İsmayıl Vəliyev sahibkarın torpağını əlindən alıb öz adamına verdi – MƏHKƏMƏ ÇƏKİŞMƏSİ
Son illər Azərbaycanda sahibkarlara qarşı xüsusi diqqət və qayğının göstərilməsi bir başa prezident İlham Əliyevin nəzarətindədir. İstər yerli sahibkarların, istərsə də xarici investorların ölkəmizdə sərbəst və maneəsiz fəaliyyətinin tənzimlənməsi üçün hökümət səviyyəsində ciddi layihələr həyata keçirilir, külli miqdarda vəsait ayrılır, investorlar cəlb edilir. Bir sözlə, Azərbaycanda qeyr-neft sektorunun inkişafı konkret hökümətin diqqət mərkəzindədir.
Amma deyir sən saydığını say, gör kiçik ranqlı məmurlar, icra başçıları nə sayır. Ən maraqlısı odur ki, məmurların bu əməlləri yuxarı instansiyaları belə narahat etmir. Kimsə şikayətləri araşdırmır, günahkarlar cəzalandırılmır. Qəribə tendensiyadır, şikayət var, araşdıran yox. Qanunpozuntusu var, cəza yox...
Redaksiyamıza daxil olan müraciətlərdən bir daha aydın olur ki, yerlərdəki məmurlar, əsasən də icra başçıları sahibkarlara konkret problem yaradır, onların fəaliyyətini tamamilə əngəlləyir. Sahibkar əlində olan-olmazını da atıb ölkədən qaçmağı düşünür. Əcəba, ölkə rəhbərliyi səviyyəsində sahibkarlara verilən dəstəyin qarşılığında icra başçılarının bunun əksini etməsini necə başa düşək və bunu kimin adına yazaq? Məmurlar sahibkarlara niyə divan tutur? Niyə inkişaf istəmirlər? Sahibkarlara qarşı bu münasibətin arxasında nə dayanır?
Ölkənin qeyri-neft sektorunun inkişafını gücləndirmək fonunda sahibkarları müflis etmək hansı kitabda yazılıb? Təsəvvür edin ki, vəziyyət o həddə çatır ki, sahibkar icra başçısını məhkəməyə verir. Üstəlik, məhkəmə sahibkarın haqlı olduğunu əsaslandırsa belə, qərar icra olunmur. Yəni, rayon icra şöbəsi icra başçısından qorxaraq dövlət adından çıxarılan qərarı icra etmir. Hansı ki, hər ikisi ölkənin inkişafı naminə çalışır. İcra başçısına ölkə rəhbərliyi tərəfindən etimad göstərilir ki, işləsin, dövlətinə xeyir verən sahibkarlara, insanlara dəstək olsun. Sahibkarları incitmək, onların fəaliyyətini əngəlləmək, ölkə iqtisadiyyatına düşmən kəsilmək deməkdir.
Bu barədə aşağıda daha ətraflı məlumat verəcəyik.
NUH.az-a müraciət edən "Xəyal - HR" MMC-nin sahibi Rafil Həsənov adlı sahibkar bildirir ki, Neftçala rayon İcra başçısı İsmayıl Vəliyev onu intihar həddinə çatdırıb. İcra başçısı sahibkara elə bir ziyan vurub ki, sözlə deyiləsi deyil.
Belə ki, "Xəyal - HR" MMC-yə 2013-cü ildə elə icra başçısı İsmayıl Vəliyevin imzalı sərəncamı ilə Neftçaladakı 12 saylı qış otlaq sahəsindən 15 il müddətində heyvandarlığın inkişafı üçün 500 ha torpaq sahəsi icarəyə verilib. Eyni zamanda tərəflər arasında torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə imzalanıb. Müqavilə bağlanan gündən torpaqdan təyinatı üzrə istifadə edilib, torpaq qanunvericiliyi və müqavilə şərtlərini pozmayıb.
Amma bu çox çəkməyib və günün birində İsmayıl Vəliyevin "qoçu"ları (başda Mustafa Əliyev olmaqla) əraziyə gələrək Rafil Həsənova bildiriblər ki, onun ərazi ilə əlaqədar heç bir hüququ yoxdur və buraya pambıq əkiləcək. Odur ki, ərazi boşalmalıdır. Bir neçə gün sonra isə İ.Vəliyevin tapşırığı ilə ərazi sulanıb və sahibkarın istifadəsində olan torpaq tamamilə yararsız hala salınıb.
İşin ən qəribə tərəfi budur ki, İsmayıl Vəliyevin adamları sahibkara heç bir rəsmi sənəd təqdim etməyiblər və bu tapşırığın icra başçısı tərəfindən verildiyini deyiblər. Prezident İlham Əliyevə və aidiyyatı qurumlara çoxsaylı müraciətlərdən sonra icra hakimiyyətindən verilən "rəsmi" cavab isə belə olub - "Sərəncamla icarə müqaviləsinə xitam verilib".
Çox keçmədən icra başçısının göstərişi ilə ərazidə olan tikililər darmadağın edilib, sahibkara aid olan əmlak yararsız hala salınıb, 17 ailə isə işsiz, çörəksiz qalıb.
Əcəba, icra başçısı 15 illik müqaviləsini heç bir əsas gətirmədən və sahibkara heç bir xəbərdaqlıq etmədən bir imza ilə gözünü qırpmadan pozur. Əgər poza bilirsə, o zaman bu ölkədəki qanunlar nəyə lazımdır? Dövlət məmuru qanunları tapdalayırsa, adi vətəndaş kimdən ibrət götürəcək?
Daha sonra isə davalı torpaq sahasi İsmayil Vəliyevin növbəti və kökü olmayan sərəncamı ilə öz yaxın adamına icarəyə verilib. Bu sahə pambıq əkini adı altında ayrılsa da, əslində orda İsmayıl Vəliyev üçün arpa, buğda və qarğıdalı (bu barədə geniş araşdırma aparırıq) əkilir.
Pambıq demişkən, Neftçala rayonu bu il pambıq tədarükündə sonuncu oldu. Preziden İlham Əliyev Bərdə şəhərində keçirdiyi sonuncu müşavirəsində Neftçala rayonundakı pambıq istehsalını arxadan birinci olduğunu xüsusi qeyd etdi. Milyon manat pambıqçılığın inkişafı üçün vəsait ayrılan Neftçala rayonu nədən sonuncu olmalı idi? Sovetlər dövründə pambıq tədarükündə öz payı olan Neftçalada nə baş verdi, İsmayıl Vəliyev? Neftçala niyə bu günə düşdü?
Əslində bu sualın cavabı elə bu yazıdadır. Sualın cavabı odur ki, İsmayıl Vəliyev Neftçalada pambıqçılıq üçün yararlı torpaqları öz yaxın adamlarına verərək arpa, buğda qarğıdalı əkdirir. Pambığı isə "pripiska"? Unutmayaq ki, Azərbaycan daha müstəqil ölkədir, SSSR-nin tərkibindı olan qapazlı ölkə deyil. İndi ölkəmizin inkişafı üçün hər kəs çalışmalı, bütün diqqəti Azərbaycanın daha güclü dövlət olmasına yönəltməliyik.
Sahibkar daha sonra müraciətində qeyd edir ki, İsmayıl Vəliyevin bu qanunsuz əməlindən məhkəməyə müraciət edib. Bütün məhkəmə instansiyalarında sahbkarın xeyrinə qərar çıxarılıb və torpağın sahibkar Rafil Həsənova verilməsinin təmin olunması Neftçala icra şöbəsinə həvalə olunub. Yəni, icra başçısının addımı qanunsuz hesab olunub.
Amma di gəl ki, necə deyərlər o yekəlikdə Ədliyyə Nazirliyinin Neftçala şəhər icra şöbəsinin məmurları qərarı icra edə bilmir. Nə var ki, icraçılar icra başçısı İsmayıl Vəliyevdən çəkinir, qərarı icra etməyə qorxurlar.
Ortada isə yekə bir fakt dayanır. 15 illik rəsmi müqavilə ilə 500 ha torpaq sahəsini sahibkardan qanunsuz olaraq alan, yüzlərlə mal-qaranı tələf edən, 17 ailəni işsiz qoyan və daha nələr etməyən icra başçısı İsmayıl Vəliyev hələ də öz işində və narahat deyil.
Sonda sahibkar Rafil Həsənov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdən xahiş edir ki, icra başçısının özbaşınağını dayandırmasında ona kömək etsin.
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 2024 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04