Əvvəlcə sevdiklərini itirdi, sonra... - Dərddən ciyəri tək taleyi də çürüyən nakam jurnalist (FOTOLAR)
Mədəniyyət9 fevral 2018 15:33
Ötən il tanınmış jurnalist Zabil Müqabiloğlunu itirdik. Zabil 19 il Azərbaycan mətbuatı üçün can qoyub. İndi Zabilin nə atası var, nə anası. Bu həyatda onun iki bacısı və bir oğlu nişanə qalıb. Elə Zabilin bacısı Sevinc xanımın dəvəti ilə Moderator.az saytı olaraq Pirşağı qəsəbəsində Zəngilandan didərgin düşmüş soydaşlarımızın yaşadığı “Məşəl düşərgəsi”nə yollandıq. Bizi Zabilin bacısı Sevinc xanım və oğlu Əli qarşıladı. Zabil 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində doğulub. 1993-cü ildə torpaqlarımızın ermənilər tərəfindən işğal olunduqdan sonra Zabilin ailəsi də Zəngilandan qaçqın düşüb. Onlar İmişli rayonunda müvəqqəti məskunlaşıblar. Bir müddət İmişlidə yaşadıqdan sonra yaxınlarının dəvəti ilə ailəsi Pirşağı qəsəbəsindəki düşərgədə yaşamağa başlayıblar. Əgər bunun adına yaşamaq deyilərsə...
“Zabil heç o sudan içə bilmədi...”
Bacısı Sevinc xanım və yaxın qohumu Sevil xanım deyir ki, burda yaşamaq üçün onda heç bir şərait yox idi. Zabil bu çətinliklərlə susuz, qazsız düşərgədə böyüyərək universitetə qəbul olundu. Zabil Bakı Asiya Universitetinin jurnalistika falültəsinə qəbul olunur. Tələbə vaxtlarından mətbuatda yazıları ilə çıxış etməyə başlayır. Elə yaşadığı düşərgənin susuzluq problemini dəfələrlə mətbuatda işıqlandırdığı üçün tənqid atəşinə tutulur. Amma, bu yolda heç kim onu dediyindən döndərə bilmir. Yaxın qohumu Sevil xanım deyir ki, Zabilin hər dəfə işıqlandırdığı susuzluq problemi üç ay öncə həll olundu. Zabil heç o sudan içə bilmədi. 24 il düşərgəyə əlləriylə su daşıyıb Zabil.
“Qızı dünyasını dəyişdi, həyat yoldaşından ayrıldı...”
Hərbi xidmətini başa vurduqdan sonra ailə həyatı quran Zabilin həyatında bir çox hadisələr baş verib. 2005-ci ildə Türkan adlı qızı ağır xəstəlikdən dünyasını dəyişir. 2016-cı ildə isə həyat yoldaşından ayrılaraq tək yaşamağa başlayır. Sonradan Zabilin özünün səhhətində problem yaranır. Müalicə üçün İrana yollanır. Bacısı Sevinc xanım olanları belə xatırlayır:
“Həkimlər Zabilə dedilər ki...”
“Zabilin qara ciyərində çürümə gedirdi. Beş il müalicə ilə yaşadıqdan sonra yenə vəziyyəti pisləşdi. Həkimlər bu dəfə ona dedilər ki, qara ciyərin artıq çürüyüb və əməliyyat olunsan, sağ çıxmaya bilərsən. Bunu üçün də o, ancaq müalicəylə yaşamağa başladı. Axırıncı dəfə yenə ağır vəziyyətdə 1 saylı şəhər kliniki xəstəxanasına çatdırdıq. Fevralın 26-da Xocalı faciəsi günü gecə saatlarında dünyasını dəyişdi. Fevralın 27-də Pirşağıda atamın, anamın və qızı Türkanın yanında Zabili dəfn etdik. Bizim ailəyə faciə bir-birinin ardıyca gəldi. Təsəvvür edin ki, 2015-ci ilin aprel ayında atam, 2016-cı ilin dekabr ayında anam və üç ay sonra fevral ayında Zabil dünyasını dəyişdi”.
Xatırladaq ki, Zabil müəllim ailəsində doğulub. Atası və anası 32 saylı Zəngilan orta məktəbində müəllim işləyiblər. Zabilin 13 yaşında Əli adlı oğlu var. İndi Əli anasıyla yaşayır. Nitq qüsuru var. Müalicə olunmalıdır. Bunun üçün isə ailənin elə də maddı imkanı yoxdur. Atasızlığı hələ 12 yaşında dadan Əli, ilk dəfə atasının ölüm xəbərini eşidəndə, inanmadığını deyir:
“Bibim zəng vurub dedi ki...”
“Atamla biz çox yaxın olmuşuq. Həmişə mənimlə maraqlanırdı, dərslərimlə məşğuıl olurdu. Hər gün ya atam, ya da mən zəng vurub hal əhval tuturduq. Xəstəxanada olanda həkimlər məni atamın yanına buraxmadılar. Sonra bildim ki, atam çox ağır vəziyyətdə oluğundan istəməyib ki, mən onu elə görüm. Ölüm xəbəri isə mənim üçün gözlənilməz oldu. Bibim zəng vurub dedi ki, atan dünyasını dəyişdi. Əvvəl inanmasam da, sonradan bunun doğru olduğunu bildim. Həmin gün mənim heç yadımdan çıxmaz”.
“Şeir və hekayələr yazıb...”
Zabil Müqabiloğlu jurnalistik fəaliyyətinə görə dəfələrlə xarici ölkələrdə səfərlərdə olub. 2009-cu ildə Türkiyədə ilin ən yaxşı “Ergenekon məhbusları ilə bir gün” yazısına görə təltif edilib. Jurnalistik fəaliyyəti ilə bərabər Zabil həm də şeir və hekayələr də yazıb. Bacısı Sevinc xanım deyir ki, bu yaxında Zabilin il mərasimi ərəfəsində “Son zəng” adlı şeir və hekayələr toplusu çapdan çıxacaq. Kitabın ərsəyə gəlməsində tanınmış jurnalistlər Həbibə Abdulla, Famil Cəfərli, Xalid Kazımlı və Qurban Cəbrayıl dəstək olublar. Kitabın çap xərclərini isə Mətbuat Şurasının sədri hörmətli Əflatun Amaşov öz üzərinə götürüb. Hörmətli millət vəkilimiz Qənirə xanım Paşayeva isə kitabın təqdimatının keçirilməsi üçün Beynəlxalq Mətbuat Mərkəzinə tapşırıq verib. Sevinc xanım bu köməyə görə adları çəkilən insanlara da öz minnətdarlığını bildirir.
Biz söhbətimizi yekunlaşdırıb jurnalist həmkarımızın ailəsinə başsağlığı verib oradan ayrıldıq. Allah rəhmət eləsin.
Oxşar xəbərlər
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
Xəbər lenti
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya