Məmurlar Bakının mərkəzində binaya girişi bağlayıb dönərxana açdılar (FOTO/VİDEO)
İqtisadiyyat12 mart 2018 18:03
Bakı şəhəri, Rəsul Rza küçəsi, ev 19-da yaşayan İsayeva Şəmsi Abıəli qızı və Məmmədova Afət Sahib qızı mətbuata müraciət ünvanlayıb.
avtosfer.az xəbər verir ki, müraciət Səbail rayonu, Rəsul Rza küçəsi 19 saylı evin həyətinə olan girişin böyük bir hissəsinin Vəliyeva Zərifa Fərzalı qızı tərəfindən zəbt edilməsi ilə bağlıdır:
"Adı çəkilən şəxsin adından istifadə edən onun Gömrük Komitəsində işləyən yüksək vəzifəli oğlu və DİN-nin keçmiş əməkdaşı olan polkovnik rütbəli əri R.Rza küçəsi 19 saylı evin giriş hissəsini qanunsuz və özbaşına olaraq zəbt etmiş və həmin bina sakinlərinin ümumi istifadəsində olan girişin çox hissəsini bağlamaqla sakinlərin mənzillərinə gedən girişdən istifadə edilməsinə ciddi maneə törədirlər. Hansı ki, həmin giriş bina sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş və hər hansı şəxsin mülkiyyətinə və istifadəsinə verilə bilməz. Həmin giriş eyni zamanda həyətə təcili tibbi yardım, yanğınsöndürmə vasitələrinin və digər mexaniki nəqliyyat vasitələrinin keçidinin təmin edilməsi üçün nəzərdə tutulub.
Hazırda isə həmin keçid sərbəst hərəkətə maneə olmaqla yanaşı yuxarıda qeyd edilən təhlükəsizlik tələblərini də pozur və Zərifə Vəliyeva adlı qadının oğlu və ərinin kommersiya maraqlanın təmin edilməsi üçün istifadə edilir.
Bununla bağlı dəfələrlə müvafiq icra hakimiyyəti və aidiyyatı qurumlara müraciət edilib, lakin müraciətlərimiz baxılmamış qalıb, Zərifə Vəliyeva adlı qadının oğlu və əri öz qanunsuzluğunu və hegomonluğunu davam etdiriblər.
Çoxsaylı müraciətlərimizdən sonra tərəfimizdən həmin zəbt edilmiş giriş hissənin 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 29 aprel 2013-cü il tarixli və 21 yanvar 2014-cü il tarixli qərarları ilə Vəliyeva Zərifə Fərzalı qızının mülkiyyətinə verilməsi və ona çıxarış verilməsi vəzifəsi DƏDRX-nin Bakı Ərazi İdarəsinə həvalə edilməsi aşkar edilib.
Həmin məhkəmə proseslərindən bina sakinlərinin xəbəri olmayıb, məhkəmə iclasında iştirak edən Bakı şəhər İcra Hakimiyyətinin və DƏDRX-nin nümayəndələri həmin qərarı mübahisələndirməyiblər.
Halbuki bir qayda olaraq həmin orqanlar onların "maraqlarını təmin etməyən” məhkəmə qərarlarından yuxarı məhkəmə instansiyalarına şikayətlər edirlər.
Bu halda isə Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi hətta saxta aktla guya bina sakinlərinin əksər hissəsinin belə tikintiyə razı olması barədə mülahizə irəli sürüb.
Həmin məhkəmə qərarlarından bu yaxınlarda xəbər tutaraq ondan apellyasiya qaydasında şikayət verilib, iş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadənin icraatındadır.
Qeyd etdiyimiz kimi, Vəliyeva Zərifə Fərzalı qızın oğlu AR Gömrük Komitəsində yüksək vəzifə tutan məmurdur, əri isə keçmiş AR DİN-nin polkovnik rütbəli əməkdaşıdır. Əslində həmin şəxslər Bakı şəhər İcra Hakimiyyəti, DƏDRX və məhkəmə orqanları ilə əlbir olaraq dövlətin və vətəndaşların qanunla qorunan maraqlarına zərər vururlar.
Hazırkı halda da adları çəkilən şəxslər Bakı Apellyasiya Məhkəməsinə də qanunsuz təsir göstərməyə çalışırlar.
Şəhərsalma və tikinti normalarının pozulması ilə qəbul edilmiş 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 29 aprel 2013-cü il tarixli və 21 yanvar 2014-cü il tarixli məhkəmə qərarları qanunsuz və əsassız olmaqla həmin ərazidə yaşayan onlarla mülkiyyətçi və sakinlərin hüquqlarını kobud şəkildə pozub. Belə ki, bu qanunsuz zəbt edilmiş ərazidə yerləşən tikili binanın həyətinə xüsusi təyinatlı nəqliyyat vasitələrinin, o cümlədən yanğınsöndürmə və təcili tibbi yardım maşınlarının girişini mümkünsüz edir.
Narkoloji Dispanserdə baş vermiş yanğın hadisəsi bu qaydalara ciddi əməl edilməsini yenidən gündəmə gətirib və bu məsələ ölkə başçısı cənab İlham Əliyevin xüsusi nəzarətindədir.
«Dövlət şəhərsalma norma və qaydaları»nın «Yanğın əleyhinə tələbləri»nə uyğun olaraq piyada yolları və nəqliyyat keçidləri layihələndirilərkən yanğınsöndürən maşınların yaşayış və ictimai binalara, o cümlədən onlara bitişik tikililərə yanaşması və yanğın söndürənlərin avtonərdivanlardan və ya avtoqaldırıcılardan hər hansı bir mənzilə və ya otağa keçə bilmək imkanı təmin edilməlidir.
Bir qayda olaraq, nəqliyyat keçidlərinin kənarından mərtəbəliyi 10 qədər olan (10-da daxil olmaqla) binalaradək məsafəni 5-8 m; 10-dan çox mərtəbəli binalaradək isə 8-10 m qəbul etmək lazımdır. Bu zonada hasar çəkilməsinə, hava elektrik ötürücü xətlərinin yerləşdirilməsinə və ağacların sıra ilə əkilməsinə yol verilmir.
Binaların giriş olmayan fasadları boyunca yanğınsöndürən maşınların keçməsi üçün yararlı, eni 6 m olan zolaqlar (maşınlardan yer örtüyünə və torpağa düşə bilən yük nəzərə alınmaqla) nəzərdə tutulmalıdır.
Eyni zamanda bu cür tikililərin qanunvericiliyə, təhlükəsizlik qaydalarına zidd olduğunu nəzərdə tutan başqa normativ qaydalar da var.
Bu qaydalara əməl edilməməsi Binəqədi rayonunda və Narkoloji Dispanserdə, eləcə də bundan öncə şəhərdə baş vermiş digər yanğınlar zamanı sakinlərin evakusiya edilməsində ciddi manelərin olması səbəbindən yaşanmış faciələrin təkrarlanması və daha ağır nəticələrə gətirib çıxarması ilə nəticələnə bilər.
Ona görə də, bu ictimai və dövlət əhəmiyyətli problemi ictimailəşdirməyi Sizdən xahiş edirik”.
Oxşar xəbərlər
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
8 may 2024 16:23
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
8 may 2024 00:22
- Putin and içdi - Video - Yenilənib
7 may 2024 16:18
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
7 may 2024 08:55
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
7 may 2024 01:30
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
7 may 2024 00:42
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
7 may 2024 00:32
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
4 may 2024 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
4 may 2024 13:39
Xəbər lenti
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
Video & Fotoqalereya
Video
Fotoqalereya