Azərbaycanda neçə nəfər Bəhai dininə sitayiş edir? (MÜSAHİBƏ)


- Maarifçiliyə, təhsilə əhəmiyyət verdiyini deyən bəhailər cəmiyyətə hansı formada tövhə vermək niyyətindədirlər?
- Bəhai Dini İcmasının əsas hədəfi maarifçilik, xüsusən də uşaq və yeniyetmələrin təlim-tərbiyəsi, onların intellektual və mənəvi inkişafıdır. İcmanın təlim mərkəzlərində 5-10 yaşlı azyaşlılar üçün "Uşaq əxlaq dərsləri”, 11-14 yaşlı yeniyetmələr üçün isə "Yeniyetmələrin intelektual və mənəvi gücləndirilməsi" adlı dərslər təşkil edilir. Dərslər 17-25 yaşlı gənclər tərəfindən deyilir. Gənc müəllimlər təlimlərə start verməzdən əvvəl xüsusi kurslar keçirlər. Təlimlərimiz həftənin şənbə və bazar günü təşkil edilir. Bunlar dini dərslər deyil, cəmiyyətə xidmətin bir formasıdır və gənc nəsildə səxavət, mərhəmət, şəfqət, vətənə təmənnasız xidmət kimi mənəvi keyfiyyətlərin inkişafına xidmət edir. Çalışırıq ki, Azərbaycan cəmiyyətində yeniyetmələrin təlim-tərbiyəsində mövcud olan boşluqları dolduraq. Bəhai dini təliminə görə insanlığa və yaşadığın cəmiyyətə xidmət Allaha ibadətdir.
- Yetkinlik yaşına çatmayan şəxslər də dini icmanı ziyarətə gəlirlər?
- Bəhai icmasının təşkil etdiyi təlim-tərbiyə proqramları dinindən və millətindən asılı olmayaraq hamının üzünə açıqdır. Bəhai olmayan yeniyetmələr və uşaqlar da valideynlərinin razılığı ilə təlim-tərbiyə proqramlarında iştirak edə bilərlər. Valideynlərlə təşkil edilən seminarlar da uşaq tərbiyəsində onlara müəyyən istiqamətlər verir.
- Ölkəmizdə bəhailərin sayı nə qədərdir?
- Dəqiq məlumatımız yoxdur. Güman edirik ki, Azərbaycanda təxminən 2 min bəhai var. Təbliğatımız sosial mediada, kitab çapı, saytlar vasitəsilə həyata keçirilir. İnsanlar məqsədimizdəki təmizliyi görəndən sonra bizə birmənalı münasibəti kənara qoyurlar. Ədalət, səxavət anlayışı, əməkdaşlıq, konflikt əvəzinə birgə fəaliyyət, cəmiyyətə xidmət ideyalarımızın əsasını təşkil edir.
- Bəhailər keçmişdə və indi hansı təqiblərlə üzləşiblər?
- Sovet dövründə digər dinlər kimi bu dini icmanın nümayəndələri də təqiblərə məruz qalıb. 1937-ci ildə 38 nəfər bəhai güllələnib, bir qismi sürgündə ölüb. Yüzlərlə ailə Azərbaycandan sürgün olunub. Sovet İttifaqı dağılandan sonra rəsmi qeydiyyatdan keçmişik. Azərbaycan dövləti bizə müsbət münasibət göstərir, hüquqlarımızı qoruyur, fəaliyyətimizə etiraz etmir, pozitiv yanaşır. İşlərimiz dövlət tərəfindən müsbət qiymətləndirilir.
- Bəhai dininin vətəni olan İranda bəhailərin hüquqları tez-tez pozulur. Bu haqda nə deyə bilərsiniz?
- Təəssüf ki, qonşu İranda ölkə vətəndaşları olan bəhailərin vəziyyəti ürəkaçan deyil. Bu ölkədəki bəhailərin sayı təqribən yarım milyondur. İranda qəbul olunmuş qanunlar əsasında bəhailər ali məktəbə daxil ola bilmirlər, dövlət idarələrində işləmək və təqaüd almaq kimi hüquqlardan məhrum ediliblər. Orta məktəblərdə müsəlman uşaqlarla bəhailər ayrı oturdulur, çünki bəhai uşaqları "nəcis” hesab olunurlar. Bu ölkədə bu günə qədər yüzlərlə bəhai edam olunub, 400-800 nəfər hazırda həbsdədir. Dünyada yalnız İranda bəhailərə belə münasibət göstərilir, onlar fiziki və mənəvi zorakılıqlara məruz qalırlar. Digər müsəlman ölkələrində, hətta şəriət qanunları ilə idarə olunan ərəb ölkələrində belə bu icmanın nümayəndələri sərbəst yaşaya, fəaliyyət göstərə bilirlər.
- Nə zaman Bəhai olmaq qərarına gəldiniz? Ailə üzvləriniz də sizinlə eyni inancı bölüşür?
- 1996-cı ildən bəhaiyəm. Yalnız oğlum özünü bəhai hesab edir. Həyat yoldaşım müsəlmandır, qızım isə özünü dünyəvi hesab edir.
- Azərbaycanda tanınmış bəhailərdən kimləri sadalaya bilərsiniz?
- Musa Nağıyev, Hüseyn Cavid, akademik İzzət Orucov bəhai olub. Azərbaycanda Zeynalabdin Tağıyevin açdığı qızlar məktəbinin ilk şagirdləri də bəhailərin övladları, ölkəmizdə çadradan imtina edənlər də bu dini icmanın nümayəndələri olub.
- Bəhailər hansı formada ibadət edir?
- Bizdə xüsusi ibadət forması yoxdur. İnsanlığa və vətənə xidmət ibadətimiz hesab olunur. Dua, namaz, oruc kimi qaydalarımız var. Mart ayında 19 gün ərzində gün çıxandan gün batana kimi oruc tuturuq. Sosial fəaliyyətlər dini fəaliyyətimizin əsasını təşkil edir.
- Bakı Dövlət Universitetində dərs deyirsiniz. Universitetdə təbliğatla məşğul olursunuz? Buna icazə verirlər?
- Ekologiya fakültəsində dərs deyirəm. Öz əqidəmi gizlətmirəm. Dərs prosesində tələbələrə Bəhailik barədə məlumat vermirəm. Dediyim fənləri tələbələr üçün çox əhəmiyyətli hesab edirəm. Onların yüksək ixtisaslı və savadlı kadrlar kimi yetişməsi üçün çalışıram. Sosial şəbəkədə həm elmi, həm də bəhai dini ilə bağlı məlumatları bölüşürəm. Maraqlananlar, sual verənlər, kitab istəyənlər olur. Tədbirlərdə iştirak edənlər də tapılır.
- Dövlət bəhailərə qadağa qoysa, fəaliyyətinizi hansı formada davam etdirməyi planlaşdırırsınız?
- Əgər tələblər hüquqi ünvanları bağlamaq, təlim-tərbiyə prosesini, seminar və tədbirləri, kitab çapını dayandırmaq olsa, təbii ki, buna əməl edəcəyik, dövlətin qanunlarına tabe olmaq borcumuzdur. Tələb, əqidəmizdən imtina etmək olsa, əlbəttə ki, bu mümkün deyil və biz bunu etməyəcəyik.
- Digər dinlərə münasibətiniz?
- Fanatizm, təriqətçilik və radikallığın əleyhinəyik. Bəhai dini dinlərin birliyi, ümumi din konsepsiyasından çıxış edir. Allahın yerində daim təkamül edən bir din var. Bu din Buddizm, Zərdüştülük, Yəhudilik, Xristianlıq və İslam mərhələlərindən keçməklə Bəhailikdə özünü tapıb. Bəhai dini özündən əvvəlki dinləri inkar etmir, əksinə özünü onların təkamülü nəticəsində yaranmış din hesab edir. Hər dinin sosial qanunları müəyyən dövr üçündür. Bəhai dininin qanunları, prinsip və müasir dövr problemlərinə yanaşması daha rasionaldır. Müəyyən dövr gələcək, bu din də köhnələcək. Ola bilsin ki, cəmiyyətə faydalı, inkişaf üçün zəruri başqa dinə ehtiyac yaranacaq. Allah hər dəfə peyğəmbər göndərəndə, onların qanunlarında dəyişiklik edir. Qanunlar əbədi olsa, inkişaf mümkünsüzdür. Şəriət qaydaları zamanla dəyişməlidir. Bəhailik hansısa dinin ruhani mənasını inkar etmir, sadəcə sosial fəaliyyətdə dəyişikliklərin zəruriliyini vurğulayır. Güman edirəm ki, yaxın 1000 il ərzində Bəhai dini bəşəriyyətin tərəqqisinə kömək edəcək.
- Bəhai dinində içki, siqaret və donuz ətindən istifadə barədə nə deyilir?
- Alkoqollu içkilər haramdır. Siqaretlə bağlı xüsusi göstəriş yoxdur. Əksər bəhailər sağlam həyat tərzinə can atdığına görə siqaretdən istifadə etmir. Donuz əti ilə bağlı da xüsusi qayda yoxdur. Hz. Əbdül Bəha ətdən az istifadə etməyi, mümkün olan halda ondan imtinanı, əsasən meyvə-tərəvəzə üstünlük verməyi tövsiyə edir.
- Dünyanın birliyinin tərəfdarı olduğunuzu deyirsiniz. Bu necə baş verəcək?
Gülşən Mehdiyeva
- Nazim İbrahimovun müavininə də kəskin ittiham: "Ramin Məmmədovla bağlı araşdırma aparılmalıdır!"
25 aprel 2018 14:26
- Azərbaycanda iri qızıl filizi yatağının işlənməsi üzrə planlar açıqlandı
25 aprel 2018 13:20
- ABŞ-dan Nikol Paşinyana ilk dəstək
25 aprel 2018 12:30
- Azərbaycanda xanım nazir təyin edildi
24 aprel 2018 23:50
- Torontoda erməni terroru: 10 ölü, 15 yaralı
24 aprel 2018 16:27
- “Vəzifəsinin öhdəsindən gələ bilməyib...
24 aprel 2018 15:59
- Əlyazmalar institunda konfrans keçirilib
24 aprel 2018 15:34
- " Yeganə və Yafəs" dastanı
24 aprel 2018 14:11
- MTN generalına 14 il hökm oxundu
23 aprel 2018 16:07
- İrəvanda hərbçilər etirazçıların tərəfinə keçdi (VİDEO)
23 aprel 2018 14:59
- Səlim Müslimovun adamları təmizlənir: İlk qurbanlardan biri Fuad Əlizadə olacaq
25 aprel 23:58
- AXC-nin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
25 aprel 23:35
- Paşinyan Ermənistanda baş nazir postuna namizəd oldu
25 aprel 23:14
- Yeni nazirdən bir gündə 5 təyinat
25 aprel 17:55
- Əliyev Ərdoğanın iqamətgahında belə qarşılandı - Fotolar
25 aprel 15:17
- Nazir müavini İlham Quliyev vəzifəsindən azad edildi
25 aprel 14:49
- Nazim İbrahimovun müavininə də kəskin ittiham: "Ramin Məmmədovla bağlı araşdırma aparılmalıdır!"
25 aprel 14:26
- Kənd Təsərrüfatı Nazirliyinə yeni sözçü təyin olundu
25 aprel 13:48
- Azərbaycanda iri qızıl filizi yatağının işlənməsi üzrə planlar açıqlandı
25 aprel 13:20
- İşdən çıxarılan generalın milyonluq mülkləri
25 aprel 13:05
- İlham Əliyev Atatürkün məzarını ziyarət edib
25 aprel 12:51
- Məktəbdə zorlama hadisəsi AKSİYAYA SƏBƏB OLDU
25 aprel 12:39
- ABŞ-dan Nikol Paşinyana ilk dəstək
25 aprel 12:30
- “Ramiz Mehdiyev bizim ağsaqqalımızdır” - Nazim İbrahimov
25 aprel 12:16
- Azərbaycanda xanım nazir təyin edildi
24 aprel 23:50
- Azərbaycanın əməkdar artisti vəfat etdi
24 aprel 23:43
- Əliyevlə Ərdoğan birgə şam edib - Fotolar
24 aprel 23:33
- Metro əməkdaşı kənd əhalisini təhqir etdi - Qalmaqal
24 aprel 19:30
- İlham Əliyev Türkiyədə səfərdədir
24 aprel 19:22
- Yeni nazir bəstəkarın oğludur
24 aprel 16:32
- Torontoda erməni terroru: 10 ölü, 15 yaralı
24 aprel 16:27
- Xətai rayonunda yarım əsr yaşı olan ağacları kəsib, yerində obyekt tikirlər (VİDEO)
24 aprel 16:12
- “Vəzifəsinin öhdəsindən gələ bilməyib...
24 aprel 15:58
- Əlyazmalar institunda konfrans keçirilib
24 aprel 15:34
- Vahid Əhmədov ürəyindən əməliyyat olunub
24 aprel 14:21
- " Yeganə və Yafəs" dastanı
24 aprel 14:11
- Prezident Xarici Kəşfiyyat Xidmətinin direktoru ilə görüşüb
24 aprel 14:01
- Miqrasiya Xidmətinə yeni rəis təyin olundu
24 aprel 09:52
- Dövlət Gömrük Komitəsinin yeni sədri
24 aprel 09:45
- Yeni diaspora nazirimiz
24 aprel 09:35