Mehriban Əliyeva Vatikan nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 12-də Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, Mehriban Əliyeva bu səfərin ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.
M. Əliyeva Azərbaycanın ölkələrimiz arasında olan münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib. Qeyd edib ki, son illər yüksək səviyyədə keçirilən görüşlər, səfərlər, 2002-ci ildə Roma Papası II İohann Pavelin, 2016-cı ildə Roma Papası I Fransiskin Azərbaycana səfərləri bu münasibətlərdə yeni tarixi səhifə açıb. Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını deyən Birinci vitse-prezident xalqımızın bu tolerantlığı, dözümlülük ab-havasını, əmin-amanlığı çox yüksək qiymətləndirdiyini vurğulayıb. Bildirib ki, bu, həm Azərbaycan dövlətinin siyasəti, həm də Azərbaycan cəmiyyətinin həyat tərzidir. “Bu, Azərbaycanın ən böyük sərvətlərindən biridir və eyni zamanda, heç də sabit olmayan dünyaya vacib bir mesajdır”, - deyən Mehriban Əliyeva bizim belə münasibəti həm Azərbaycanda qoruduğumuzu, həm də dünyada təbliğ etdiyimizi diqqətə çatdırıb.
Son illər Heydər Əliyev Fondu ilə Vatikan arasında mövcud əlaqələrdən məmnunluğunu ifadə edən Mehriban Əliyeva birgə reallaşdırılan irimiqyaslı layihələrin əhəmiyyətini vurğulayıb. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının və ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümləri münasibətilə 2011-2012-ci illərdə Vatikanda Pol Riçard Gallagerin dəstəyi ilə böyük tədbirlərin keçirildiyini, Vatikan muzeylərindən birində Azərbaycanın tarixini, ənənələrini əks etdirən sərginin təşkil olunduğunu xatırladan Birinci vitse-prezident bildirib ki, Azərbaycan Vatikan muzeyində sərgini keçirən ilk müsəlman ölkəsi olması ilə fəxr edir. Mehriban Əliyeva Azərbaycanın, eyni zamanda, məşhur xristian abidələrinin qorunmasına öz töhfəsini verdiyini diqqətə çatdıraraq bildirdi ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası işləri görülüb və 2016-cı ildə katakombalar ictimaiyyət üçün açılıb. “Çox şadam ki, Heydər Əliyev Fondu bu layihədə iştirak edib”, - deyən Birinci vitse-prezident diqqətə çatdırdı ki, Fond Piyo-Klementino muzeyində Zevsin heykəlinin bərpasında, o cümlədən “Sistina” zalında yenidənqurma işlərinin aparılmasında iştirak edib.
Mehriban Əliyeva tədqiqatçılarımıza Vatikanın məxfi arxivində çalışmaq imkanı yaradıldığına görə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər təqdirəlayiqdir. Azərbaycanın Birinci vitse-prezidenti gələcəkdə də belə layihələrin davam etdirilməsinə hazır olduğunu deyib. Bildirib ki, hazırda müqəddəs Sebastyan katakombalarında sərdabaların bərpası davam edir və bu ilin sonunda bu layihənin başa çatacağı nəzərdə tutulur. Bu illər ərzində işbirliyinin dostluq səviyyəsinə yüksəldiyini deyən Mehriban Əliyeva buna görə minnətdarlığını bildirdi, gələcəkdə də bu dostluğun davam edəcəyinə əminliyini ifadə edib.
Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Gallager ölkəmizdə üç gün ərzində olduğunu, səfərin ona gözəl təəssürat bağışladığını, səmərəli görüşlərin keçirildiyini dedi, xalqımızın qonaqpərvərliyini yüksək dəyərləndirib. Qonaq ölkəmizə səfəri çərçivəsində katolik icması ilə görüşdüyünü diqqətə çatdırıb. Arxiyepiskop Pol Riçard Gallager Roma Papası I Fransiskin və dövlət katibi kardinal Pietro Parolinin salamlarını Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırıb.
- Əlyazmalar institunda konfrans keçirilib
24 aprel 2018 15:34
- Prezident Xarici Kəşfiyyat Xidmətinin direktoru ilə görüşüb
24 aprel 2018 14:01
- Yazısı olmayan bir dilin əlifbası bərpa edildi (VİDEO)
22 aprel 2018 00:21
- Nona Qaprindaşvili: "Şəhriyar dünya çempionu olmağa qadirdi"
21 aprel 2018 15:38
- Leyla Əliyeva internat məktəbində - Fotolar
20 aprel 2018 23:46
- Prezidentdən yeni - Təyinat
19 aprel 2018 22:12
- Əliyev Rusiyanın Baş Qərargah rəisi ilə görüşüb
19 aprel 2018 15:09
- Əflatun Amaşovun yeni müavinləri seçildi
18 aprel 2018 19:03
- “Vəzifəli şəxslərlə intim əlaqədə olub videoya çəkirdim” - Reket jurnalistdən şok etiraf
17 aprel 2018 15:13
- “Qardaşlarım məni şantaj edir” - Millət vəkilimiz
16 aprel 2018 21:45
- Səlim Müslimovun adamları təmizlənir: İlk qurbanlardan biri Fuad Əlizadə olacaq
25 aprel 23:58
- AXC-nin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
25 aprel 23:35
- Paşinyan Ermənistanda baş nazir postuna namizəd oldu
25 aprel 23:14
- Yeni nazirdən bir gündə 5 təyinat
25 aprel 17:55
- Əliyev Ərdoğanın iqamətgahında belə qarşılandı - Fotolar
25 aprel 15:17
- Nazir müavini İlham Quliyev vəzifəsindən azad edildi
25 aprel 14:49
- Nazim İbrahimovun müavininə də kəskin ittiham: "Ramin Məmmədovla bağlı araşdırma aparılmalıdır!"
25 aprel 14:26
- Kənd Təsərrüfatı Nazirliyinə yeni sözçü təyin olundu
25 aprel 13:48
- Azərbaycanda iri qızıl filizi yatağının işlənməsi üzrə planlar açıqlandı
25 aprel 13:20
- İşdən çıxarılan generalın milyonluq mülkləri
25 aprel 13:05
- İlham Əliyev Atatürkün məzarını ziyarət edib
25 aprel 12:51
- Məktəbdə zorlama hadisəsi AKSİYAYA SƏBƏB OLDU
25 aprel 12:39
- ABŞ-dan Nikol Paşinyana ilk dəstək
25 aprel 12:30
- “Ramiz Mehdiyev bizim ağsaqqalımızdır” - Nazim İbrahimov
25 aprel 12:16
- Azərbaycanda xanım nazir təyin edildi
24 aprel 23:50
- Azərbaycanın əməkdar artisti vəfat etdi
24 aprel 23:43
- Əliyevlə Ərdoğan birgə şam edib - Fotolar
24 aprel 23:33
- Metro əməkdaşı kənd əhalisini təhqir etdi - Qalmaqal
24 aprel 19:30
- İlham Əliyev Türkiyədə səfərdədir
24 aprel 19:22
- Yeni nazir bəstəkarın oğludur
24 aprel 16:32
- Torontoda erməni terroru: 10 ölü, 15 yaralı
24 aprel 16:27
- Xətai rayonunda yarım əsr yaşı olan ağacları kəsib, yerində obyekt tikirlər (VİDEO)
24 aprel 16:12
- “Vəzifəsinin öhdəsindən gələ bilməyib...
24 aprel 15:58
- Əlyazmalar institunda konfrans keçirilib
24 aprel 15:34
- Vahid Əhmədov ürəyindən əməliyyat olunub
24 aprel 14:21
- " Yeganə və Yafəs" dastanı
24 aprel 14:11
- Prezident Xarici Kəşfiyyat Xidmətinin direktoru ilə görüşüb
24 aprel 14:01
- Miqrasiya Xidmətinə yeni rəis təyin olundu
24 aprel 09:52
- Dövlət Gömrük Komitəsinin yeni sədri
24 aprel 09:45
- Yeni diaspora nazirimiz
24 aprel 09:35