“Mehman Əliyevin həbsi prezidentin yanında xüsusi müzakirə olunmayıb”
Musavat.com Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin bir müddət əvvəl həbs olunması və sonradan ölkə başçısının tövsiyyəsi ilə azadlığa buraxılmasına, o cümlədən bu məsələ ətrafında son dövrlər bəzi xüsusi saytlar tərəfindən spekulyasiya edilən “müəmmalı suallara” münasibət öyrənib.
NUH.az həmin müsahibəni təqdim edir:
- Əli müəllim, Azərbaycan Prezidentinin media siyasətinin həyata keçirilməsinə məsul olan köməkçisi kimi Mehman Əliyevin həbs olunması və sonradan da azadlığa buraxılmasında sizin hansısa iştirakınız olubmu?
- Təəssüf edirəm ki, Mehman Əliyev heç bir fakta söykənmədən bir neçə müsahibə və açıqlamasında bu tipli əsassız iddialar irəli sürüb və sizin də qeyd etdiyiniz kimi, Azərbaycan dövlətinin informasiya siyasətinin həyata keçirilməsinə, həmçinin ölkədə qanunçuluğun qorunmasına məsul olan yüksək ranqlı dövlət məmurları haqqında mənfi rəy formalaşdırmaq istəyib. Mehman Əliyev iddia edib ki, onun həbsi Cənab Prezidentin köməkçisi kimi mənim və Baş prokuror Zakir Qaralovun təşəbbüsü ilə ali rəhbərlik səviyyəsində müzakirə olunaraq həyata keçirilib. O, hətta daha da irəli gedərək, həbs qərarının guya 2018-ci il prezident seçkiləri ilə bağlı olduğunu, Mehmanın hansısa ciddi islahat konsepsiyasının mövcudluğunu və Administrasiyaya təqdim edildiyini, həmin sənədin sonradan mənim əlimə keçdiyini və daha sonra bu həbsə qərar verildiyini iddia edib. Tam qətiyyətlə bildirirəm ki, bu iddia absurddur və qətiyyən həqiqətə uyğun deyil. Kökündən yanlış fikir və mülahizələrdir, dövlətin informasiya siyasətini və bu işə birbaşa məsul şəxs kimi mənin reputasiyamı qaralamaq məqsədi daşıyır.
- Sizcə, bu iddiaların ortaya atılmasında məqsəd nədir?
- Mehman Əliyev məqsədyönlü şəkildə səsləndirdiyi bu tipli açıqlamalara heç özünün də inanacağı qədər sadəlövh insan deyil. O, Azərbaycan dövlətinin media siyasətinin 90-cı illərdən başlayaraq necə formalaşdığını və həyata keçirildiyini, bu siyasətin keçən dövrdəki effektli nəticələrini, xarici dairələrin onun rəhbərlik etdiyi agentlik və digər qurumlar vasitəsilə ölkədaxili proseslərə müdaxilə cəhdlərini və buna nail ola bilmədiklərini çox yaxşı bilir. Qoy mənə dünyada ölkə göstərsin ki, orada dövlət öz mediasını idarə etməyə çalışmır və başlı-başına buraxır. Odur ki, Mehman Əliyev də nə dediyinin fərqindədir və bu fikirlərin səsləndirilməsi sadəcə olaraq onun aldığı növbəti tapşırıqdır... "
Mən Mehmanı gəncliyindən tanıyıram. 1980-ci illərin sonu 90-cı illərin əvvəlində M.V.Lomonosov adına Moskva Dövlət Universitetində onunla paralel təhsil almışıq. O, jurnalistika, mənsə tarix fakültəsində oxuyurduq. Hər ikimiz də siyasətə elə həmin dövrdən qoşulmuşuq və ikimiz də Əliyevçi olmuşuq. Sadəcə o, Əbülfəz Əliyevi, mənsə Heydər Əliyevi təbliğ etmişəm. Mehman da, mən də öz mövqeyimizdə, dünyagörüşümüzdə həmişə sabit, prinsipial və sadiq olmuşuq. Biz mövqe fərqimizi qoruyub saxlamışıq və bu amil ümumi münasibətmizə heç zaman mənfi təsir göstərməyib. Düşünürəm ki, heç indi də göstərməməlidir. Mehman Azərbaycanın inkişafını və xalqımızın firavan gələcəyini öz mövqeyinə uyğun təsəvvür edir, mənsə başqa cür – bu firavanlığın və inkişafının məhz indiki iqtidarın təmin etdiyini və gələcəkdə də edəcəyinə əminəm. O ki, qaldı Mehmanın ciddi-cəhdlə keçmiş həbsini konkret vəzifəli şəxslərin, o cümlədən də mənim adımla bağlamağına və bu məsələni siyasiləşdirmək cəhdinə, bunu da yaxşı anlayıram. O, özünü və ətrafdakıları adi jurnalist deyil, daha yüksək statuslu bir şəxs olduğuna inandırmaq istəyir. Olsun, buna bizim etirazımız yoxdur. Amma bizim üçün, hökumətimiz üçün Mehman Əliyev də digər KİV təsisçilərindən və rəhbərlərindən fərqlənmir. O həm jurnalistdir, həm sahibkardır, həm də xarici fond və qurumlarla işləyir. Deməli, bəlli öhdəliyi olan məsul şəxsdir. Amma kim olursa-olsun, ölkənin qanunları qarşısında, o cümlədən vergi öhdəlikləri qarşısında heç bir əlavə üstünlüyə, immunitetə malik deyil.
- Ümumiyyətlə, Mehman Əliyevin həbsi ilə bağlı siyasi dairələrdə hansısa müzakirə aparılması faktı olubmu?
- Sizə artıq məlumdur ki, 2017-ci ilin avqustunda “Turan” İA-nın direktoru kimi onunla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi öhdəliklərindən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham irəli sürülmüş və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bununla bağlı birmənalı bəyan edirəm ki, onun həbsi məsələsi Cənab prezidentin yanında xüsusi müzakirə olunmayıb ki, həmin müzakirələrdə də hansısa məmurlar iştirak etsin. Mehman Əliyev müvafiq orqan tərəfindən konkret maddə ilə günahlandırılaraq məhkəmənin qərarı ilə saxlanılıb. Bundan sonra, o, özü barəsində seçilmiş məhkəmə qərarının dəyişdirilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət ünvanlamışdı, dövlət başçısı da həmin müraciətə dərhal münasibət bildirərək aidiyyəti orqanlara həbs qətimkan tədbirinin dəyişdirilməsi imkanına baxılmasını tövsiyə etmişdi. Təbii ki, cənab Prezidentin tövsiyəsi humanizm prinsiplərinə əsaslanıb və dövlət başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamında əks olunmuş ideya və prinsiplərə tam uyğun olub.
Buna görə də bu gün aidiyyəti dövlət strukturlarının qanuni fəaliyyəti, məhkəmə orqanının obyektiv qərarı ilə dövlət başçısının müvafiq tövsiyəsi arasında ziddiyyət axtarmaq, həm də bundan çıxış edərək yüksək ranqlı məmurlar haqqında əsassız iddialar irəli sürmək və məlum hadisəni siyasiləşdirmək cəhdi yolverilməzdir.
M.Əliyevin hazırkı xüsusi fəallığı və həbsi ilə bağlı ictimai rəydə yanlış fikir formaılaşdırmaq cəhdinin özü də bizdə məqsədyönlü fəaliyyət təəssüratı yaradır. Əvvəla, o, Azərbaycanda siyasi motivlərlə həbslərin həyata keçirildiyini nümayiş etdirmək, bununla da həm yerli, həm də beynəlxalq ictimaiyyətin gözündə hakimiyyətin mövcud siyasətini ləkələmək istəyir. Digər tərəfdən isə, bu tipli müsahibələrin, açıqlamaların məqsədli şəkildə fəaliyyət göstərən reket saytlarda tirajlanması məsələnin kökündə bəlli dairələrin maraqlarının dayandığı barədə düşünməyə əsas yaradır. Görünür, bu qüvvələr öz cılız ambisiyalarını reallaşdırmağa çalışarkən onun yekun nəticəsi barədə düşünmürlər. Təbii ki, bu da yalnız təəssüf doğura bilər.
Hesab edirəm ki, hər bir şəxs, o cümlədən də Mehman Əliyev məsuliyyətli davranmağı bacarmalı, reallıq hissini itirərək yanlış informasiyalar və istiqamətləndirmələrin təsiri altına düşməməlidir.
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06