Heydər Əliyev: " Ayaz Mütəllibov qələt eləyib..."
Azərbaycanın I prezidenti kimi tarixə adını yazdıran Ayaz Mütəllibov son zamanlar tez-tez mətbuatda görünməkdən xoşlanır. Hər açıqlamasında da mütləq və mütləq Heydər Əliyevin ona göstərdiyi etimaddan danışır. Bəzən bu etimaddan elə riqqətə gəlir ki, Heydər Əliyevin bir zamanlar onun barəsində aşağıdakı videoda dilə gətirdiyi sözləri
unudur, gah mərhum prezidentin məzarını ziyarət edir, gah da mədhiyyə janrının incəliklərindən istifadə edərək, deyir:
“Heydər Əliyev mənim üçün ən yüksək hörmətə layiq olan şəxsiyyətdir. Mən onunla uzun illər bir yerdə çalışmışam, Heydər Əliyev mənə böyük işləri etibar edib. Heydər Əliyev 13 il respublika rəhbəri olduğu dövrdə 8 dəfə məni yüksək vəzifələrə irəli çəkib, mənə vəzifə verib, etimad göstərib. Mən də onun etimadını doğrultmağa çalışmışam. Həmin dövrdə yaşayan və sonradan görkəmli insanlara çevrilən şəxslər Heydər Əliyev məktəbini keçiblər. O cür insanlardan biri də mən olmuşam. Mən özümü Heydər Əliyev məktəbinin yetirməsi hesab edirəm. Vaxtilə Heydər Əliyev özü də deyirdi ki, Ayaz Mütəllibov mənim şagirdim olub və sairə. Təbii ki, o, çox doğru deyirdi. Mən bu gün də özümü Heydər Əliyevin şagirdi hesab edirəm”.
Bəs, görəsən, özünü Heydər Əliyev məktəbinin şagirdi hesab edən Ayaz Mütəllibov öz müəlliminin etimadını necə doğrultmuşdu?
Zənnimizcə, bu məsələ barədə uzun-uzadı danışmadan Ayaz Mütəllibovun hakimiyyət illərində öz müəlliminə bəslədiyi münasibəti xatırlamaq yetər. Mümkündür ki, 80 yaşına qədəm qoyan şagird üzərindən 26-27 il keçən bəzi hadisələri xatırlaya bilmir. İnsanoğluyuq, unutqanlığımız təəccüblü deyil. Tarix isə heç nəyi yaddan çıxartmır, hər şeyi özünün daş yaddaşına həkk edib saxlayır.
Öz ustadına kəm baxan Ayaz Mütəllibovun 3 sentyabr 1991-ci ildə keçirdiyi müşavirənin protokolu da tarixin daş yaddaşına həkk olunmuş “inci”lərdəndir. Həm də elə “inci”lərdəndir ki, mərhum Heydər Əliyev belə unudulmaması və yaxud müşavirə iştirakçıları tərəfindən sonradan məhv edilməməsi üçün onu Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işlədiyi zamanlar yerli rəsmi qəzetdə dərc belə etdirmişdi. Görünür, rəhmətlik öz şagirdinin xasiyyətinə bələd imiş. Bilirmiş ki, gün gələcək, “şəyirdi” onun barəsində nağıllar uyduracaq. Tarixdə qalsın və tədqiqatçılar tərəfindən üzə çıxarılsın deyə, özünün əleyhinə olmasına baxmayaraq, bu “inci”ni Naxçıvan Muxtar Respublikasının rəsmi qəzetində dərc edilməsinə qərar vermişdi.
Biz də yaxın tariximizi unudanlara bir daha xatırlatmaq niyyətilə “Şərq qapısı” qəzetində dərc olunan həmin sənədin şəkillərini oxucuların ixtiyarına buraxırıq. Oxucuları çox yormamaq üçün isə həmin sənəddən iki fraqmenti təqdim edirik:
“...xüsusilə Naxçıvan Muxtar Respublikasında qanuna zidd hərəkətlər daha təhlükəli xarakter almışdır. Muxtar Respublika Ali Məclisinin bu günlərdə ən adi hüquq qaydalarına riayət edilmədən keçirilən sessiyasında, demək olar, dövlət çevrilişi edilmiş, hətta Muxtar Respublikanın Azərbaycanın tərkibindən çıxması barədə qərar qəbul etməklə hədələmişlər. İş o yerə gəlib çatmışdır ki, burada ayrı-ayrı silahlı quldur dəstələri dinc əhalini terror edir, xalq deputatlarının zor gücünə, hədə-qorxu yolu ilə sessiyaya gəlməyə, qeyri-qanuni qərar çıxarmağa məcbur edir, hətta ordunu da xalqa qarşı qaldırmağa cəhd göstərirlər”.
Xatırladaq ki, Ayaz Müttəlibovun yanında keçirilən bu müşavirə 1991-ci ilin 3 sentyabrına təsadüf edirdi. Həmin vaxt isə Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçilirdi. Diqqətinizə sunduğumuz sənəddə isə bu hadisə dövlət çevrilişi kimi qiymətləndirilirdi.
Mərhum Heydər Əliyevin ölümsüzləşdirdiyi sənəddə daha sonra deyilir:
“Azərbaycan Respublikasının Ali Sovetinə ( T.X.Orucov yoldaş) tapşırılsın ki, Respublikanın keçmiş rəhbəri Heydər Əliyevin fəaliyyətini təhqiq edən komissiyanın işini sürətləndirsin, məsələni hərtərəfli və dolğun öyrənmək üçün komissiyaya hər cür şərait yaradılsın, AKP-nin daimi və cari arxivlərində və başqa arxivlərdə saxlanılan bütün lazımi sənədlər onun ixtiyarına verilsin”.
Başqa sözlə desək, “qara piar” kampaniyasına start verilsin.
Göründüyü kimi, özünü Heydər Əliyevin “şəyirdi” sayan Ayaz Mütəllibov ustadına bir xeyli kəm baxırmış. Məhz elə buna görə də, uzun illər Moskvada ustadına kəm baxmağının ağır nəticəsini də yaşadı. Amma deyəsən, bu tale Ayaz Mütəllibov üçün dərs olmadı. O, bu gün də ustadından miras qalan mövcud rejimin hər an axsamasını gözləyir və bu istiqamətdə də iş aparır. İnanmırsınızsa, yenə gəlin, faktlara istinad edək: ötən il cəmiyyətimizdə Azərbaycanın növbəti prezidentinin kimliyi barədə xeyli şaiyələr yayılmışdı. Maraqlıdır ki, bugünkü prezidentin alternativi kimi I vitse-prezident göstərilirdi. Bu təxribat xarakterli təbliğatlar toplumumuzda, özəlliklə də iqtidar düşərgəsində haçalanmalara yol aça bilərdi və yəqin ki, əsl məqsəd də elə bu idi.
Bəlkə də hakimiyyət üçün arzuedilməz olan bu tendensiyanın qarşısını almaq ölkənin siyasi iradəsi növbədənkənar seçkilərə getməyə qərar verdi. YAP-ın son qurultayında Mehriban Əliyeva da indiki prezidenti dəstəkləməklə bəd niyyətlərə düşənlərə öz mesajını göndərdi. Bununla da hakimiyyət komandasının monolit olduğunu əməli fəaliyyətilə ortaya qoydu.
Həmin vaxt Mehriban xanımın namizədliyini dəstələməklə hakimiyyət komandasını parçalamaq eşqinə düşənlərdən biri kim olsa yaxşıdır ? Əlbəttə ki, Heydər Əliyevin dəfələrlə üzünə ağ olan “şəyirdi”.
Gəlin, çox şərhə yol vermədən bu iddiaya da elə Ayaz Mütəllibovun nöqteyi-nəzərindən baxaq:
Tarix: 25.08.2017;
““Mənim siyasi partiya yaratmaq niyyətim yoxdur. Ancaq seçkilərdə Mehriban xanım Əliyevanın namizədliyini dəstəkləməyə hazıram”. Virtualaz.org xəbər verir ki, bunu eks-prezident Ayaz Mütəllibov yerli mətbuata müsahibəsində deyib.
“Mehriban xanım Əliyevanın seçkilərdə iştirak etməyinə çox müsbət baxıram. Mehriban xanımın namizədliyi üçün bütün dəstəyi verməyə də hazıram. Hətta, Mehriban xanımın namizədliyi irəli sürülərsə, onun Prezident seçilməsinə dəstək üçün açıq şəkildə mətbuatla xalqa müraciət edə bilərəm. Misal üçün, xalqa başa salmaq olar ki, Mehriban xanım Əliyevanın prezidentliyə namizəd olması Azərbaycana hansı töhfələri verə bilər”-keçmiş prezident bildirib.
Mütəllibov deyib ki, Mehriban Əliyevanın prezidentliyə namizədliyinə dəstək verməyə hazır olduğuna görə hansısa tənqidlərlə üzləşməkdən çəkinmir. “Mən bir şəxsiyyət və vətəndaş kimi Mehriban xanım Əliyevaya prezidentliyə namizəd olması üçün açıq dəstək verməyə hazıram”-o vurğulayıb”.
O da maraqlıdır ki, Mehriban xanımın namizədliyini irəli sürməyəcəyi bəlli olduqdan sonra da Ayaz Mütəllibov öz müəllimin davamçısını indiyədək dəstəkləməyib.
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İmran Əliyev həbs edildi
19 aprel 2024 20:39
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20