Tələbələr üçün: Dünyada 29 dəqiqə, Azərbaycanda saatlar...
İdman21 yanvar 2018 01:23
Bakıda təhsil alan tələbələrin böyük bir qismi kirayə mənzillərdə yaşayırlar. Bunun isə əsas səbəbi universitetlərin tələbələri yataqxanalarla təmin edə bilməməsidir. Bu gün tələbələrin çoxu maddi cəhətdən nisbətən imkansız ailələrin övladlarıdır və onlar yüksək qiymətə kirayə evlərdə yaşamaqda çətinlik çəkirlər. İllərdir ki, bölgələrimizdən, kəndlərimizdən ali təhsil almaq üçün paytaxta üz tutan tələbələrimiz və onların ailələri ciddi problemlə üzləşirlər. Çünki universitetlərimizin bir çoxunun yataqxana sistemi demək olar ki, yox səviyyəsindədir.
Məsələn, 20 minə yaxın tələbənin təhsil aldığı Bakı Dövlət Universitetinin tələbə şəhərciyi 2013-cü ildən etibarən tamamilə yararsız vəziyyətdədir. Şəhərciyin 3, 4, 5 saylı binaları tamam sökülüb. Məqsəd isə universitetin 2019-cu ildə keçiriləcək 100 illik yubileyinə qədər, yeni yataqxananın inşa edilməsidir. Plana görə yeni yataqxanada 5-6 min tələbənin yaşaması təmin olunacaq. Amma hələ də tikinti işlərinə başlanılmayıb. Vaxtilə Bakı Dövlət Universitetinin nəzdindəki yataqxanada məcburi köçkünlər məskunlaşmışdı ki, onlar da bir müddət əvvəl Müşfiqabad qəsəbəsinə köçürüldü. Köçürülən köçkünlərdən sonra isə bina tamamilə söküldü. Halbuki Sovet dövründə burada universitetin təxminən 7 yataqxanası var idi.
6 minə yaxın tələbəsi olan Azərbaycan Dillər Universitetinin bir yataqxanası var və orada 200 tələbənin qalması mümkündür.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 5 yataqxanası var. Bu yataqxanaların 4-də erməni işğalı nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş məcburi köçkünlər məskunlaşıb. Bu yataqxanalardan birində, yəni 2 nömrəli tədris binasında fəaliyyət göstərən yataqxanada təxminən 200-ə qədər tələbəni yerləşdirmək mümkün olur.
Azərbaycan Tibb Universitetinin 5 yataqxanası var və bu yataqxanalarda təqribən 1000-dən yuxarı tələbə yerləşdirmək imkanı var.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin hazırda fəaliyyətdə olan 320 nəfərlik yataqxanası var. Ümumilikdə ali təhsil müəssisəsinin 7 yataqxanası var. Onlardan 6-sı sökülüb və hazırda biri qalıb. Bu ilin sentyabr ayına qədər, yəni yeni tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1000 yerlik tələbə yataqxanası istifadəyə veriləcək. Yeni yataqxana ADNSU-nun əvvəlki yataqxanasının yerində olacaq. Qeyd edək ki, yataqxana Heydər Əliyev Fondu və Təhsil Nazirliyinin birgə layihəsidir.
Təhsil Nazirliyinin rəsmilərinin bildirdiyinə görə yaxın bir neçə il ərzində digər tələbə yataqxanalarının da tikilməsi nəzərdə tutulur.
Ekspertlərin fikrincə, bir neçə xarici ölkənin universitetlərinin yataqxanaları ödənişli olsa da, tələbələrin sayına adekvatdır və müasir tələblərə və şəraitə uyğundur. Azərbaycandakı universitetlərin yataqxanaları isə ya yox səviyyəsindədir, mövcud olanlarinın isə yaşayış üçün normal şəraiti yoxdur. Bu səbəbdən əsasən rayon və kəndlərdən paytaxta təhsil dalınca gələnlər kirayə evlərdə rahat qalmağa üstünlük verirlər. Halbuki tələbələr kirayədə qalmamalıdır, onların rahatlığı üçün universitet nəzdindəki yataqxanalarda münbit rahatlıq təmin olunmalıdır. Bundan əlavə bir çox universitetlərin yataqxanalarında illər öncə məcburi köçkünlər məskunlaşıb. Bu vəziyyət də yerləri məhdudlaşan yataqxanalarda tələbələrin qalma imkanını əlindən alır. Bu mənada ali təhsil müəssisələrinin yataqxanalarla bağlı problemi çox ciddi məsələdir və qısa zamanda öz həllini tapmalıdır.
Təhsil eksperti Kamran Əsədov "Cümhuriyət” qəzetinə bildirib ki, paytaxt Bakıda fəaliyyət göstərən ali təhsil müəssisələrinin yataqxanalarının olmaması kirayə mənzillərə tələbatı həmişə artırır: "Lakin bu tələbələrin yaşayış problemini həll etmək demək deyil. Dünya təcrübəsində qəbul edilib ki, tələbələrin yaşadığı yer ilə ali təhsil müəssisələri arasında məsafə 29 dəqiqəlik məsafədən çox olmamalıdır. Lakin bu gün 100 minlərə tələbə universitetlərdən uzaq məsafələrdə kirayədə qalır ki, bu da onların həm təhlükəsizliyinə, həm də təhsilinə ciddi şəkildə təsir göstərir. Xatırladım ki, bir müddət əvvəl Sumqayıt şəhərində təhsil alan tələbələr yol qəzasında həlak oldu. Bu kimi hallar il ərzində tez-tez təkrar olunur. Təkcə yol qəzası yox, həm də digər qəzalar, bədbəxt hadisələr nəticəsində tələbələr həlak olur. Amma onlar bir məkanda, universitetlərin yaxınlığında yerləşən yaşayış yerində, tələbə yataqxanalarında qalsalar, bu kimi bədbəxt hadisələrin sayı azalar. Bu həm də onların təhsilinin keyfiyyətinin artırılmasına təkan verə bilər. Belə ki, tələbələrin kirayə mənzillərdə bəzən ev sahibi ilə birlikdə yaşaması və oxumaq üçün normal şəraitin olmaması, onların təhsil alması üçün ciddi maneələr yaradır”.
Oxşar xəbərlər
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- Azərbaycanda sakinlərin yoxa çıxdığı, sirli qəbirlərin olduğu kənd - VİDEO
11 aprel 2024 11:28
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya