"25 ildir müxalifətin bütün birliklərini bu 2 partiya pozub" - İTTİHAM...
Cəmiyyət11 fevral 2018 15:19
“Müxalif kəsim ciddi uğur əldə edib, əsas partiyalar bir mövqedədirlər, yenidən AXCP-Musavat birliyi yaradıb, yenidən bağ belə, bostan belə, qaçma gəldim...”
İlahi, adamlara adi şeyləri başa düşməyə 25 il bəs eləmirsə... Bu danışanlar “AXCP-Musavat” birliyi “yaratmaq işi ilə məşğul olanların necənci nəslidir. "Bəxtiyar" filmində Hüseynova bacılarının “gəl oynayaq” fraqmentini 25 ildir təkrarlayırlar. Bu adamlar 25 ildir başa düşmürlər (bəlkə də başa düşürlər) ki, milli güc 25 ildir bir-biri ilə intriqada olan iki partiyanın ətrafında formalaşa bilməz. Milli-birlik, hərəkat, millətin dəstəyi milli ideyalar ətrafında formalaşa bilər. 25 ildir müxalifətin bütün birliklərini bu 2 partiya pozub. 25 ildir AXCP-Musavat birliyi şüarı ilə Azərbaycan siyasi şüurunu təhdid edilir. Bu iki pariya öz əlimizlə verdiyimiz hakimiyyətin tərəsində, Demkonqresdə, SİDSUH-da, Azadlıq blokunda, 2010-cu il parlament seckilərində, bütün fondların, səfirliklərin qapılarında bir yerdə olublar. Nə nəticəsi olub? Millət üçün, müxalifət üçün müsbət heç nə. Hakimiyyət üçün hər şey, miilləti saymayacaq dərəcədə güclənmiş avtoritar hakimiyyət, milyardlar, eyş-işrət, hər birinin neçə ölkədə saysız karal sarayları, nələr-nələr. Milli azadlıq hərəkatına ömrünü vermiş qardaş-bacılarımız ya ölkədə, ya da qürbətlərdə məhv olub, olur...
AXCP-Musavat-ın bu “nəticələri” əldə etmiş siyasilərini qorumaq lazımdır. Bu liderlər olmasa idi vəziyyət başqa cür də ola bilərdi. Yoxsa müxalifət nəynən məşğul olacaq, nəyə baxacaq, bunların münasibətləri, ziddiyyətləri, Meksika seriallarından da uzun çəkdi. Bu tamamilə idarə olunan bir prosesdir. Bu prosesin davam etməsi üçün ötən 25 ildə milyonlarla pul xərclənib...
Ölkədə bütün oğruluq, əyrilik, yalan, haram nə varsa hamısına hakimiyyət cavabdehdir. Bəs müxalifətin, milli-demokratik düşərgənin bu günə düşməsinin, bu parçalanmanın cavabdehi kimdir? Mən bu dediklərimi bu liderlərə illər uzunu tək-təkə, birliklərdə demişəm, heç vaxt müzakirəsində maraqlı olmayıblar və olmayacaqlar. Nə isə, ciddi bir fikir deyə biləcəklərinə indi də inanmıram. Dərinə getmək istəmirəm...
Bu gün heç bir partiyanın, partiyaların millətsiz bu hakimiyyəti dəyişmək imkanı yoxdur. Dəfələrlə açıq, qapalı müzakirələr təklif etmişik, gəlməyiblər, ya “işləri olub”, ya bunlar əsas müxalifət, ana müxalifət olub, ya da bizi müxalifət saymayıblar (...), ancaq Avropadan bir ..... çağran kimi əlavə motor da qoşurlar.
Burası burda saxlansa yaxşıdı...
Seşkidə birləşib iştirak etmək lazım idi, boykot nə verəcək? Bir-iki qotur bəyanat və bir də 7 il getdi bu hakimiyyət. Sizin Avropadakı demokratiya dayılarınız guya burdakı vəziyyəti bilmir? Bilir və haqlarını da alırlar. Burdakı vəziyyət onların heç .....
Seckidə iştirakla əhalinin maddi, sosial tələbləri ilə, demokratiya, normal cəmiyyət üçün, korrupsiya və rüşvət əleyhinə ölkə boyu ciddi aksiyalar keçirilə, aktivləşmə, konkret və sonrakı dönəm üçün ciddi, milli maraqlar uğrunda döyüşən bir komanda ortaya qoymaq olardı...
Milli qüvvələr, heç kimə fərq qoymadan bir araya gəlib müzakirə aparıb, bundan sonra nə etmək lazım olduğu haqda razılaşmaq olar. Mənim hansısa Nəsrullahların ölü diriltməsinə inanan vaxtım çoxdan keçib...
Əhməd Oruc, Azadlıq Partiyasının sədri
Oxşar xəbərlər
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- İmran Əliyev həbs edildi
19 aprel 2024 20:39
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 2024 20:53
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya