“Bizi Heydər Babayev və xanımının qərarı ilə məhkəməyə veriblər”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi başlayan "Çudo Peçka"nın sahibi Çingiz Cəlilovun istintaqa ifadəsi məlum olub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ç.Cəlilov deyib ki, 2001-ci ildə "Çudo Peçka" MMC-ni təsis edib: "İşlə bağlı bir neçə banka kredit üçün müraciət etdik. Götürdüyümüz kreditlər vaxtında ödənilib. 2006-cı ildə Yaşar Babayevlə "Bakı Biskivit Fabriki"ni işlətməyə başladıq. Yaşar Babayevin sahibi olduğu "ABU holdinq"in baş direktoru Yuri Vasilyeviçlə tanış oldum. Onun vasitəsi ilə də "Standart Bank"ın idarə heyətinin sədri Səlim Kirmanla ünsiyyətimiz yarandı. Səlim müəllimlə elə də sıx münasibətim olmayıb. Yaş fərqimiz çox olduğu üçün əsasən qardaşım Pərviz onunla danışırdı".
Çingiz Cəlilov bildirib ki, qardaşı Pərviz bir müddət sonra Səlimin şirkətin 30 faizini almaq istədiyini deyib: "Biz təkliflə razılmaşdıq. 2008-ci ildə İqtisadi böhranla bağlı çətinliklər yaşadıq. Bu zaman Səlim müəllimin iki il davam edən israrlarını nəzərə alıb, şirkətin 10 faizini ona satdıq. Səlimlə aramda bağlanmış ayrıca müqaviləyə əsasən ona olan 1 milyon 212 min manat borcum silinməli idi. Əlavə olaraq hər ay mənə 30 min manat ödənilməliydi. Amma Səlim Kirman öhdəlikləri yerinə yetirmədi. Səlim Kirman 1 milyon 212 min borcu ödəmədi, 5 aydan sonra isə aylıq ödəmili olduğu 30 min manatı da verməməyə başladı.
Mən 1,2 milyonluq borcumdan 800 min manat ödədim, 400 min manatlıq əmlak da girov qoydum. 2006-cı ildən "Çudo Peçka" Səlimin nəzarətinə keçdi".
Çingiz Cəlilov əlavə edib ki, S.Kirman 2012-ci ildə ona "Çudo Peçka"nın daha da inkişaf etdirilməsini təklif edib və bu məqsədlə digər ailə üzvlərinin adına kredit götürülməsini məsləhət görüb: "Qardaşım Pərviz, övladlarım Anar və Teymurun adına bir neçə müqavilə imzalandı. Həmin kredit müqavilələr çox böyük məbləğlərdə idi. Həmin sənədlər arasında kassa məxaric ordeni olmayıb. Düşündüm ki, növbəti dəfə banka çağırılanda kassa məxaric orderi olacaq. Amma nə biz banka çağırıldıq, nə də sənədi verdilər. Həmişə Səlimlə danışanda bu məsələni aydınlaşdırmaq istəsəm də, hər dəfə məlumat verəcəyini deyirdi. 2014-cü ilin iyununda isə mənə və ailə üzvlərimə Səbail rayon Məhkəməsindən faizi ilə birlikdə 31 milyon manatlıq bank tərəfindən mülki iddia qaldırması ilə bağlı məktub gəldi. Məhkəmədə bildik ki, adımıza ayrılan pullar bizə çatmayıb. Rayon Məhkəməsi bizi cavabdeh kimi qəbul edib, əleyhimizə qərar çıxartdı. Ali Məhkəmənin qərarı ilə məlum oldu ki, həmin pullar Səlim tərəfindən "Çudo Peçka" şirkətinə yönəldilib. Məhkəmə dövründə bankdan adıma olan çıxarışları əldə edəndə bildik ki, iki kredit üzrə 150 min manat mənim hesabıma, qalan pullar isə başqa adamların adına köçürülüb. 2016-cı ildə isə Binəqədi rayon Məhkəməsi qərarı ilə şirkət bizə qaytarıldı. Apardığımız yoxlamalar zamanı məlum oldu ki, ailəm adına götürülən kreditlər şirkətin işlərinə yönəldilməyib".
Çingiz Cəlilov qeyd edib ki, bankdan götürülən kreditlərlə 2006-2009-cu illərdə Qara Qarayev, Neftçilər, Nərimanov, Əhmədli, İnşaatçılar, 3-cü mkr ərazində olan mağazalar açılıb: "Həmçinin "5 Qazan" kulinariya evi işə salınıb. Bundan başqa torpaq sahələrində üzümçülük və buğda əkini işləri də aparılıb. 2009-cu ilədək banka 15 milyon manat pul ödənilib. Həmin vaxt kreditlərin ödənilməsi, götürülməsi, mağazaların fəaliyyəti ilə qardaşım Pərviz məşğul olurdu, 2009-cu ildə kreditlərin ödənilməsində axsamalar yaşandı. Bu səbəbdən Səlimin təklifi ilə müqavilələr yeniləndi, götürülən kreditlər köhnə borcların ödənilməsinə yönəldildi. Səlim Kirman şirkəti ələ keçirmək niyyəti həyata keçirmək üçün yoxlamalar göndərirdi. Sonradan Səlim kredit borcları ilə bağlı verdiyi sözlərə əməl etmədi. Onunla görüşüb məsələni aydınlaşdırmaq, bizi niyə məhkəmə verdiyinin səbəbini öyrənmək istədim. Səlim dedi ki, bu bankın rəhbəri Heydər Babayevin və xanımın qərarıdır.
Biz şirkəti Səlimə verəndə 14 mağaza vardı. Kənar idarəçiliyin fəaliyyəti nəticəsində şirkət məhvə gedib. Ayrılan kreditlərin hamısı şirkətin fəaliyyətinə yönəldilib. Həmin pullarla şəxsi əmlak, mənzil, torpaq, bağ evi almayıb".
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09