Bakıda tanınmış musiqiçi özünü öldürdü
İdman15 mart 2018 19:38
Bakıda tanınmış musiqiçi, Rəşid Behbudov adına Mahnı Teatrının solisti, xalq artisti Gülyanaq Məmmədovanın musiqi qrupunun sintizator ifaçısı Pircan Həsənovun özünü öldürməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Qaynarinfo xəbər verir ki, 43 yaşlı P.Həsənov Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində özünü zəhərləyərkən evdə tək olub. Hadisə barədə ilk olaraq qonşular xəbər tutub və onun yaxınlarına məlumat verib. 1 saylı şəhər Klinik xəstəxanasına yerləşdirilən musiqiçi orada ölüb.
Mərhum musiqiçinin qardaşı Gülməmməd Həsənov criminal.az saytına açıqlamasında bildirib ki, Pircanı bəzi insanlar yaşamaqdan bezdirib: ''Ötən ilin yayında Pircanla qonşu Sərman Bağırov arasında mübahisə olmuşdu. Qonşular onları ayıraraq sakitləşdirib, sonra həmin Sərmanın ana-bacısı qardaşımın üstünə gəlib. Onlar Pircana hücum edib, öz həyətlərinə salmaq istəyiblər. Həmin vaxt qaçan Sərman Bağırov sürüşərək yıxılıb və ayağı sınıb. Bunun şahidləri də var. Bütün şahidlər də bölməyə çağrılaraq dindirilib. Bundan sonra Sərmanın atası Pircanı polisə verib. Polisdən Pircana barışıq təklif olundu. Biz də həmin ailəyə gedib barışıq təklif etdik. Biz 2000-2500 manat verməyə imkanımız olduğunu dedik. Onlar isə 9000 manat istədilər. Anamla ikinci dəfə onların qapısına getdik. Bizi qovdular, dedilər ki, aşağısı 8 min manat müalicə xərcini verin, sonra barışıq barədə danşarıq. Razılıq olmadığından, bölmə rəisi əsəbləşdi və işi məhkəməyə göndərdi''.
G.Həsənov deyir ki, qardaşı rəhmətə getməmişdən bir gün qabaq, yəni martın 13-də məhkəməsi olub: ''Pircan məhkəməyə özü gedib. Zərərçəkən məhkəməyə gəlməyib. Vəkili deyib ki, guya yataqdadır. Halbuki hər gün VAZ-2107 maşını ilə taksi fəaliyyətindədir. Məhkəmədə Pircanı sıxışdırıblar, 2 ildən 8 ilədək həbs cəzası oxuyublar, 26 min manat da pul tələb olunub. Bu məbləğdən 6 mini müalicə xərcləri, yerdə qalanı isə 10 ay işləmədiyinə görə. Deyiblər ki, ola bilsin, sabah həbs ediləcəksən. Məhkəmədən evə qayıdan Pircan dostlarına zəng edərək sabah həbs olunacağını deyib”.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 2024 11:16
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 2024 18:44
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - Rəsmi açıqlama
11 aprel 2024 20:25
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Qırğızıstan cinayətkar qrupun 5 üzvünü Azərbaycana təhvil verdi - Video
8 aprel 2024 10:29
Xəbər lenti
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
Video & Fotoqalereya
Video
Fotoqalereya