Fazil Məmmədovun dəbdəbəli “Ağ Ev”i (FOTO/VİDEO)
Günün sitatı27 dekabr 2017 13:11
Dekabrın 5-də Prezident İlham Əliyevin Sərəncamı ilə Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsi gündəmin əsas müzakirə mövzusuna çevrilib.
Fazil Məmmədovun səhhətində yaranan problemə görə vəzifəsindən çıxarıldığı deyilsə də, başqa versiyalar da səslənməkdədir.
Fazil Məmmədovla bağlı məsələnin aktuallığını nəzərə alaraq, onun hazırda yaşadığı dəbdəbəli villanın fotolarını çəkməyə nail olmuşuq. Sözügedən villa Bakı şəhər, Binəqədi rayon, 9-cu mikrorayon ərazisində, Heydər Məscidinin yaxınlığında yerləşir.
Fazil Məmmədova məxsus olan bu dəbdəbəli sarayı 7-8 metrlik hündürlükdə olan hasarlar və 24 saat çəkiliş aparan üztanıma kameraları ilə əhatə olunub. Villanın 7-8 metr hündürlükdə olan əzəmətli hasarları "alınmaz qala”nı xatırladır. Ona görə də sabiq MTN şefi Eldar Mahmudovun bir müddət əvvəl mətbuatda fotoları yayılan nəhəng villası Fazil Məmmədovun bu imarətinin yanında sözün həqiqi mənasında "koma”ya bənzəyir. Hətta, mən deyərdim ki, keçmiş vergilər nazirinin "Ağ Ev”ə bənzəyən dəbdəbəli villası Prezident Sarayından da güclü mühafizə olunur. Hasarların üzərində ən son model üztanıma kameraları quraşdırıldığı üçün ərazidən quş uçsa belə, mühafizəçilərin dərhal xəbəri olur. Bu üzdən də sözügedən villanın fotolarını çəkəndə bir sıra çətinliklərlə rastlaşdıq və evin giriş darvazası hissəsindən keçən küçədən normal çəkiliş etməyimiz mümkün olmadı.
Mühafizəçilər isə ümumiyyətlə binaya yaxın düşməyə imkan verməməklə yanaşı, küçədən keçən şübhələndikləri şəxslərə yaxınlaşaraq onları sorğu-sual edirdilər.
Bizdə məcburiyyətdən Fazil Məmmədovun dəbdəbəli sarayının görüntülərini daha yüksək yerdən çəkməyə müvəffəq olduq.
Sözügedən villanın yerləşdiyi ərazidə çəkiliş apardığımız zaman bir çox maraqlı məqamlara da şahid olduq. Çəkiliş zamanı Fazil Məmmədovun evinin qarşısını süpürən 10-a yaxın xadimə qadının maraqlı dialoquna şahid olduq.
Süpürgəçi qadınlardan biri o birinə sual edirdi ki, hər gün 10 nəfərin gəlib buranı süpürməyinin nə mənası var? Digər xidmətçi isə ona cavabında başını aşağı salıb işini görməyi məsləhət görür. Əks halda icra başçısının onu işdən çıxaracağını söyləyir. Az keçmir ki, xidmətçi qadınlar ərazini tərk edirlər.
Evin son dərəcə güclü mühafizə olunmasını nəzərə alıb, çəkilişin müəyyən hissəsini taksi ilə aparmağa məcbur olduq. Taksi sürücüsü bu əraziyə bələd adam idi və bizimlə maraqlı söhbəti oldu. O deyir ki, Fazil Məmmədov daha çox bu evdə yaşayır.
"Mən bu əraziyə yaxın yerdə taksi fəaliyyəti ilə məşğulam. Bəzən olur ki, gün ərzində Fazil Məmmədovun bu evinin qarşısından bir neçə dəfə keçirəm. Bir dəfə bu evə sərnişin də gətirmişdim. Eşitdiyimə görə, Fazil Məmmədov evinin həyətindəki hovuzda delfin də saxlayır.
Beləliklə, keçmiş vergilər naziri Fazil Məmmədovun "Ağ Ev”i xatırladan dəbdəbəli villasının görüntülərini oxuculara təqdim edirik:
Oxşar xəbərlər
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- 1970-ci ildə Bakıda qeyd olunan Novruz şənliyindən görüntülər (VİDEO)
25 mart 2024 09:51
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- 15 yaşlı İslam terror zamanı 100-dən çox insanı belə xilas etdi - Video
24 mart 2024 19:21
- Kirkorov Bakıda - Video
24 mart 2024 06:42
Xəbər lenti
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya