Vatikan "cin çıxarma" kursları acir !
Maraqlı25 fevral 2018 15:22
İtaliyada son illərdə "cin çıxarma" üçün müraciət edənlərin sayı 3 dəfə artıb.
Qaynarinfo xarici KİV-ə istinadən verir ki, Vatikan bu tələbləri qarşılamaq üçün "cin çıxarma" sahəsində mütəxəssis hazırlama kursları keçirməyə başlayıb. Bu günlərdə Siciliyanın paytaxtı Palermoda belə kurslar təşkil edilir. Aprel ayından etibarən isə Romada dünyanın müxtəlif yerlərindən nümayəndələrin iştirakı ilə beynəlxalq miqyasda kursların təşkilinə başlanılacağı bildirilir.
"Cin çıxarma" üzrə mütəxəssis Beniqno Pallila 21-24 fevral tarixlərində Palermoda baş tutan kurs barədə məlumat verib. O, kursda satanizmlə əlaqəli təriqətlərdən tutmuş şeytandan qurtulmağa müvəffəq olan şəxslərin hekayələrinə qədər ən təsirli məsələlərə toxunduqlarını söyləyib.
Romada aprel ayında keçiriləcək beynəlxalq səviyyəli "cin çıxarma" kursları barədə danışan rahib Cesare Truqui gənc rahiblərin bu işi öyrənməyə çox da istəkli olmadıqlarını, bu səbəbdən mütəxəssis azlığından əziyyət çəkdiklərini bildirib.
Vatikanın yaydığı məlumatda bildirilir ki, son illərdə müraciətlərin sayı dəfələrlə artıb, lakin bunların hamısı şeytanla əlaqəli deyil. Bəziləri psixoloji narahatlıqlardan qaynaqlanır. Amma bu fenomenin güclü şəkildə yüksəlişdə olduğu danılmazdır.
Beniqno Pallila müraciətlərin sayının artmasına təsir edən amilləri sadalayıb: "Son illər caduya, falçılara və bu kimi işlərə yönələn şəxslərin sayı artıb. Bunları etmək iblisə və ruhun ələ keçirilməsinə qapıları açmaq deməkdir".
Məlumatda bildirilir ki, katolik kilsəsi tərəfindən tanınan bir "cin çıxarma" mütəxəssisi olmaq üçün şəxsin rahib olması əsas şərtdir. Rahiblər də yalnız yepiskop tərəfindən verilən xüsusi lisenziyanı aldıqdan sonra bu ayini icra edə bilərlər. Mütəxəssislərin xüsusi təlim alması və bu sahədə staj keçməsi vacibdir.
Vatikan tərəfindən 2014-cü ildə qeydiyyata alınan Beynəlxalq Şeytan Çıxaranlar Dərnəyinin məlumatlarına görə hazırda dünyada Katolik Kilsəsinin tabeliyində və bu sahədə mütəxxəssis olan 400-ə qədər rahib var. Onların 240-ı İtaliyada fəaliyyət göstərir.
Dərnəyin sözçüsü Paolo Karlin mətbuata açıqlamasında şeytanın əsas iki əməlinin olduğunu bildirib: "Birincisi adi əməllərdir: məsələn, başdan çıxarma. İkincisi isə daha mürəkkəb əməllərdir: zehni ələ keçirmə, bədənə zərər vermək, bir şəxsə və ya bir məkana hökm etmək və s. Tamamilə ələ keçirilən şəxs öyrənilməyən bir dildə danışmağa başlayır, gizli məlumatlardan xəbərdar olur, müqəddəs şeylərə qarşı sərt reaksiya verir və anormal fiziki gücə malik olur".
Oxşar xəbərlər
- Azərbaycan quru sərhədlərini açır? - 1.5 milyon turist itirən Gürcü nazirdən mühüm açıqlama
12 mart 2024 10:18
- Son 600 ildə PAPALIQDAN İMTİNA EDƏN İLK ....Bəs bizimkilər..))
31 dekabr 2022 17:15
- XVI Benedikt vəfat etdi
31 dekabr 2022 14:22
- Məhkəmə-Hüquq Şurası Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevi cəzalandırd
5 dekabr 2022 11:06
- Azərbaycan İsraildə səfirlik açır
18 noyabr 2022 12:26
- ŞOK: Rusiya Qarabağda konsulluq açır....– “Bazar Xəbər”də
23 oktyabr 2022 19:14
- Amaliya Pənahovanın oğlu da səfir təyin olundu
18 oktyabr 2022 07:54
- Ağalıda ilk ailə təsərrüfatları yaradıldı - Video
13 avqust 2022 09:07
- Bakcell qazi və şəhid övladları üçün kurslar təşkil edib
12 avqust 2022 12:47
- Atasının qızıl küplərini bolşeviklərə verən inqilabçı... – onu da güllələyiblər
5 avqust 2022 08:15
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya