Prezident hökumət qarşısında tələb qoyub - Borc azalsın
“Bu gün 1 barrel neftin qiyməti təqribən 70 ABŞ dolları ətrafında formalaşır. Biz Davos gündəliyinə fikir versək, cənab Prezidentin iştirak etdiyi sessiyaya, eyni zamanda, görüşlərdə söylədiyi fikirlərə baxsaq görərik ki, cənab prezident bu sualı cavablandırarkən bildirdi ki, neftin yüksək qiyməti artıq Azərbaycanın iqtisadi inkişafının drayveri kimi çıxış edə bilməz”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov Azərbaycan Televiziyasının “Həftə” proqramına müsahibəsində deyib. O, bildirib ki, prezident hökumət qarşısında aydın mesaj qoyaraq aydın tapşırıqlar verib: “2018-ci il üçün dövlət büdcəsində neftin qiyməti 1 barrelə görə 45 ABŞ dolları civarında götürülüb. Neftin yüksək qiymətindən yaranan fərq yalnız Azərbaycanın strateji valyuta ehtiyatlarının artırılmasına, ölkəmizin onsuz da dünya miqyasında kifayət qədər kiçik olan dövlət borcunun bir az da azaldılmasına imkan verəcək. Bildiyiniz kimi, Azərbaycanda dövlət borcu ümumi daxili məhsula nisbətdə olduqca kiçikdir. Bu baxımdan Azərbaycan dünyada lider ölkələrdən biridir.
Amma cənab prezident hökumət qarşısında tələb qoyur ki, bu kiçik borc daha da kiçilməlidir və Azərbaycanın neftin qiymətindən yaranan gəlirləri ölkənin strateji valyuta ehtiyatlarının artırılmasına yönəlməlidir. Hökumət qurumları qarşısında isə bilavasitə qeyri-neft sektorunun inkişafı, qeyri-neft sektorundan dövlətin, vətəndaşların gəlirlərinin artırılması istiqamətində addımları dəstəkləmək və buradan gələn gəlirlərlə ölkəni idarə etmək tələbini qoyub. Bu tələbdən irəli gələn siyasət də hökumət tərəfindən icra olunur”.
N. Əmirov deyib ki, Azərbaycanın qeyri-neft sənayesi 4 faiz, qeyri-neft sektoru isə 2,7 faiz artıb. Bütün bunlar o illərdə baş verib ki, dünyanın bir çox ölkələri, xüsusilə neft hasil edən ölkələr ciddi tənəzzül dövrünü yaşayır, iqtisadiyyat geriləyirdi: “Amma Azərbaycan qeyri-neft sektorunun inkişafına, qeyri-neft sənayesinin artımına nail olur, həmçinin strateji valyuta ehtiyatlarımız 4 milyard yarım ABŞ dollarına qədər artır”.
Prezidentin köməkçisi onu da bildirib ki, Azərbaycan yeganə ölkələrdən biridir ki, öz qeyri-neft sektorunu inkişaf etdirməklə iqtisadiyyatın şaxələndirilməsinə nail olmaqla yanaşı, həm də enerji ölkəsi olaraq mövqeyini qoruyub saxlayır. Hətta bir sıra hallarda enerji resurslarının tranziti, daşınması və eyni zamanda, istehsalı üzrə də nəinki öz mövqeyini qoruyur saxlayır, hətta bir qədər də qabağa aparır: “Buna misal olaraq, cənab Prezidentin Davosda keçirdiyi görüşləri göstərə bilərəm. OPEC-in sədri Məhəmməd Barkindo cənab Prezidentlə görüşdə çox məmnuniyyətlə vurğuladı ki, 2016-cı ilin sonunda OPEC və OPEC üzvü olmayan ölkələrin birgə müzakirəsi və neft hasilatının tənzimlənməsi barədə qərarların qəbulunda və ümumiyyətlə, bu dövlətlərin bir araya gələrək bu istiqamətdə qərarların qəbul edilməsində cənab Prezidentin çox mühüm rolu olub”.
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06