Saday Şəkərli məhkəməyə müraciət etdi
Kriminal18 yanvar 2018 23:56

Hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan yazıçı-şair Saday Şəkərli vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.
Bu barədə Trend-ə açıqlamasında S.Şəkərlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.
Vəkil bildirib ki, S.Şəkərli Nizami rayon Məhkəməsinə müraciət ünvanlayıb: "Qanunvericiliyə edilən son dəyişiklikdən sonra Saday Şəkərli müraciət hazırladı. O, 2015-ci ildə həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının yarısını artıq çəkib. Yeni dəyişikliyə görə, onun azadlığa buraxılması mümkündür. Yəni, artıq iş üzrə mülki iddiaçı yoxdur, maddi ziyan yoxdur, ailə vəziyyəti və səhhətindəki problemlər məhkəmə tərəfindən nəzərə alına bilər. Bu məqsədlə də o, Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xahiş edib ki, vəziyyəti nəzərə alınaraq azadlığa buraxılsın".
F.Mehtiyev bildirib ki, S.Şəkərlinin şikayəti hələlik məhkəmədə icraata verilməyib.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhər sakini S.Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan, faktla bağlı onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfinin qərardan verdiyi kassasiya şikayətini Ali Məhkəmə təmin etməyib.
Oxşar xəbərlər
- “Azərbaycan şahmatçılarına qarşı oynaya bilmirəm”
26 aprel 2018 19:10
- Cümhuriyyəti devirənlərin aqibəti
26 aprel 2018 19:00
- Gürcüstanda kəndliyə 6-7, bizdə 26 faizlə kredit təklif olunur
26 aprel 2018 17:49
- İlham Əliyev Atatürkün məzarını ziyarət edib
25 aprel 2018 12:51
- Azərbaycanın əməkdar artisti vəfat etdi
24 aprel 2018 23:43
- Metro əməkdaşı kənd əhalisini təhqir etdi - Qalmaqal
24 aprel 2018 19:30
- " Yeganə və Yafəs" dastanı
24 aprel 2018 14:11
- Prezident təhsil nazirini təyin etdi
23 aprel 2018 16:27
- İcra başçısı vəfat etdi
23 aprel 2018 14:25
- “Nar” Ümumdünya kitab günündə uşaqları təbrik etdi
23 aprel 2018 14:05
Xəbər lenti
- Uşaqlarda suçiçəyi: diaqnoz və müalicə
27 aprel 01:24
- ABŞ-ın yeni dövlət katibi məlum oldu
27 aprel 01:16
- Bakıda şirkətə silahlı basqın, mühasib bıçaqlandı - Video
27 aprel 01:01
- Yeni nazir müəssisələri yoxlamağa başladı - Fotolar
27 aprel 00:42
- Prezident Tereza Meylə görüşdü - Fotolar
27 aprel 00:24
- BSU-da tələbə və magistrantların respublika konfransı keçirilib
26 aprel 19:30
- “Azərbaycan şahmatçılarına qarşı oynaya bilmirəm”
26 aprel 19:10
- Cümhuriyyəti devirənlərin aqibəti
26 aprel 19:00
- Gürcüstanda kəndliyə 6-7, bizdə 26 faizlə kredit təklif olunur
26 aprel 17:49
- Nazirlər Kabinetinin üzvlərinin sayı (SİYAHI)
26 aprel 17:22
- Leyla Şıxlinskaya ayda itinə 500 manat xərcləyir
26 aprel 17:08
- Ermənistanda daha 3 nazir istefa verdi
26 aprel 16:21
- İlham Əliyev Londonda
26 aprel 15:00
- Səlim Müslümov həbs olunub ?
26 aprel 14:30
- “Almaniya Azərbaycanı dəstəkləməyə hazırdır” - Merkeldən Əliyevə
26 aprel 13:52
- Kəmalə Ağazadə rüşvətdə və dələduzluqda ittiham edilir
26 aprel 12:11
- Putindən Ramiz Mehdiyevə yüksək mükafat
26 aprel 12:04
- “Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu”
26 aprel 09:47
- Səlim Müslimovun adamları təmizlənir: İlk qurbanlardan biri Fuad Əlizadə olacaq
25 aprel 23:58
- AXC-nin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
25 aprel 23:35
- Paşinyan Ermənistanda baş nazir postuna namizəd oldu
25 aprel 23:14
- Yeni nazirdən bir gündə 5 təyinat
25 aprel 17:55
- Əliyev Ərdoğanın iqamətgahında belə qarşılandı - Fotolar
25 aprel 15:17
- Nazir müavini İlham Quliyev vəzifəsindən azad edildi
25 aprel 14:49
- Nazim İbrahimovun müavininə də kəskin ittiham: "Ramin Məmmədovla bağlı araşdırma aparılmalıdır!"
25 aprel 14:26
- Kənd Təsərrüfatı Nazirliyinə yeni sözçü təyin olundu
25 aprel 13:48
- Azərbaycanda iri qızıl filizi yatağının işlənməsi üzrə planlar açıqlandı
25 aprel 13:20
- İşdən çıxarılan generalın milyonluq mülkləri
25 aprel 13:05
- İlham Əliyev Atatürkün məzarını ziyarət edib
25 aprel 12:51
- Məktəbdə zorlama hadisəsi AKSİYAYA SƏBƏB OLDU
25 aprel 12:39
Video & Fotoqalereya
Video
Fotoqalereya