Həmsədrlər Azərbaycanla məsləhətləşmələr aparır (RƏSMİ)
Siyasət11 fevral 2018 14:51
ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) bölgəyə növbəti səfəri başa çatıb. Belə ki, həmsədrlər fevralın 3-də Bakıya gələrək Azərbaycan rəhbərliyilə görüşüblər. Fevralın 7-də isə Ermənistana səfər ediblər.
Heç kəsə sirr deyil ki, həm həmsədrlər, həm də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi regiona 20 ildən çoxdur ki, mütəmadi olaraq nəticəsiz səfərlər edirlər. İllərdir ki, münaqişədən əziyyət çəkən dövlət olaraq həmsədrlərin səfərlərinə ümidli baxsaq da, onlar öz işlərinə əyləncə prizmasından yanaşırlar. Regiona səfərə çıxmaqla yeyib-içir, bir növ günlərini yola verirlər.
Hətta, regionda oyun oynadıqlarının fərqindədirlər. Fərqində olmasaydılar, deməzdilər ki, münaqişə tərəfləri ortaq məxrəcə gəlsinlər, biz də həmin variantı həmsədr olaraq dəstəkləyək.
Belə durum varsa, o zaman həmsədrlər kimə və nəyə xidmət edir? Regiona səfər edərkən münaqişə tərəfləri olan ölkələrin razılığı ya da narazılığı nəzərə alınırmı? ATƏT-in şəxsi nümayəndəsi regiona səfər edərkən Azərbaycan tərəfi ilə hansısa məsləhətləşmələr aparırmı? Azərbaycan tərəfi il ərzində həmsədrlərin hansısa səfərinə qadağa qoya bilərmi?
"Mütləq məsləhətləşmələr aparılır”
Modern.az saytı məsələ ilə bağlı suallara Xarici İşlər Nazirliyindən cavab almağa çalışıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev açıqlamasında deyib ki, münaqişə tərəflərinə hesabat təqdim olunur:
"ATƏT-in Minsk qrupunun fəaliyyətdə olan şəxsi nümayəndəsinin elçisi tərəfindən rüblük əsasında hesabatlar hazırlanır. Regiondakı mövcud vəziyyət onların monitorinqinin nəticəsi mexanizm olaraq hesabat şəklində ATƏT-in daimi şurasında olur. Bu zaman həmin hesabat ATƏT üzv dövlətlərinin, o cümlədən, münaqişə tərəfi olan Ermənistan və Azərbaycana təqdim edilir. Ona görə də onların fəaliyyəti ilə əlaqədar məsələlərdə Azərbaycan tərəfi ilə də məsləhətləşmələr aparılır”.
"Həmsədrlər də məsləhətləşmələr aparır”
XİN rəsmisi həmsədrlərin də səfərlərindən danışarkən Azərbaycan tərəfi ilə məsləhətləşməni istisna etməyib:
"Həmsədrlər də regiona səfər edirlər. Onlar da səfərlərinin nəticəsi olaraq hesabatlarda çıxış edirlər. Bu hesabatları ATƏT üzv dövlətləri ilə nəticə etibarı ilə bölüşürlər. Danışıqlar prosesinin tərkib hissəsi olaraq bu məsələlərdə də Azərbaycan tərəfi ilə müəyyən məsləhətləşmələr aparır”.
"Dağlıq Qarabağın icmaları ilə görüşlər keçirilir”
Həmsədrlərin regiona səfər edilməsinə qadağa qoyulması fikirlərinə gəlincə, mətbuat katibi sualın bir qədər ritorik xarakter daşıdığını deyib:
"Ermənistan və Azərbaycan münaqişə tərəfləridir. Münaqişədə maraqlı tərəflər var. Həmin maraqlı tərəflər Dağlıq Qarabağın Ermənistan və Azərbaycan icmalarıdır. Həmsədrlər münaqişənin həlli məqsədi ilə Dağlıq Qarabağın Azərbaycan və Ermənistan icmaları ilə müəyyən görüşlər və təmaslar həyata keçirirlər”.
Oxşar xəbərlər
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya