NZS-də gizlənmiş “Ovçular” xalqa nə yedirir ? – ŞOK FAKTLAR
Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı araşdırmalarımız davam edir. Növbəti ünvan “Ovçular ət və ət məhsulları” MMC-dir: Kiflənən, donuz piyli, “Sorbat R” müəmması və cərimə 2015-ci il. “halal” sözü yazılmış “Ovçular” kolbasasından donuz piyi çıxır. 2016-cı il. Bakıdakı mağazaların birində “Ovçular” şirkətinə aid iylənmiş, üfunət qoxulu kiflənmiş kolbasa aşkarlanır.
2016-cı il. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparılan yoxlama zamanı müəssisə tərəfindən istehsal olunan “Krakovskaya” yarımhisə verilmiş kolbasanın markalanmasının normativ sənədlərin tələblərinə cavab vermədiyini müəyyən edir.
Belə ki, məhsula dair müəyyən edilmiş qaydada təsdiq olunmuş resepturada donuz əti və piyindən istifadə olunması nəzərdə tutulduğu halda, faktiki olaraq məhsulun etiketinin üzərində bu barədə məlumat göstərilməyib.
Yoxlama zamanı məktubda qeyd etdiyiniz və komitəyə təqdim etdiyiniz məhsulun “Ovçular ət və ət məhsulları” MMC-nin “Halal” məhsulların istehsalı sexində istehsal olunmadığı müəyyən edilir. Aşkar olunmuş nöqsanlarla bağlı “Ovçular ət və ət məhsulları” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında cərimə qərarı qəbul edilir.
2017-ci il. “Ovçular” saxlama müddəti ötmüş Almaniya istehsalı olan “Sorbat R” adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunur. 2017-ci il. Bakı Şəhər Baytarlıq İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alik oğluna məxsus kolbasa məhsullarının satışı anbarında yararlıq müddəti bitən, kiflənən və insan qidası üçün təhlükəli olan “Doktorskaya”, bişmiş, yarım hisə verilmiş “Krakovskaya” və ”Xlbmaya” kolbasaları, eləcə də “Ovcu” sosiska nümunələrinin olması müəyyən edilir. Braziliya və Hindistandan NZS-ə AzEuroNews.com-un məlumatına görə, bütün bu statistik məlumatlara baxmayaraq, müəssisəyə məxsus kolbasalarda keyfiyyət dəyişikliyi hələ də baş verməyib. Monitorinqlər göstərir ki, kolbasalar eyni keyfiyyətdə bazarda “at oynadırlar”.
Satıcılar da şikayət edirlər. Onların sözlərinə görə, “Ovçular ət və ət məhsulları”na məxsus kolbasa və sosislər tez yararsız hala düşürlər. Çünki xammal kimi istifadə edilən ətin keyfiyyətində problem var. Ümumiyyətlə, kolbasa bazarında sözügedən şirkətin məhsullarına tələbat azdır.
Hazırda firmanın “Pəhriz”, “Həvəskar”, “Qovyajya” markalı kolbasaları satışda var. Ancaq keyfiyyət ildən-ilə dəyişmək bilmir. Şirkətin harda yerləşməsi haqda video görüntülər da müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə şübhələr yaradır. Yutubda yerləşdirilən görüntülərdən aydın olur ki, “NZS” qəsəbəsində, həyət evlərinin arasında məskunlaşan “Ovçular” göz önündən gizlənməyə çalışıb.
Ən nəhayət, bir müddət əvvəl şirkətin icraçı direktoru Nazim Kazımovun virtualaz.org-a bildirdiyinə görə, yerli mal-qara ətindən çox az istifadə edirlər. Onun sözlərinə görə, aldıqları ətin keyfiyyətindən əmindirdirlər: “Biz xammalı daha çox Moldova, Ukrayna, Hindistan və Braziliyadan alırıq. Yerli ət istehsalından da istifadə edirik, amma bu çox nadir hallarda olur”. Şirkətlə əlaqə saxlasaq da, mətbuat xidməti ilə calaşdırmadılar.
NUH.az
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Əbiliqoz bəyin Rusiyadakı şirkəti balıq biznesindən 106 milyon qazanıb - FAKTLAR
8 aprel 2024 21:21
- İstədiyimiz nəticəni əldə edə bilmədik - Ərdoğan seçkidən danışdı
1 aprel 2024 10:30
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- Tarixdə adı olmayan xalq: Ermənilər kimlərdir? - Bilmədiyimiz faktlar açıqlandı
21 mart 2024 19:19
- Bu separatçı bölgə də Rusiyanın tərkibinə keçə bilər - Müzakirələr gedir
17 mart 2024 11:17
- Azərbaycanda uşaqları bu valideynlərindən alacaqlar
17 mart 2024 10:55
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20