Qəzada ölən azərbaycanlı sədr müavininin qohumu imiş - Fotolar
Fevralın 11-də Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olan Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlunun kriminal aləmlə əlaqəli olması barədə mediada yayılan xəbərlər təkzib edilir.
Bu barədə Musavat.com-a mərhumun yaxın qohumu məlumat verib.
Qarabağ Azadlıq Təşkilatının sədrinin müavini, keçmiş döyüşçü İlqar Əli bildirib ki, faciəli şəkildə həlak olan N.Qəhrəmanov onun əmisinin nəvəsidir:
“Mətbuatda yayılıb ki, o, kriminal aləmin üzvüdür. Lakin əminliklə deyirəm ki, Namiqin kriminal alımlə heç bir əlaqəsi olmayıb. Ümumiyyətlə, bu sahəyə yaxın olmayan adam idi. Özü də Namiq Qarabağ döyüşçüsüdür. 4 il – 1992-96-cı illərdə orduda olub, Qarabağ uğrunda can qoyub. Tərtər, Ağdam, Füzuli istiqamətində gedən döyüşlərin iştirakçısı olub. Özü də artilleriya bölüyündə xidmət edirdi”.
İlqar Əlinin sözlərinə görə, N.Qəhrəmanov 10 ildən çox imiş ki, Rusiyada yaşayırmış: “Düzdür, bir neçə il əvvəl Rusiyadakı azərbaycanlıların kütləvi deportasiyası zamanı o da bura qayıtmışdı. Ancaq 2 ildən çox idi ki, orada uşaq geyimlərinin biznesi ilə məşğul olurdu, Orsk şəhərində özünün fabriki var idi. Elə qəza günü də ora uçurmuş ki, işçilərin maaşını verib, qayıtsın”.
N.Qəhrəmanovun ailəsi Yevlaxda yaşayırmış. Yevlax şəhəri Qasım bəy Zakir 19 ünvanında yaşayan ailə hazırda Namiqin nəşinin gətiriləcəyini gözləyir.
İ.Əli qeyd edib ki, N.Qəhrəmanovgil ailədə 6 qardaş, 1 bacı olublar. Mərhum qardaşların kiçiyi imiş. Atası 10 il əvvəl rəhmətə gedib.
Mərhumun özündən sonra 2 oğlu, 1 qızı qalıb. Qızının 10 yaşı var, oğlanları isə 6 və 7 yaşlarındadır: “Namiq dayısı qızı ilə ailə qurmuşdu. Həyat yoldaşı atasını da cavan itirmişdi. İndi də gözüyaşlı qaldı”.
Sədr müavini əlavə edib ki, N.Qəhrəmanov ara-sıra vətənə gəlib, ailəsinə baş çəkib, geri qayıdırmış: “Axırıncı dəfə 2 ay bundan əvvəl Bakıda görüşdük. Rusiya səfirliyinə hansısa sənədə görə getmişdi, oturub çay içib, söhbət etdik. Rəhmətlik çox bacarıqlı oğlan idi”.
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31