6 türk əsgəri bu qəbiristanlıqda dəfn olunub
Bakı Dövlət Universitetinin müəllimi Qismət Yunusoğlu Azərbaycanda şəxsiyyəti məlum olmayan türk şəhid məzarlarının tarixçəsini araşdırır.
Bundan öncə paytaxtın Mərdəkan və Qobustan qəsəbələri, Abşeron rayonun Fatmayı kəndi, Binəqədi rayonunun Xocasən qəsəbəsindəki adsız türk şəhid məzarlarını araşdıran Q. Yunusoğlu bu dəfə Ucar rayonunun Təzə Şilyan kəndində və Xırdalanda olub. O bununla bağlı məqaləsini “Qafqazinfo”ya təqdim edib.
Məqalədə qeyd olunur ki, Ucar rayonunun Təzə Şilyan kəndinin qədim “Yunuslu məhəlləsi”ndəki qəbiristanlıqda (bu qəbirstanlıqdan keçən əsrin 60-70-ci illərinədək istifadə olunmuşdur) ay-ulduz nişanlı və bir əsrlik yaşı olan bir ağac başdaşı qalmaqdadır. Bu qəbirdə 1918-ci ilin iyun ayının 2-ci yarısında hay-daşnak-bolşevik quldurlarının bu kənddə yerli əhaliyə qarşı törətdikləri soyqırımın qarşısının alınmasında vuruşaraq şəhid olmuş canbir-qanbir doğma, qardaş türk döyüşçüsü (adı-soyadı bilinməsə də) uyuyur. Ümumilikdə həmin döyüşlər zamanı 6 türk əsgəri şəhid olmuş, bu qəbiristanlıqda dəfn edilib. (keçən əsrin 70-80-ci illərinədək bu qəbirlər salamat olub).
Kənd sakini Tahir Allahverdi oğlu Kərimovun bildirdiyinə görə, indi adı-soyadı naməlum olmayan 6 türk şəhidinin qəbrı bu qəbirstanlıqda dəfn edilmiş babası Ələkbər Kərim oğlu Kərimovun (1835-1910) məzarı ətrafında olub. Bu kəndin ətrafında Göyçay çayının sol qolu olan Qarasu çayının yatağı boyunca yerləşən “Məşədi Hüseyn gözü”, “Sərdar gözü” adlanan hissələrində qanlı döyüşlər olmuş və mənfur quldurların öldürüldüyü yer indi “erməni batan” adlandırılır.
Araşdırmaçının sözlərinə görə, 1918-ci ilin yay, iyun-avqust aylarında hay quldur dəstələri Bakı şəhəri ətrafı yaşayış məntəqələrində günahsız dinc azərbaycanlılara qarşı milli-dini ədavət zəmnində törətdikləri soyqırımın izlərinə hazırda Xırdalan şəhəri qəbirstanlığının ətəyində, Bakı-Quba avtomobil yolunun sağ hissəsində 100 metrlik uzunluqda yol boyunca yerləşən hissədə də rast gəlinir. O vaxt bu yer “Uzun dərə” adlanıb. Həmin illərdə Xırdalan kəndində 70-80 ev olmuş, 500-ə qədər əhali yaşayıb. “Uzun dərə”də qazılmış səngərdə (o zaman həmin yerlər qobu, yarğan formalı əkin-örüş sahələri olmuşdur) qanlı döyüşlər zamanı şəhid olmuş türk əsgərlərindən biri (adı-soyadı məlum deyil) orada dəfn olunub. Həmin səngər sonralar el arasında “Qan çanağı” adlanıb. Bu qəbir keçən əsrin 60-70-ci illərinədək mövcud olmuş, onun yeri barədə yaşlı kənd sakinlərindən Mehdi Nəcəf oğlu Quliyev (1901-1981), Naib Rzaqulu oğlu Quliyev məlumat veriblər. Həmin döyüşlər zamanı yerli müdafiə dəstəsinin üzvü Orucbala Oruc oğlu (1875-1918) da şəhid olmuş, kənd sakini Əbdurrəhman Mahmud oğlu, Məhəmməd Ənnağı oğlu qansızlar tərəfindən isə qətlə yetiriblər.
Hay-daşnak-bolşeviklərin Xırdalan kəndində törədikləri qanlı olayların şahidləri olmuş Hacı molla Qafur Axund molla Ələsgər oğlu (1822-1925), Zabitə Əlbirxan oğlu Aslanova, Əbülfəz Hacı Qasım oğlu (1886-1984) həmin hadisələr barədə bildikərini, şahidi olduqlarını kənd sakinlərinə bildiriblər.
NUH.az
- Putin and içdi - Video - Yenilənib
7 may 2024 16:18
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
7 may 2024 14:18
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
7 may 2024 11:42
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
7 may 2024 02:13
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
7 may 2024 01:46
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
7 may 2024 00:53
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
4 may 2024 22:25
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
3 may 2024 21:25
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
3 may 2024 17:19
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19