2018 Azərbaycanda "sarımsaq ili" olacaq
Müsahibə6 yanvar 2018 22:57
Son bir neçə aydır, o cümlədən 2018-ci il girəndən etibarən kənd yerlərində hər kəs sarımsaqdan, onun gətirəcəyi qazancdan danışır. Elə buna görədir ki, demək olar əksər fermerlər necə deyərlər sarımsağa girişiblər. Belə çıxır ki, bu il ölkədə sarımsaqdan başqa bütün kənd təsərrüfatı bahalaşacaq.
Məlumata görə, hətta bəzi kəndlərdə taxıl yerləri belə sarımsaq əkini üçün istifadə edilir.
Hazırda vəziyyətin bu cür olması nə ilə nəticələnə bilər?
Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Modern.az-a danışıb:
"Çox təəssüflər olsun ki, Azərbaycanda hələ də istehsal və tələbatla bağlı fermerlər arasında maarifləndirmə işləri lazımi qaydada aparılmır. Bir ildə hər hansı məhsulun qiyməti kəskin bahalaşırsa, növbəti ildə əksər kəndlilər çalışır ki, həmin məhsulun istehsalı ilə məşğul olsunlar. Sarımsağın qiyməti 5-6 manata qalxmışdı və ciddi tələbat var idi. İstehsal isə yetərincə deyildi. Bu səbəbdən qiymət artımı müşahidə edilirdi. İndi fermerlər həvəsləniblər və hesab edirlər ki, sarımsağın qiyməti həmişə yüksək olacaq.
Bu baxımdan daha çox sarımsaq əkininə üstünlük verirlər. Ancaq onlar istehsal etdikləri malı-məhsulu bazara çıxaranda, yəni təklif artanda qiymət kəskin şəkildə aşağı düşür. Bu baxımdan fermerlərin bir hissəsi zərərə məruz qalacaq. Bu işdə nisbətən vaxtında bazara mal çıxarıb gəlir əldə edə bilənlər ola bilsin ki, bir o qədər də ziyan çəkməsin. Ancaq sarımsaq əkini ilə məşğul olanların əksəriyyəti üçün zərər qaçılmazdır”.
Ekspert qeyd edib ki, Azərbaycanda hazırda daha çox digər məhsulların istehsalına ehtiyac var: "Düzdür, bu gün sarımsağın bir hissəsini Rusiyaya ixrac edirik. Lakin sarımsaq ixracı da o qədər dayanıqlı deyil. Biz kartof tələbatını ödəyə bilmirik. Ölkəyə hər il 150-200 min ton kartof idxal edilir. Halbuki kartof istehsal edib bazara çıxarmaq mümkündür. Azərbaycanda bu məhsulun qiyməti də yüksəkdir. Eləcə də digər məhsulların adını sadalamaq olar ki, onların da istehsalı ilə məşğul olub dayanıqlı gəlir əldə etmək olar. Digər tərəfdən kartofu bir müddət saxlamaq olar, ancaq sarımsağı saxlamaq Azərbaycan şəraitində çətindir.
Həmçinin fermerlər bilmirlər ki, son 10-15 gün ərzində dünya bazarında taxılın qiyməti 20 faizdən çox artıb. Azərbaycanda da keçən il taxılın istehsalı 150 min ton azalıb. Azərbaycanın taxıla olan tələbatı artdığı halda bizim kəndlilər taxıl istehsalından yayınıb sarımsaq istehsalına keçid ediblər. Bu, anormal haldır. Bununla aidiyyatı qurumlar, nazirlik məşğul olmalı, fermerləri maarifləndirməlidirlər ki, onlar bazarda baş verən təlatümü nəzərə alsınlar”.
Oxşar xəbərlər
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 2024 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 2024 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
Xəbər lenti
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
Video & Fotoqalereya
Video
Fotoqalereya