Anamın kəfəni söyülürsə nə etməliyəm?
Mədəniyyət17 yanvar 2018 22:40
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində müğənni Sevda Sanaliyevanın mətbuat konfransı baş tutub.
Oxu.az xəbər verir ki, ifaçının mətbuat nümayəndələrini bir araya toplamaqda məqsədi bir neçə gün öncə qayınanasının ona yazdığı təhqiramız mesajlarla bağlı olub:
"Hər birinizi salamlayıram. Burada iştirak etdiyiniz üçün təşəkkür edirəm. Məlum məsələ ilə bağlı sizi topladığım üçün öncədən hər birinizdən üzr istəyirəm. Əslində yeni mahnı və klip təqdimatlarımla qarşınıza çıxmağım daha məqsədə uyğun olardı.
Hər zaman qalmaqal və söz-söhbətlərdən uzaq dururam. Uzun zamandır bu məsələyə susurdum və susmağa da davam edəcəkdim. Sadəcə olaraq məsələ sosiallaşdığı üçün bu addımı atdım. Sizinlə görüşümün əsas səbəbi mövzunu sonlandırmaqdır. Çünki bu hadisə tək məni yox sevdiklərimi də zədələyir. Həm mənəvi həm də maddi ziyan dəyir”.
Müğənninin vəkili Asif Abdullayev hadisənin hüquqi tərəflərindən danışıb:
"Mən də bu məsələyə hüquqi tərəfdən yanaşmaq istəyirəm. Təbii ki, hər kəsin ailəsi və şəxsi həyatı var. Ailə daxilində çox şey baş verə bilər. Bu hadisələr ictimailəşəndə və şəxsin iradəsinə zidd olaraq onun ailə həyatının sirri açılanda insan mənəvi sarsıntıya məruz qalır. Bu gün Sevda xanımın xahişi ondan ibarətdir ki, onun razılığı olmadan şəxsi həyatı ilə bağlı xəbərlər yayılmasın. Bu tip informasiyaların qorunması qanun tərəfindən təmin edilir. Bu kostitusiyanın 32-ci maddəsində də qeyd olunub.
Bu mətbuat konfrans ilə həmin şəxslərə bir daha xəbərdarıq etmək istəyirik ki, bu günə qədər qohumluq əlaqələri bu məsələnin hüquqi müstəviyə çıxmasına əngəl olurdusa, bundan sonra məcburiyyət qarşısında qalınaraq məsələnin həlli üçün hüquq müstəvisində addım atılacaq. Eyni zamanda da xəbəri dərc edən media qurumu da məsuliyyətə cəlb ediləcək”.
Sevda Sanaliyeva qarşı tərəflə razılığa gələ bilmədiklərini də deyib:
"Telefonla danışmışıq, amma qarşı tərəf anlayışlı deyil. Problemlərinin nə olduğunu bilmirəm. Sadəcə istəyirlər ki, onların həyatında olmayım. Hətta nəvələrini də qəbul etmir. Həyat yoldaşımın bu məsələyə qarışdırılmasını istəmirəm. Ayrı-ayrı insanlarıq və özüm qərar verə bilirəm. Əgər mənim anamın qəbri, başdaşı, kəfəni söyülürsə, nə etməliyəm? İnandırım ki, əgər sizlərdən birinə bu hərəkət olunsa, bir dəqiqə də dayanmazsınız. 4 ildir ki, qulağım dözür. Amma hər kəsə qarşı təhqir yolverilməzdir. Onlar hətta yoldaşımın birinci evliliyindən olan övladlarını belə ona göstərmirlər.”
İfaçı sonda media nümayəndələrindən xahiş də edib:
"Media nümayəndələrindən xahişim var. Mənim oğlum artıq 3 yaşındadır. Bir neçə ildən sonra bu yazıları internetdə görsə ona necə cavab verəcəyimi bilmirəm. İstəyim odur ki, qarşı tərəfin fikirlərini yayımlamayın”.
Oxşar xəbərlər
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- Crocus City Hall-da YALIN ƏLLƏ terrorçunu zərərsizləşdirən şəxs danışdı - VİDEO
23 mart 2024 18:55
- Xaçmazda qadın özündən 39 yaş kiçik qohumu tərəfindən öldürüldü... VİDEO
23 mart 2024 18:31
- Nürəddin Mehdixanlının vəsiyyəti ....
21 mart 2024 19:28
- Xalq artisti - Dedi ki, sizə erməni pasportu düzəldək və Ermənistanda heykəlini ucaldaq
20 mart 2024 14:16
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 2024 12:38
- Hamamda əxlaqsızlıq: Bakıda 43 yaşlı kişi sevgilisinin 10 yaşlı qızına...– ŞOK DETALLAR
29 fevral 2024 15:45
- İlham Əliyevin andiçmə mərasimindəki çıxışının - Tam mətni
14 fevral 2024 20:46
- 15 il əvvəlin SİRLİ QƏTLİ: Rail Rzayevə qarşı Bakının mərkəzində terroru kim sifariş verib?
11 fevral 2024 12:59
- Ömrünü yurdunun maariflənməsinə həsr eləmiş insan....
30 yanvar 2024 22:30
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya