Mərkəzi Neftçilər Xəstəxanasında açıq bazar
Bu gün Mərkəzi Neftçilər Xəstəxanasında oldum. Burun-boğaz-qulaq xəstəlikləri üzrə həkim-otolorinqoloq Tural Hüseynovun qəbuluna getmişdim. Qabaqcadan zəng edib razılaşmışdıq.
Saat 9-30-da xəstəxananın 4-cü mərtəbəsində vəzifəsinin nədən ibarət olduğu bəlli olmayan bir qadın mənim də adımı əlindəki uzun qəbul siyahısına yazıb, məni koridordan pilləkən meydançasına çıxardı və qapını arxadan bağlayaraq gözləməyi tapşırdı. Doğrudur, dar meydançada iki oturacaq var idi, amma onlar məndən qabaq gələnlər tərəfindən tutulduğu üçün çoxları kimi mən də pilləkənlərin üstündə ayaq üstə dayanmalı oldum. Burada qocalar və uşaqlı qadınların əksəriyyəti pilləkənlərin üstünə qəzet sərib oturmuşdu. Düzünü deyim, bu mənzərə mənim yadıma XX əsrin başlanğıcındakı Bakı qul bazarlarını saldı...
Düz iki saat gözləyəndən sonra, nəhayət, bayaqki siyahıtutan qadın mənə yaxınlaşıb, ödəniş eləməyi buyurdu. Nə qədər? 30 manat! Dinmədən çixarib verdim, amma əvəzində mənə nə qəbz, nə bir sənəd verdilər. Xanım çox sakitcə pulu alıb cibinə qoydu və məni həkimin yanına ötürmək istədi. Elə bu zaman balacaboy, arıq bir mühafizə işçisi aşağıdan bir xəstə gətirib, dedi ki, bunu filankəs tapşırıb, növbəsiz içəri keçməlidir. Mən etiraz elədim, dedim ki, düz iki saatdır növbə gözləyirəm, mən növbəmi niyə başqasına verməliyəm? Mühafizəçi çox saymazyana şəkildə: - Mən mühafizəçiyəm, - dedi və qabağa keçdi.
Başa düşdüm ki, artıq burada mübahisə eləmək yersizdir və əsəblərim getdikcə tarım çəkilir. Ona görə bayaq qəbzsiz, filansız 30 manatımı alıb cibinə basan xanıma yaxınlaşıb pulumu geri istədim. Dedim, mənə sizin həkim lazım deyil. Sənədsiz, qəbzsiz pula alıb cibinə qoyan xanım əvvəl imtina eləmək istədi (imtina etsəydi də, heç bir şey edə bilməyəcəkdim, çünki əlimdə heç birsənəd yox idi), amma insaflı çıxdı. Daha doğrusu, yanındakı digər qadınların təkidi ilə pulu cibindən çıxarıb mənə qaytardı.
Doğrusu, bu Tural Hüseynovun necə həkim olmasını deyə bilmərəm, deyirlər, Türkiyədə də olub. Bəlkə də işinin öhdəsindən gələ bilir. Məni sadəcə olaraq narahat edən xəstəxanadakı qanusuzluq, dərəbəylik, vergidən yayınma hallarına imkan verən sənədsiz pul yığımı, insanlara etinasız münasibətdir. Həkim xəstəni toz-torpaqlı pilləkənlərin üstündə saatlarla oturub gözləməyə vadar etməməlidir. Mühafizə xidməti əməkdaşları xəstəxananın mühafizəsi ilə məşğul olmalıdır, həkim-xəstə münasibətinə müdaxilə etməməlidir. Ölkə başçısı insanlara xidmət, sosial sahələrin inkişafı ilə bağlı ardıcıl tədbirlər gördüyü bir halda, kimlərsə öz maraqlarına görə xəstəxananı bazara çevirməməlidir!
İ.Quliyev Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 2024 23:09
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Ölənlərin sayı 99 nəfərə çatdı - Video + Yenilənib
23 mart 2024 08:10
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Samir Adıgözəllini vəhşicəsinə döydülər
22 mart 2024 17:10
- Azərbaycanda tanınmış şairi motosiklet vurdu: Ciddi xəsarət aldı - Foto
22 mart 2024 13:22
- Xalq şairi Səməd Vurğunun doğum günüdür - FOTO
21 mart 2024 15:51
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41