“Abbas Abbasov tutulub Azərbaycana gətirilməlidir”

“2013-cü ilin prezident seçkiləri ərəfəsində də Abbas Abbasov hoqqabazlıq edərək, ”Milyarderlər ittifaqı" deyilən bir qurum yaratdı, müəyyən insanları ora cəlb etdi. Rüstəm İbrahimbəyovu də tovlayaraq, bu prosesə cəlb etmişdi. Amma Abbas Abbasov fiaskoya uğradı. Bu başqa cür də ola bilməzdi”.
Bunu Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında deyib. O, bildirib ki, Abbas Abbasov bunlardan nəticə çıxarmayıb: “Mənə elə gəlir ki, Azərbaycan dövləti o, vəzifədən uzaqlaşdırıldığı vaxt konkret addımlarını atmalı idi. Onun əməllərinə hüquqi qiymət verilməli idi ki, ikinci belə bir biabırçı hadisə baş verməyəydi. Abbas Abbasov bu əməllərlə məşğul olursa, onun haqqında deyilənlər öz təsdiqini taparsa, o, hökmən Azərbaycana gətirilməli, onun haqqında ölkənin qanunları çərçivəsində tədbirlər həyata keçirilməlidir. Onun tərəfdarıyam ki, Azərbaycan dövlətinə, onun zəifləməsinə, ölkədə qarşıdurmanın yaranmasına, sabitliyin pozulmasına kim xidmət edirsə, ona qarşı çox sərt tədbirlər həyata keçirilməlidir. Onlara hər hansı bir güzəşt ola bilməz".
F.Ağamalı sabiq məmurun barəsindəki iddialarla bağlı susqunluğuna da toxundu: “Yadınıza gəlirsə, bundan öncə bu və ya buna bənzər digər ittihamlar Abbas Abbasovun ünvanına səsləndiriləndə o, bunları təkzib edir, özünün dövlətə sədaqətini ifadə edirdi. Lakin altdan-altdan öz işlərini də görürdü. Hər halda, indi onun reaksiya verib-verməməsindən asılı olmayaraq, onunla bağlı faktlar dəqiq və ciddi şəkildə araşdırılmalıdır. Hüquqi müstəvidə bu məsələlər çözülməlidir. Onun etdiyi hər bir əməlin cavabı verilməlidir. Tamamilə əminəm ki, Vidadilərin, Orduxanların və onlar kimi tərbiyəsiz insanların arxasında kimlərsə dayanıbdır. Onlar maliyyələşdirilir, ayrı-ayrı faktlarla ”silahlandırılır". Bu böyük bir şəbəkədir, bu şəbəkənin dibinə qədər gedib, onu son nöqtəsinə qədər üzə çıxarıb, sərt mövqe ortaya qoyulmalıdır. Bu cür yaramazların qarşısı alınmasa, düşünürəm ki, bizə heç bir hörmət gətirməyəcək. Azərbaycan prezidenti və onun ailəsi ölkənin konstitusiyası və qanunları ilə birmənalı şəkildə müdafiə olunur, onlara qarşı təhqirlər, təhdidlər Azərbaycanda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyəti yaradır. Bununla bağlı bizlər Cinayət Məcəlləsinə dəyişikliklər də etmişik. Bu hüquqlardan tam şəkildə istifadə edilməlidir. Söyüş söyənlər və onların arxasında duranların hamısı qanunlar qarşısında cavab verməlidirlər".
Deputat A.Abbasovun ölkəyə gətirilməsinin tam mümkün olmasından da söz açıb: “Abbas Abbasov Azərbaycan qanunlarını pozursa, bu cür təxribatlarla məşğul olursa, Rusiya da özünə hörmət edən hüquqi dövlətdirsə, onu Azərbaycana təhvil verməlidir. Bunun başqa bir alternativini görmürəm. Bugünkü Rusiya üçün Abbas Abbasov o qədər də ciddi fiqur deyil. Onun Azərbaycana gətirilməsində hər hansı bir problem görmürəm”.
- BSU-da tələbə və magistrantların respublika konfransı keçirilib
26 aprel 2018 19:30
- Cümhuriyyəti devirənlərin aqibəti
26 aprel 2018 19:00
- Gürcüstanda kəndliyə 6-7, bizdə 26 faizlə kredit təklif olunur
26 aprel 2018 17:49
- “Digərləri də Azərbaycana gətiriləcək”
23 aprel 2018 13:11
- “Quska” Azərbaycana belə gətirildi - Video
23 aprel 2018 13:03
- Hüseyn Abdullayev saxlanılaraq Azərbaycana gətirildi - Özəl
22 aprel 2018 22:51
- Qohumluq əlaqələri işə yaramadı: “Əmlak kralı”nın taleyi necə olacaq?
22 aprel 2018 14:02
- Bakı Zooloji Parkının direktoru: “Hər ay şir 400, piton ilanı 20 manatlıq yem yeyir”
20 aprel 2018 19:46
- Əliyev ilk rəsmi səfərini bu ölkəyə edəcək - Tarix açıqlandı
20 aprel 2018 00:32
- Generalın oğlu məhkəmə qarşısında
19 aprel 2018 18:11
- Uşaqlarda suçiçəyi: diaqnoz və müalicə
27 aprel 01:24
- ABŞ-ın yeni dövlət katibi məlum oldu
27 aprel 01:16
- Bakıda şirkətə silahlı basqın, mühasib bıçaqlandı - Video
27 aprel 01:01
- Yeni nazir müəssisələri yoxlamağa başladı - Fotolar
27 aprel 00:42
- Prezident Tereza Meylə görüşdü - Fotolar
27 aprel 00:24
- BSU-da tələbə və magistrantların respublika konfransı keçirilib
26 aprel 19:30
- “Azərbaycan şahmatçılarına qarşı oynaya bilmirəm”
26 aprel 19:10
- Cümhuriyyəti devirənlərin aqibəti
26 aprel 19:00
- Gürcüstanda kəndliyə 6-7, bizdə 26 faizlə kredit təklif olunur
26 aprel 17:49
- Nazirlər Kabinetinin üzvlərinin sayı (SİYAHI)
26 aprel 17:22
- Leyla Şıxlinskaya ayda itinə 500 manat xərcləyir
26 aprel 17:08
- Ermənistanda daha 3 nazir istefa verdi
26 aprel 16:21
- İlham Əliyev Londonda
26 aprel 15:00
- Səlim Müslümov həbs olunub ?
26 aprel 14:30
- “Almaniya Azərbaycanı dəstəkləməyə hazırdır” - Merkeldən Əliyevə
26 aprel 13:52
- Kəmalə Ağazadə rüşvətdə və dələduzluqda ittiham edilir
26 aprel 12:11
- Putindən Ramiz Mehdiyevə yüksək mükafat
26 aprel 12:04
- “Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu”
26 aprel 09:47
- Səlim Müslimovun adamları təmizlənir: İlk qurbanlardan biri Fuad Əlizadə olacaq
25 aprel 23:58
- AXC-nin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
25 aprel 23:35
- Paşinyan Ermənistanda baş nazir postuna namizəd oldu
25 aprel 23:14
- Yeni nazirdən bir gündə 5 təyinat
25 aprel 17:55
- Əliyev Ərdoğanın iqamətgahında belə qarşılandı - Fotolar
25 aprel 15:17
- Nazir müavini İlham Quliyev vəzifəsindən azad edildi
25 aprel 14:49
- Nazim İbrahimovun müavininə də kəskin ittiham: "Ramin Məmmədovla bağlı araşdırma aparılmalıdır!"
25 aprel 14:26
- Kənd Təsərrüfatı Nazirliyinə yeni sözçü təyin olundu
25 aprel 13:48
- Azərbaycanda iri qızıl filizi yatağının işlənməsi üzrə planlar açıqlandı
25 aprel 13:20
- İşdən çıxarılan generalın milyonluq mülkləri
25 aprel 13:05
- İlham Əliyev Atatürkün məzarını ziyarət edib
25 aprel 12:51
- Məktəbdə zorlama hadisəsi AKSİYAYA SƏBƏB OLDU
25 aprel 12:39