Azərbaycanda bağlanması gözlənilən 4 bank
İqtisadiyyat25 dekabr 2017 16:48
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən "DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilib. 1992-ci ildən fəaliyyət göstərən bankın bağlanması bank sektorundakı vəziyyəti yenidən gündəmə gətirib.
Maraq üçün qeyd edək ki, bu devalvasiyadan sonra bağlanan 11-ci bank olub. 2015-ci ildə "Azərbaycan Kredit Bankı” və "Bank of Azerbaijan” ASC, bir il sonra "Qafqaz İnkişaf Bankı" ASC, "Atrabank" ASC, "Texnikabank” ASC, "Bank Standard", "Dekabank” ASC, "Kredobank" ASC, "Parabank” ASC və "Zaminbank” ASC bağlanıb.
Millət vəkilləri və iqtisadçılar uzun müddətdir ki, bank sektorunda vəziyyətin günü-gündən pisləşdiyini, bəzi bankların iflasa uğramaq üzrə olduğunu bildirir, sektorun sağlamlaşdırılması üçün təcili addımların atılmasını vurğulayırlar. Bu günə qədər hökumət bu yöndə bəzi addımlar atsa da, düzgün və şəffaf aparılmayan bank siyasəti lazımı nəticələrin əldə olunmasına mane olur. Bu isə daha bir neçə bankın "DəmirBank"ın aqibətini yaşayacağını deməyə əsas verib.
Bəs hansı bankların bağlanmaq ehtimalı var?
Bununla bağlı Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bağlanma ehtimalı yüksək olan bankların adlarını açıqlayıb:
"Maliyyə Bazarlarına Nəzarət Palatasının və yaxud Mərkəzi Bankın hansı yöndə qərar verəcəyini söyləmək çətindir. Amma zaman-zaman nüfuzlu beynəlxalq reytinq agentliklərinin Azərbaycan bank sektoru ilə bağlı hesabatları dərc olunur. Bu hesabatlardan çıxış edərək müəyyən fikirlər yürütmək mümkündür. Son açıqlanan hesabatlarda "Bank of Baku"nun, "AG Bank"ın, "Bank Respublika"nın və "Unibank"ın adları keçir və qeyd olunur ki, bu bankların kifayət qədər problemləri var, problemli kreditlərin həcmi yüksəkdir və kreditləşməyə yenidən başlaya bilmirlər.
Bu səbəbdən də "Moody's", "S&T" və "Fitch" kimi nüfuzlu reytinq və analiz şirkətləri onların reytinqlərini aşağı salırlar. Çox maraqlı bir detal da var ki, bu analiz şirkətləri gələcək proqnozları da neqativ dəyərləndiriblər, yəni ehtimal olunur ki, vəziyyət getdikcə daha da pisləşə bilər. Təəssüf ki, Azərbaycan rəsmiləri, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı heç bir açıqlama vermədi. Əslində belə bir nüfuzlu agentliklərin məlumatı çıxarkən ya vətəndaşları sakitləşdirmək, ya da həqiqəti söyləmək üçün mütləq daxildə də reaksiya olmalı idi. Təəssüf ki, biz bunu görmədik. Məhz bundan çıxış edərək söyləmək mümkündür ki, heç bir reaksiya yoxdursa və ya bu, Azərbaycanın rəsmi orqanları tərəfindən təkzib olunmayıbsa, sadaladığım banklarda gələcəkdə problemlərin olması ehtimalı çox yüksəkdir. Ümumiyyətlə bank sektorunda bütün banklar belə psixoloji və maliyyə basqısı altındadırlar. Əsas problem kreditlərin yığıla bilməməsi və bankların növbəti yeni kredit xətlərinin açılmasında yaranmış çətinliklərdir. Banklar da əgər verdiyi krediti toplaya bilmirsə və ya yeni kredit xətləri aça bilmirsə, deməli qazanc əldə edə bilmir, qazanc əldə edə bilmirlərsə də maliyyə vəziyyətləri getdikcə pisləşir".
Ekspert çətin vəziyyətlərdə bankların bağlanmasındansa birləşmələrinin daha məntiqli və rasional yol olduğunu qeyd etsə də, indiki vəziyyətdə dövlət dəstəyi olmadan bank sektorunu xilas etməyin mümkün olmayacağını vurğulayıb:
"Aktivlərin birləşdirilməsi yolu ilə müəyyən çıxış yollarının axtarılıb tapılması daha məntiqli və daha rasional yanaşma olardı, amma təbii ki, bankların vəziyyəti o səviyyədədir ki, passivləri də birləşərkən bu, idarəolunmaz bir hal da ala bilər. Yəni, 2 ortasəviyyəli bankın birləşməsi həm problemli kreditlərin birləşməsinə, həm də problemli kreditlərin geri dönüşündə yaranmış çətinliklərin artmasına səbəb ola bilər. Bu barədə dəfələrlə qeyd etmişik və sizin vasitənizlə bir daha söyləmək istəyirəm ki, bunun yeganə çıxış yolu hər hansısa bir dövlət proqramının qəbul olunmasıdır. Yəni, bank sektorunu artıq dövlətin dəstəyi olmadan xilas etmək mümkün olmayacaq. Amma çox qəribədir ki, dövlət Beynəlxalq Banka həm daxili borcların silinməsində, həm xarici öhdəliklərin öz üzərinə götürülməsi yönündə addımlar ataraq, kifayət qədər dəstək oldu, amma daxildəki yaranmış problemlərlə bağlı bir yol xəritəsi hazırlamadı. Bu da bank sektorunun artıq 2 ildən çoxdur ki, silkələndiyini və çox ciddi problemlərlə qarşı-qarşıya qaldığını göstərir. İstənilən hallarda, yəni banklar bağlansalar da, birləşsələr də yerdə qalan banklara da mütləq dövlət dəstəyi proqramı olmalıdır ki, onlar bu vəziyyətdən çıxa bilsinlər. Əslinlə sağlamlaşdırma adı altında yaxşı olardı ki, banklar öz problemlərini öz aralarında həll etsinlər, amma indiki şəraitdə, iqtisadi aktivliyin azaldığı, problemli kreditlərin artdığı bir dövrdə bankların heç biri öz gücünə bu vəziyyətdən çıxa bilməyəcək. Çünki ölkənin ən güclü bankı Beynəlxalq Banksayılırdı və məlum oldu ki, öz gücünə nəyinki problemləri həll edə bilmir, əksinə getdikcə problemləri dərinləşir. Bu səbəbdən də məcburən dövlət problemləri öz üzərinə götürməklə bağlı qərarlar verdi. Əvvəl-axır bank sektoru ilə də bağlı belə qərarların alınması labüd olacaq".
Oxşar xəbərlər
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- Azərbaycanda sakinlərin yoxa çıxdığı, sirli qəbirlərin olduğu kənd - VİDEO
11 aprel 2024 11:28
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Azərbaycanda Ramazan bayramı qeyd olunur
10 aprel 2024 11:19
- Əbiliqoz bəyin Rusiyadakı şirkəti balıq biznesindən 106 milyon qazanıb - FAKTLAR
8 aprel 2024 21:21
Xəbər lenti
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya