Alışanov yola salınır...
Günün sitatı25 mart 2018 14:06
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovun prezident seçkisindən sonra AzTV-dən uzaqlaşıdırılacağı gözlənilir.
Arqument.Az-a verilən məlumata görə, buna səbəb son vaxtlar Alışanovun adının bir çox xoşagəlməz qalmaqallarda hallanması olub.
Bunlardan biri də son günlər AzTV rəhbərinə sui-qəsdlə bağı məhkəmə prosesidir.
Belə ki, 7-14 mart tarixlərində keçirilən məhkəmə proseslərində səslənən iddialar isə AzTV rəhbərini çıxılmaz vəziyyətdə qoyub.
"Qafqazinfo”nun həmin məhkəmədən yaydığı stenoqramda AzTV sədrinə sui-qəsddə təqsirləndirilən Şücayət Əkbərovun fikirləri ciddi rezonas doğurub.
Həmin məhkəmədə Ş.Əkbərov deyir: "Arif Alışanov keçmiş kürəkəni Fəridlə gəlib torpaq alırdı, mən də makler kimi haqqımı alırdım. 2011-ci ildə Arif müəllim zəng edib dedi ki, Fəridin adına olan torpaqları öz arvadı Mehriban xanımın adına keçir. Fərid polisin nəzarəti altında gətirildi, onda bildim ki, Alışanovun qızından boşanır. Alışanov istəmirdi ki, torpağı onun aldığı bilinsin. Çünki çox vaxt maşından da düşmürdü, alqı-satqıda da iştirak etmirdi. Torpaqları da başqa şəxslərin adına alırdı".
"2011-ci ildə artıq Alışanovun Şamaxıda 120 hektar yeri var idi. Keçmiş nazir Fərhad Əliyev də Karlar kəndində torpaq almışdı. Mən təkcə Arif Alışanovla işləməmişəm. Arif Alişanov Eldar Mahmudovun 1 nömrəli adamı olub, yaxın dost idi. Sonra MTN işi vaxtı o kimlərinsə vasitəsilə sıvışıb çıxdı”, - təqsirləndirilən şəxs deyib.
S. Əkbərov bildirib ki, Arif Alışanov torpaq almağa gəzdiyi qara bir qızla gəlirmiş. O hətta AzTV sədrini 2016-cı ildə həmin qızı öldürməkdə ittiham edib.
S. Əkbərov deyib ki, o heç vaxt Arif Alışanovu öldürmək istəməyib: "Niyə öldürüm ki? Adımda torpağı yoxdur, filan. Onun bütün torpaqları sürücüsü Hacının adınadır. Bütün bu işləri də o mənim başıma açıb. Mənim bildiyim qədər Arifin 70 milyon əmlakı var. Tutulan nazirlər kimi bir gün onun da əmlakları üzə çıxacaq. Onda siz də hər şeyi biləcəksiniz. Onu öldürmək istəyənlər elə adına əmlak aldığı şəxslərdir.
"Space"in yanındakı notariusda Hacının adından Arifə 50-yə yaxın etibarnamə verilib. Deyirdi ki, birdən Hacı ölər, qoy problem olmasın. Arif heç qardaşının, arvadının adına torpaq almırdı. Mənim və ailə üzvlərimin adına heç nə almayıb. Mənim üçün yaxşıdır ki, torpaq alırdı, mən də qazanırdım. Onu öldürməklə nə qazanacaqdım? Mən icra başçısı Alı Qocayev üçün də torpaqlar alırdım. Təkcə Arif üçün işləmirdim ki...”
O həmçinin bildirib ki, A. Alışanovun Xızıdakı evinin həyəti 3 hektardır.
Bundan başqa, Alışanovun bir çox dövlət qurumlarına təsir etdiyi bildirilir.
Azadlıq.org-un yaydığı məlumata görə, Əkbərov və vəkillərinin daha bir vəsatəti Alışanovun aylıq əməkhaqqısı haqda arayış alınması, onun torpaq sahələri almaq üçün verdiyi milyonların mənbəyinin araşdırılması haqda olub. Digər təqsirləndirilən Qoçalı Cəbiyevin vəkili də həmkarlarının vəsatətini müdafiə edib. Deyib ki, mütləq bu milyonların mənbəyi araşdırılmalıdır.
"Arif Alışanov dövlət məmurudur. Torpaq sahələrinin alınması üçün pulları da onun verdiyini heç özü də təkzib etmir, əksinə, təsdiqləyir. Təkcə torpaqlar üçün bu adam 5 -6 milyon pul verir. O pulları hardan alır? AzTV ona ayda 200 min manat maaş verir?”, – vəkil bildirib.
Alışanovun nümayəndəsi Zaur Abbasov vəsatətə etiraz edib. AzTV rəhbərinin vəkilləri deyib ki, Alışanov dövlət məmuru deyil, Qapalı Səhmdar Cəmiyyətin sədridir, ona görə də məmur sayılmır: "Biz burada konkret sui-qəsd cinayətini araşdırırıq. Zərərçəkənin torpağı hansı pulla alınmasının bu cinayət işinə aidiyyəti yoxdur”.
Qarşı tərəfin müdafiəçiləri Alışanovun nümayəndəsinə etiraz ediblər. Deyiblər ki, AzTV dövlət büdcəsindən maliyyələşir, ona görə də rəhbəri dövlət məmuru sayılır. Dövlət məmuru da qazandığı pulların, əmlaklarının hesabatını verməlidir. Məhkəmə bu vəsatəti də təmin etməyib.
Məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev isə Alışanovla bağlı vəsatətlərə belə münasibət bildirib: "Bəlkə, pullar ona babasından qalıb...”
Məlumatda deyilir ki, baş verən bu olaylar hakimiyyətin yuxarı dairələrində ciddi müzakirəyə səbəb olub və seçkidən sonra AzTv rəhbərinin karyerasına son qoyulacaq. Onun əmlakının yoxlanılması və cinayət məsuliyyətinin açılması da istisna edilmir...
Xatırladaq ki, Alışanov son illər ikinci belə bir olayla yadda qalır. Belə ki, bir müddət öncə də telejurnalist Qulu Məhərrəmlini onun barəsində səsləndirdiyi tənqidi fikrə görə məhkəməyə vermişdi. Özünü Tv rəhbəri, media nümayəndəsi kimi deyil, məmur kimi aparan AzTV rəhbəri məhz "diffamasiya" ilə gündəmə gəlmişdi, lakin hansısa xəyalı və arzusu gerçəkləşməmişdi...
Məsud Turan
Oxşar xəbərlər
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Səfərə çıxanlar oruc tuta bilərmi? - Şeyxin müavinindən AÇIQLAMA
22 mart 2024 15:48
- TƏCİLİ: Hazırlıq başladı – Tavuş boşaldılır
22 mart 2024 13:07
- Bakıda 30 hektarlıq yeni park salınır (FOTO)
15 mart 2024 14:25
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Sağlığında qiymət verin insanlara - deyən şairin AİLƏ DRAMI
12 mart 2024 13:00
- Sumqayıtın icra başçısı Zakir Fərəcovun milyonlarını mənimsədiyi naəlac iş adamlarından, Prezidentə ŞOK MÜRACİƏT
12 mart 2024 10:56
- Baş nazirin pensiyaçı müavinləri - Onlar GEDİR
11 mart 2024 18:56
- Cənab Prezident! Köməyinizə ehtiyacımız var, Zakir Fərəcov bizi işlədib pulumuzu vermir..
11 mart 2024 16:41
- Azərbaycanda Ramazan ayı başlayıb
11 mart 2024 00:42
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya