Azərbaycan "Stalinin yaxtası"nı alır
Dünya17 yanvar 2018 00:24
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC "Stalinin yaxtası" kimi tanınan "Maksim Qorki" adlı gəmini öz yubileyinə hədiyyə etmək istəyir
. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (XDG) QSC "Stalinin yaxtası" kimi tanınan "Maksim Qorki" adlı gəminin alınmasına dair son qərarı verməyib.
Məlumatlı mənbənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, XDG-nin ekspertlər qrupu ötən həftə gəmiyə texniki baxış keçiriblər. Hazırda gəminin alınması ilə bağlı danışıqlar gedir.
Xatırladaq ki, yanvarın 15-də Rusiya KİV-ləri məlumatlı mənbələrə istinadən xəbər verib ki, "Moskva çay gəmiçiliyi" ASC "Stalinin yaxtası" adlandırılan "Maksim Qorki" gəmisini satışa çıxarıb.
Potensial alıcılar arasında Azərbaycan da var. Xəzər Dəniz Gəmiçiliyi bu il yaradılmasının 160 illiyini qeyd edəcək və buna görə də "Maksim Qorki" gəmisi dəniz donanması muzeyi üçün eksponat kimi istifadə oluna bilər. Yubiley 2018-ci ilin 21 may, yaxud da 25 iyun tarixində — Dənizçilər Günündə qeyd olunacaq.
Rusiya KİV-lərinin yazdığına görə, alqı-satqı barədə müqavilə tərəflər arasında cari ilin birinci kvartalında baş tuta bilər. Bu isə XDG-nin ildönümünə hazırlığa dair iş planının tələbinə tamamilə cavab verir.
Eyni zamanda, Azərbaycandakı məlumatlı mənbə bildirib ki, "Maksim Qorki" teploxodu Xəzər dənizinin Azərbaycan sektorunda heç vaxt istifadə edilməyib. Gəmi yalnız nadir eksponat kimi alınır. O gəmi üzməyəcək, sadəcə Bakı buxtasında lövbər salacaq. Hələlik yeni alınacaq bu "su muzeyi"nin harada yerləşəcəyi məlum deyil. Amma o məlumdur ki, bu muzey görünməsi əlverişli olan yerdə qərar tutacaq.
Qiymətlərə gəlincə, tərəflər hələlik yekun qiyməti açıqlamayıblar. Rusiya nəşrinin məlumatına görə, teploxodun satış qiyməti təxminən 20 milyon rus rublu civarında qiymətləndirilir. Bu da Azərbaycan pulu ilə 600 min manat edir.
Hazırda "Maksim Qorki" teploxodu "Mosturflot" səyahət şirkətinə mənsubdur. Bu gəmi səyahət üçün nəzərdə tutulub və 1934-cü ildə "Krasnoye Sormovo" gəmiqayırma zavodunda qurulub. Onun uzunluğu 68,8 metr, eni 13 metrdir. Teploxod saatda 30 kilometr sürət yığır. O, 130 sərnişin üçün nəzərdə tutulub.
XX əsrin 60-cı illərinə qədər bu gəmi orta səviyyəli sovet rəhbərlərinin gəzintisində istifadə olunub. 40-50-ci illərdə isə ölkənin birinci şəxsləri — Beriya, Kaqanoviç, Molotov, Malenkov, Xruşşov və başqaları burada istirahət edib. Amma 50-ci illərin sonunda gəminin partiyanın yüksək vəzifəli şəxslərinin səyahətləri üçün istifadəsi dayandırılıb. Dolaşan əfsanələrə baxmayaraq, İosif Stalin heç vaxt bu gəmidə olmayıb. Yazıçı Maksim Qorki də, deyildiyi kimi 1935-ci ildə bu gəmidə istirahət etməyib. 60-cı illərdən başlayaraq, "Maksim Qorki" Moskvadan olan işçiləri şəhərətrafı çimərliklərə aparmaq üçün istifadə edilib. 1999-2003-cü illərdə teploxodda modernləşdirmə işləri aparılıb. Təmirdən sonra gəmidə Stalinin və digər sovet xadimlərinin mum fiqurlarından ibarət muzey açılıb.
Yeri gəlmişkən, "Mosturflot" teploxodun yekun qiymətini açıqlamaqdan imtina edib, həmçinin digər suallara da cavab verməyib.
Oxşar xəbərlər
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 2024 19:09
Xəbər lenti
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya