə yaranmış şəraitin fonunda dini ekstremistlərin aktivləşməsi cəhdlərinə qarşı səngimədən mübarizə aparılmalıdır.
General-leytenant Mədət Quliyev bu baxımdan, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhdid və hədələr barədə əldə edilmiş qabaqlayıcı əməliyyat məlumatları mübadiləsinin intensivləşdirilməsinin, həmçinin terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı səmərəli təbliğat işinin gücləndirilməsinin vacibliyini qeyd edib.
İclasda təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri üzrə aparılmış müzakirələrdə Yaxın Şərq və Orta Asiyadakı son vəziyyətə xüsusi diqqət yetirilib, yeni reallıqlar nəzərə alınmaqla MDB üzv dövlətlərin beynəlxalq terrorçuluq və ekstremizmin müxtəlif zorakı təzahürlərinə qarşı mübarizənin fəallaşdırılması və təkmilləşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi edilib. Bundan başqa, SORB yanında Elmi-texniki əməkdaşlıq, İnformasiya təhlükəsizliyi, İbtidai istintaq sahəsində əməkdaşlıq, Narkotik vasitələrin və psixotrop maddələrin beynəlxalq qanunsuz dövriyyəsi ilə mübarizə üzrə komissiyaların fəaliyyətlərinin yekunları qiymətləndirilib. Eləcə də SORB-un və MDB Antiterror mərkəzinin 2018-ci il üçün fəaliyyət planları müzakirə olunub.
Rusiya Federasiyasının dövlət başçısı tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib. Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndə heyəti Rusiyanın dövlət təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.
NUH.az
Oxşar xəbərlər
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 2024 11:06
- NAR-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
11 aprel 2024 23:21
- Azərbaycan cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya etdi
11 aprel 2024 11:06
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Onlar belə yetişdirilir... - Xüsusi təyinatlıların təlimindən
10 aprel 2024 11:25
- TƏCİLİ! Araz Ağalarovun işçilərinin həbsinə BAŞLANILDI
9 aprel 2024 05:54
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya