Ağciyər Xəstəlikləri İnstitutunda nə baş verir?
İdman21 fevral 2018 01:07
"Klinik laboratoriyanın müdiri Aygün Alxasova elmlər namizədi olmasına və uzun illər işləməsinə baxmayaraq, indiyə qədər bilmir ki, yararlılıq müddəti keçmiş reaktiv va testlər işlədilə bilməz, çünki onlarla aparılan müayinələr dürüst olmur. Bu haqda ona yoxlama zamanı 3 dəfə xəbərdarlıq edilsə də, Səhiyyə Nazirliyindən gələn komissiya bunu qeyd etsə də, bu ilin yanvar ayında klinik laboratoriyada yenə də vaxtı keçmiş 8 qutu bahalı test sistemi aşkarlanıb və aktlaşdırılıb".
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova rəhbərlik etdiyi tibb müəssisəsi ilə bağlı səslənən ittihamlara aydınlıq gətirərkən deyib.
Direktorun sözlərinə görə, bu irada cavab olaraq A.Alxasova test sistemlərinin alındığı firmanın tövsiyəsini əsas gətirib: "O deyir ki, həmin test sistemlərini vaxtı keçəndan sonra da istifadə etmək olar. Savadlı həkim belə söz deyərmi?! Bundan sonra belə həkimin laboratoriya müdiri vəzifəsində işləməsinin düzgün olmadığına qərar verildi".
H.Qədirova bildirib ki, institutda 400-ə qədər işçi çalışır və onların böyük əksəriyyəti normal fəaliyyət göstərir. Lakin qayda-qanuna riayət etmək istəməyən 6-7 nəfər başqa məqsədlər güdür. Xəbərdarlıqlara baxmayaraq, bəzi həkimlar öz çirkin işlərini davam etdirdiklərinə görə müxtəlif növ intizam tənbehləri tətbiq olunub:
H.Qədirova qeyd edib ki, institutun Anesteziologiya-reanimasiya şöbəsinin həkimi, ixtisasca anestezioloq-reanimatoloq olan Vüqar Səfərov institutda vərəm xəstələrini gizli şəkildə ftiziatr kimi qəbul etdiyinə, onların müayinə və müalicəsini qeyri-adekvat apardığına, bununla vəziyyətlərinin daha da ağırlaşmasına səbəb olduğuna, gecə növbələri işi tərk edib xəstələri yardımsız qoyduğuna görə şöbə müdiri vəzifəsindən azad edilib.
H.Qədirova qeyd dib ki, Uşaq vərəmi şöbəsinin həkimi Səbinə Məmmədova xəstəyə laqeyd yanaşdığından və müalicəni düzgün aparmadığından xəstə uşağın ölümünə səbəb olduğu üçün ona töhmət verilib: "Lakin o, bundan sonra da qanunsuz əməllərinə davam edib, vərəmli xəstə olan tələbəyə «ikitərəfli pnevmoniya» diaqnozunun olması haqqında saxta arayış verib va onun imtahanda iştirakına şərait yaradıb ki, bununla da digər tələbələri və müəllimləri yoluxma təhlükəsi qarşısında qoyub. Dəfələrlə edilən xəbərdarlıqlardan va ikinci dəfə verilən şiddətli töhmətdən sonra S.Məmmədova işdən azad olunub.
H.Qədirova qeyd edib ki, özünü yüksək səviyyəli mütəxəssis kimi təqdim edən USM üzrə həkim Xatirə Əliyeva 2017-ci ilin iyun ayında sertifikasiya imtahanında 0 bal alaraq imtahandan kəsildiyinə görə nazirliyin əmrinə əsasən, 6 ay müddətində praktik fəaliyyətdən kənarlaşdırılıb. Lakin o, buna əməl etməyərək xəstələrin qəbulunu davam etdirməyə cəhd göstərdiyinə görə USM aparatından uzaqlaşdırılıb:
"Döş qəfəsi cərrahiyyəsi elmi şöbəsinin elmi işçisi Cəmil Ələkbərov institutun nizam-intizam qaydalarını pozub. O, özünü elmlər namizədi kimi qələmə versə də, Rusiyada yerinə yetirdiyi dissertasiya işini Azərbaycan Ali Attestasiya Komissiyasında müdafiə edə bilməyib".
Oxşar xəbərlər
- Qırmızı soğan ürək xəstəlikləri və prostat xərçənginə qarşı effektiv vasitədir
24 mart 2024 23:42
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Ürəyinizi qorumaq üçün 25 qayda...
24 mart 2024 06:59
- Xalq şairi Səməd Vurğunun doğum günüdür - FOTO
21 mart 2024 15:51
- Azərbaycanlı gənc Harvardda professor oldu - FOTOLAR
11 mart 2024 11:55
- Bağırov və Beriya müsavatçı olublar - Ermənilərlə 40 il bir evdə yaşayan inqilabçının qohumu DANIŞDI
11 mart 2024 00:30
- Erməni ilə evlənən, dilənən azərbaycanlı milyonçu…
10 mart 2024 15:56
- Qırğızıstanda ölüləri yandırmağa icazə verildi
1 mart 2024 11:05
- Nazir oğlu Qarabağda MİNA AXTARIR....
27 fevral 2024 19:24
- BŞTİ-nin yeni müdiri kimdir?
23 fevral 2024 16:03
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya