Beynəlxalq Bankla bağlı şok iddia: 3 milyard manat pul yoxdur
Müsahibə16 mart 2018 14:02
Beynəlxalq Bankın rəhbərliyində sensasion dəyişiklik baş verib. Belə ki, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Beynəlxalq Bankın rəhbərliyinə gətirilib. Martın 14-də "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və ABB-nin İdarə Heyətinin (İH) sədri Xalid Əhədov Müşahidə Şurasının (MŞ) yeni üzvləri təyin olunublar.
Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimova həvalə edilib.
Şahmar Mövsümov
Bəs görəsən, ABB-də baş verən bu dəyişikliklərin səbəbi nədir?
"Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənovbildirib ki, bu proses özəlləşdirməyə hazırlığın bir mərhələsidir: "Təsadüfi deyil ki, Müşahidə Şurasının sədri vəzifəsinə Şahmar Mövsümov təyin olundu. İndiyə kimi həmişə Müşahidə Şurasının sədri Maliyyə Nazirliyindən olurdu. Maliyyə Nazirliyi reallıqda çox qısa müddətdə, yalnız Elmar Məmmədovun İdarə Heyətinin sədri olduğu dövrdə banka tam nəzarət edirdi. Xalid Əhədov isə daha çox Maliyyə Bazarlarına Nəzarət Palatasına tabe idi.
Şahmar Mövsümov beynəlxalq maliyyə qurumları ilə danışıqlar apara bilən məmur kimi tanınır. Bunu nə dərəcədə bacarıb-bacarmaması başqa bir söhbətin mövzusudur. Amma belə bir imici formalaşıb. Hazırda Neft Fondunda da elə bir gərgin iş yoxdur, gələn neft pulları toplanır. Bəzi iddialar var ki, Müşahidə Şurasının sədri vəzifəsinə Neft Fondunun icraçı direktorunun təyin olunmasının səbəbi DNF-nin Beynəlxalq Bankda 1 milyard dollar depozitinin olmasıdır. Ancaq bu depozit, eləcə də ABB-nin digər borcları dövlətin üzərinə keçib. Bunun heç bir təsiri yoxdur. Bu gün Beynəlxalq Bankın Neft Fonduna borcu yoxdur. Borc tam olaraq dövlətin borcudur".
Əkrəm Həsənov
Ekspertin fikrincə, Ş.Mövsümovun bankın real idarəçiliyinə təsiri olmayacaq: "Neft Fondunun Maliyyə Nazirliyi, MBNP, o cümlədən Mərkəzi Bank kimi gündəlik gərgin iş rejimi yoxdur. Bu səbəbdən də ona tapşırıq verilib ki, ABB-nin özəlləşdirilməsi üçün xarici investorlar tapsın, onlarla danışıqlar aparsın, cəlb etsin. Hazırda bu iş onun üzərinə qoyulub. Bankın İdarə Heyətinin sədri Xalid Əhədov çox təəssüf ki, bu bir il ərzində o qədər səhv buraxdı ki... Onu vəzifədən çıxartdılar və yerinə heç kimi təyin etmədilər. Faktiki olaraq, sadəcə, İdarə Heyətinin sədri vəzifəsini onun müavininə həvalə etdilər. Bu isə beynəlxalq maliyyə qurumları, xarici investorlar ilə danışıqların aparılmasını asanlaşdıracaq. Adətən beynəlxalq maliyyə qurumları, xarici investorlar hansısa ölkənin bankında səhm alanda İdarə Heyətinin sədri vəzifəsində kimin olacağına dair ciddi tələblər irəli sürürlər. Bir qayda olaraq elə əcnəbinin təyin olunmasını istəyirlər. Bəzən də yerli kadr olması ilə razılaşırlar, ancaq bu halda da kimin təyin olunmasını onlar seçirlər. Bu baxımdan İdarə Heyətinin sədri vəzifəsini vakant saxladılar ki, Şahmar Mövsümov üçün danışıqlar aparmaq asan olsun. Bu addımların əsas məqsədi odur. Xalid Əhədov özünü doğrultsaydı, bəlkə də o, bu işi axıra çatdıra bilərdi. Sadəcə, birmənalıdır ki, heç bir özünə hörmət edən beynəlxalq maliyyə institutu və ya investor belə aşağı səviyyədə, öhdəliklərin könüllü restrukturizasiyasını həyata keçirmiş İdarə Heyəti sədrinin olması ilə razılaşmayacaq. Xüsusən də Londonda məhkəməni uduzmaq da bir neqativ amildir, xarici investorlar Xalid Əhədovun olmasını istəməyəcəklər. Buna görə də onu vəzifədən uzaqlaşdırdılar. Onun Müşahidə Şurasında qalmasının səbəb isə odur ki, Xalid Əhədov sələflərindən fərqli olaraq, səriştəsiz olsa da, oğru, əliəyri deyil. Öz sahəsini müəyyən qədər bilən kadrdır. Ona görə də Müşahidə Şurasında saxlanıldı”.
Xalid Əhədov
Bankın sağlamlaşdırma prosesinin hansı mərhələdə olmasına gəlincə, hüquqşünas bildirdi ki, bankın kreditləri faktiki olaraq dövlətə verilib. Dövlət o kreditlərin pulunu banka verib və indi onların yığılması ilə "Aqrokreditbank” məşğuldur. Beynəlxalq Bankın ödəyə bilmədiyi kredit borclarını da dövlət ödəyib: "Artıq bunlar dövlətin problemidir, bankın heç bir borcu qalmayıb. Ötən il öhdəliklərin könüllü restruktruzasiyası əsnasında dövlət banka 5 milyard manat ”hədiyyə" etdi, yəni bankın o həcmdəki borclarını üzərinə götürdü. Faktiki bank 4 milyard manat irəli olmalı idi. Ancaq 2017-ci ili ban cəmi 804 milyon manat xalis mənfəətlə bitirib. 3 milyard manatdan çox pul yoxdur. Bəs qalan pullar hanı? Bu o deməkdir ki, bankda hətta Xalid Əhədovun dövründə də qeyri-sağlam idarəetmə olub ki, 3 milyard manat əriyib gedib. Bu baxımdan bankın problemli kreditlər məsələsi həll olundu, ancaq daxili idarəetmə səviyyəsi, maaşlar, xərclər baxımından optimal idarəetmə görmürük. Əmanətlərə gəlincə, bankın əmanət portfeli də ciddi zərbə gördü. Bu baxımdan bankı hələ sağlam hesab etmək olmaz".
İqtisadçının fikrincə, bu məsələ xarici investorlara da ciddi təsir göstərəcək.
Oxşar xəbərlər
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
Xəbər lenti
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
Video & Fotoqalereya
Video
Fotoqalereya