Həyəcan təbili: Azərbaycanda kəskin bahalaşma olacaq
Hadisə24 yanvar 2018 00:53
"Bütün hallarda idxal məhsulları üzrə aksiz vergisinin artırılması bahalaşma ilə nəticələnəcək”.
yenicag.az xəbər verir ki, ölkədə xaricdən idxal olunan premium markalı yanacağa, tütün məmulatları və alkoqollu içkilərə qoyulan aksiz markalarının qiyməti yenidən artırılıb.
Hökumətin ötən ay qəbul etdiyi bu qərar artıq qüvvəyə minib və sözügedən dəyişiklik daxili bazarda yeni bahalaşma dalğasının anonsu kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli bildirib ki, idxal məhsullarına qoyulan aksiz vergisinin bahalaşması ilə bazarda bir çox məhsulların qiymət artımı qaçılmaz olacaq:
"Bildiyiniz kimi, bahalaşma prosesi xaricdən idxal olunan yüksək premium markalı yanacağa qoyulan aksiz vergisində özünü göstərəcək. Həmçinin alkoqollu içkilərlə tütün məmulatları da aksiz markası bahalaşan məhsullar sırasında yer alır. Yanacaq və sürtkü materiallarının qiyməti dünya bazarında neftin qiymətindən asılı olaraq dəyişir. Ona görə də həmin məhsulla bağlı qiymət tendensiyasını Azərbaycan Tarif Şurası tənzimləmir.
Belə vəziyyətdə həmin məhsula qoyulan aksiz markasının dəyərinin artması ilə onun qiyməti təbii qaydada bir qədər bahalaşacaq. Lakin onun təsiri daha keyfiyyətli mühərriklərə malik avtomobillərdə özünü göstərəcək. Yəni sadəcə, elitar təbəqəyə aid insanlar yanacağa qoyulan aksiz markalarının bahalaşmasının təsirini hiss edəcəklər.
Yəni bu məhsulun qiymət artımı əhalinin sosial vəziyyəti aşağı olan hissəsinə hər hansı bir ciddi təsir göstərməyəcək. Alkoqollu içkilərə, tütün məmulatlarına, digər yarımfabrikatlara, avtomobil detallarına qoyulan aksiz vergisinin bahalaşması isə daxildə həmin məhsulların qiymətinin artmasına səbəb olacaq.
Bu halda qiymət artımının təsirinə məruz qalmaq istəməyən insanlarımız yerli məhsullardan istifadə edə bilərlər. Əslində, aksiz markasının əsas fəlsəfəsi də məhz əhalinin seçimi dəyişdirməsinə yönəlib. Hökumət bu yolla əhalini daha çox yerli məhsul almağa həvəsləndirmək istəyir.
Lakin Azərbaycanda istehsal edilən həmin məhsullar xarici məhsullarla rəqabət aparacaq keyfiyyətdə deyil. Ona görə də əhali xaricdə istehsal edilmiş məhsullara daha çox üstünlük verməkdədir. Bütün hallarda idxal məhsulları üzrə aksiz vergisinin artırılması bahalaşma ilə nəticələnəcək.
Qarşıdakı iki ayda bu prosesin təsiri ilə bazarda ümumi bahalaşma tendensiyası özünü göstərəcək. Hətta bu bahalaşma alkoqollu içkilərdən, tütün məmulatlarından, avtomobildən istifadə etməyən əhali qrupuna da təsir göstərəcək. Çünki bəzi məhsulların bahalaşması bazarda ümumi qiymət artımına səbəb olur”.
Oxşar xəbərlər
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 2024 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 2024 08:37
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 2024 10:10
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Bu günlə bağlı VACİB XƏBƏR - Saat 13:32-də...
25 mart 2024 10:04
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya