Tanınmış azərbaycanlı cərrah barəsində cinayət işi açılır
Hadisə26 yanvar 2018 23:37
Cərrah-transplantoloq Mircəlal Kazımi barəsində cinayət təqibinə başlanıb
Gürcüstan Baş Prokurorluğu Azərbaycandan olan cərrah-transplantoloq barəsində cinayət təqibinə başlayıb.
APA-nın xəbərinə görə, Gürcüstan Baş Prokurorluğunun bu gün yaydığı məlumatda bildirilir ki, cərrah M.K. pasientlərin böyük həcmdə pul vəsaitinin mənimsənilməsi və mənimsənilməsi cəhdi ilə bağlı başlanılmış cinayət işi üzrə ittiham olunur.
"Cərrah M.K. istintaq orqanlarına gəlməkdən imtina etdiyinə görə prokurorluq məhkəməyə onun saxlanılması barədə qərar qəbul etməklə bağlı müraciət edib. Müraciət təmin olunandan sonra M.K. axtarışa veriləcək" — məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, Tbilisidəki "Lanset” klinikasının direktoru 2016-cı ilin əvvəlində Azərbaycandan M.K. adlı cərrah-transplantoloq dəvət edib. Həmin həkimin tibbi ixtisası üzrə Gürcüstan tərəfindən verilən müvafiq sertifikatı olmayıb.
"Klinika rəhbərliyi pasientlərin cəlb olunması məqsədilə sosial şəbəkə və televiziya vasitəsilə Türkiyədən transplantologiya sahəsi üzrə həkimin dəvət olunduğu, onun qaraciyər problemləri olan insanlar üçün ödənişsiz konsultasiyalar keçirdiyi barədə məlumatlar yaymağa başlayıb”, — məlumatda deyilir.
Qeyd olunur ki, 2016-cı ilin fevralında iki Gürcüstan vətəndaşı klinikaya konsultasiya üçün müraciət edib, onların təcili qaraciyər köçürülməsinə ehtiyacları olduğu deyilib. Pasientlərə həmçinin bildirilib ki, bu cür əməliyyatları uğurla həyata keçirmiş Türkiyədən olan bir qrup cərrah-transplantoloq Gürcüstandadır.
Pasientlərdən biri klinikanın direktoruna 99204 lari (40 min dollardan çox) ödəyib. Digər pasientlə isə onun 10 aprel 2016-cı il tarixində 40 min dollar ödəyəcəyi ilə bağlı razılıq əldə olunub.
"Lanset” klinikasında 2016-cı ilin mart ayında əməliyyat olunmuş hər iki pasient bir həftə sonra vəfat edib.
İstintaqla müəyyən olunub ki, əməliyyatlar qanunsuz aparılmaqla yanaşı, pasientlərin təcili əməliyyata ehtiyacları olmayıb və qoyulmuş diaqnoz təsdiqini tapmayıb.
Qeyd edək ki, "Lanset” klinikasının direktoru Fərman Ceyranov dələduzluq maddəsi ilə ötən ilin may ayında həbs olunub. F. Ceyranovu 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Tbilisi şəhər məhkəməsində onun işinə baxılır.
Gürcüstan Baş Prokurorluğunun məlumatında qeyd olunan cərrah-transplantoloq isə Mircəlal Kazımidir.
Qeyd edək ki, M. Kazımi F. Ceyranov həbs edilən vaxt ünvanına səslənən ittihamları rədd etmişdi.
Oxşar xəbərlər
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya