“Onlar dini adətlərə uyğun dəfn edilməyiblər” - Deputat

“Ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliyi göstərən Qubadakı kütləvi məzarlığında aparılan yenidənqurma işləri və sümüklərin basdırılması Azərbaycan cəmiyyətinin şəhid olmuş insanlara öz hörmət və ehtiramını ifadə etmək üçün həyata keçirilir”.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Quba Soyqırımı Memorial Kompleksində vəziyyətin araşdırılması üzrə komissiyanın üzvü, akademik İsa Həbibbəyli deyib. İ.Həbibbəylinin sözlərinə görə, Quba məzarlığında mövcud vəziyyətin araşdırılması və təkliflərin hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin sərəncamı ilə yaradılan komissiya 1 il əvvəl yerində məsələlərə baxıb və orada yerli icra orqanlarının nümayəndələrinin iştirakı ilə müşavirə keçirib, mövcud vəziyyəti dəyərləndirib. Komissiya təkliflər hazırlayaraq Prezident Administrasiyasına təqdim edib.
İ.Həbibbəyli bildirib ki, komissiyanın verdiyi təkliflərdən biri də toplu məzarlarda olan meyitlərin milli və dini dəfn qaydalarına uyğun olaraq, yenidən torpağa tapşırılması olub: "Ermənilər onları vəhşicəsinə qətlə yetirərək quyulara doldurublar. Onlar milli və dini adətlərə uyğun dəfn edilməyiblər. Ona görə də komissiyanın verdiyi təkliflərdən biri bu idi ki, həmin toplu məzarlarda olan cəsədlər müəyyən olunsun, onların sümükləri milli və dini dəfn qaydalarına uyğun olaraq, yenidən torpağa tapşırılsın. Onlar da bir insan kimi də məzara dəfn edilməlidir və bu, normal bir haldır. Məncə, burada həm dini qayda-qanunlara, həm də elmi prinsiplərə əməl edilib".
Məzarlıqda dəfn olunan insanlar arasında müxtəlif millətlərin nümayəndələrinin olduğunu deyən İ.Həbibbəyli qeyd edib ki, ermənilər tərəfindən qətlə yetirilənlər arasında azərbaycanlılar çoxluq təşkil etsə də, yəhudilər, ləzgilər və digər millətlər də var. İ.Həbibbəyli qeyd edib ki, artıq insan sümükləri milli və dini qaydalara uyğun olaraq, ayrı-ayrı məzarlarda dəfn edilib:
"Bu proses həm şəriət, həm elmi qanunauyğunluqlara uyğun şəkildə icra edilib. Məzarlıqlar dağılmasın deyə onların üstü örtülüb. Orada hazırda yenidənqurma işləri davam etdirilir. Qubadakı toplu məzarlıq ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliyi göstərir. Bu vəhşiliyi göstərmək üçün qətlə yetirilmiş bəzi insanların sümükləri qorunub saxlanılıb. Bütün hallarda Azərbaycan cəmiyyəti şəhid olmuş insanlara öz hörmət və ehtiramını ifadə etmək üçün bu yenidənqurma işlərini aparır".
Xatırladaq ki, ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Quba məzarlığı 2007-ci il aprelin 1-də aşkarlanıb. 514 kvadratmetr sahəsi olan məzarlığın 494 kvadratmetr ərazisində tədqiqatlar aparılıb. Həmin ərazidə içi insan sümükləri ilə dolu olan 2 quyu və 2 arx aşkarlanmışdı. Həmin quyulardan biri baxımsızlıq üzündən 2007-2008-ci ildə dağılıb.
Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ilin dekabrında Quba şəhərində Soyqırım Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb.
- Paşinyan Ermənistanda baş nazir postuna namizəd oldu
25 aprel 2018 23:14
- İlham Əliyev Atatürkün məzarını ziyarət edib
25 aprel 2018 12:51
- ABŞ-dan Nikol Paşinyana ilk dəstək
25 aprel 2018 12:30
- Xətai rayonunda yarım əsr yaşı olan ağacları kəsib, yerində obyekt tikirlər (VİDEO)
24 aprel 2018 16:12
- Əlyazmalar institunda konfrans keçirilib
24 aprel 2018 15:34
- Vahid Əhmədov ürəyindən əməliyyat olunub
24 aprel 2018 14:21
- " Yeganə və Yafəs" dastanı
24 aprel 2018 14:11
- Yeni diaspora nazirimiz
24 aprel 2018 09:35
- Yeni ekologiya naziri Muxtar Babayev
23 aprel 2018 17:05
- İrəvanda hərbçilər etirazçıların tərəfinə keçdi (VİDEO)
23 aprel 2018 14:59
- Səlim Müslimovun adamları təmizlənir: İlk qurbanlardan biri Fuad Əlizadə olacaq
25 aprel 23:58
- AXC-nin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
25 aprel 23:35
- Paşinyan Ermənistanda baş nazir postuna namizəd oldu
25 aprel 23:14
- Yeni nazirdən bir gündə 5 təyinat
25 aprel 17:55
- Əliyev Ərdoğanın iqamətgahında belə qarşılandı - Fotolar
25 aprel 15:17
- Nazir müavini İlham Quliyev vəzifəsindən azad edildi
25 aprel 14:49
- Nazim İbrahimovun müavininə də kəskin ittiham: "Ramin Məmmədovla bağlı araşdırma aparılmalıdır!"
25 aprel 14:26
- Kənd Təsərrüfatı Nazirliyinə yeni sözçü təyin olundu
25 aprel 13:48
- Azərbaycanda iri qızıl filizi yatağının işlənməsi üzrə planlar açıqlandı
25 aprel 13:20
- İşdən çıxarılan generalın milyonluq mülkləri
25 aprel 13:05
- İlham Əliyev Atatürkün məzarını ziyarət edib
25 aprel 12:51
- Məktəbdə zorlama hadisəsi AKSİYAYA SƏBƏB OLDU
25 aprel 12:39
- ABŞ-dan Nikol Paşinyana ilk dəstək
25 aprel 12:30
- “Ramiz Mehdiyev bizim ağsaqqalımızdır” - Nazim İbrahimov
25 aprel 12:16
- Azərbaycanda xanım nazir təyin edildi
24 aprel 23:50
- Azərbaycanın əməkdar artisti vəfat etdi
24 aprel 23:43
- Əliyevlə Ərdoğan birgə şam edib - Fotolar
24 aprel 23:33
- Metro əməkdaşı kənd əhalisini təhqir etdi - Qalmaqal
24 aprel 19:30
- İlham Əliyev Türkiyədə səfərdədir
24 aprel 19:22
- Yeni nazir bəstəkarın oğludur
24 aprel 16:32
- Torontoda erməni terroru: 10 ölü, 15 yaralı
24 aprel 16:27
- Xətai rayonunda yarım əsr yaşı olan ağacları kəsib, yerində obyekt tikirlər (VİDEO)
24 aprel 16:12
- “Vəzifəsinin öhdəsindən gələ bilməyib...
24 aprel 15:58
- Əlyazmalar institunda konfrans keçirilib
24 aprel 15:34
- Vahid Əhmədov ürəyindən əməliyyat olunub
24 aprel 14:21
- " Yeganə və Yafəs" dastanı
24 aprel 14:11
- Prezident Xarici Kəşfiyyat Xidmətinin direktoru ilə görüşüb
24 aprel 14:01
- Miqrasiya Xidmətinə yeni rəis təyin olundu
24 aprel 09:52
- Dövlət Gömrük Komitəsinin yeni sədri
24 aprel 09:45
- Yeni diaspora nazirimiz
24 aprel 09:35