BDU-nun dekan müavini: "Tələbənin həbs edilməsini istəyirəm"
Siyasət8 yanvar 2018 18:12
Bu gün Apellyasiya Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini, dosent Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevin barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
report-un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə dekan müavininin vəkili Kamandar Nəsibov çıxış edib. O, tələbənin cəzasının ağırlaşdırılması tələbi edib. K.Nəsibov bildirib ki, verilən cəza çox yüngüldür: "Zəka Mirağayev müvəkkilimi rüşvət almaqda ittiham edib, amma ortaya heç bir fakt qoymayıb. Onun həbs edilməsini istəyirəm".
N.İsmayılzadə də vəkili ilə razılaşdığını deyib.
Daha sonra Z.Mirağayevin vəkili Elçin Sadıqov çıxış edib. O qeyd edib ki, xüsusi ittihamçının məhkəməyə təqdim etdiyi materiallarda N.İsmayılzadənin ünvanına birbaşa ittiham yoxdur. Məhkəmədən xahiş edirəm ki, Yasamal Rayon Məhkəməsinin hökmü ləğv edilsin, müvəkkilimin barəsində bəraət verililsin".
Z.Mirağayev də vəkili ilə razı olduğunu söyləyib.
Məhkəmənin növbəti iclası yanvarın 12-nə təyin edilib.
Qeyd edək ki, BDU-un İlahiyyat fakültəsinin dekan müavini, dosent N.İsmayılzadə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, həmin fakültənin 4-cü kurs tələbəsi Z.Mirağayevin Cinayət Məcəlləsinin (CM) 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini istəyir. O, məhkəməyə müraciətində göstərib ki, Z.Mirağayev ona böhtan atıb, ağır cinayət törətməkdə ittiham edərək təhqir edib.
Dekan müavininin iddia ərizəsinə əsasən, bir müddət öncə KİV-də onun haqqında bir neçə məqalə dərc olunub. Həmin məqalələrdə N.İsmayılzadə özünün ünvanına təhqiredici ifadələr və böhtan xarakterli məlumatlar əks etdirildiyini deyib.
Məhkəmə iclasında N.İsmayılzadənin vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edib. Belə ki, dekan müavini tələbənin CM-nin 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir. İddia əlavə icraata qəbul olunub.
Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, Z.Mirağayev Azərbaycanı tərk etdiyi üçün onun barəsində axtarış verilib. Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə həvalə olunub. Məhkəmə müvəqqəti olaraq cinayət işinin icraatını dayandırıb. Bir müddət sonra isə Z.Mirağayev özü Azərbaycana geri qayıdıb. Məhkəmənin hökmü ilə Z.Mirağayevin aylıq əməkhaqqısının 15 faizi dövlət nəfinə tutulmaqla o, 1 il islah işləri cəzasına cəlb edilib. Hökmdən narazı qalan hər iki tərəf apellyasiya şikayəti verib.
Oxşar xəbərlər
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- İmran Əliyev həbs edildi
19 aprel 2024 20:39
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 2024 11:06
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 2024 20:53
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya