“Mən səbirliyəm, siz söyməyinizdə olun” - Deputatdan cavab
“Toplantımıza qatılan insanları və onların ailələrini niyə təhqir edirsiniz? Onların baxışları sizin “baxışlarla” üst-üstə düşmürsə, toplantıya gələn soydaşlarımız müxalifəti yox, iqtidarın siyasətini dəstəkləyirsə, təhqir olunmalıdırlar? Bəs harda qaldı sizin guya uğrunda savaşdığınız “demokratiya”və “fikir azadlığı”? Niyə hamı sizin kimi düşünməlidir? Avropadakı soydaşlarım sizin kimi düşünmədikdə kim sizə ixtiyar verib ki, soydaşlarımıza, o cümlədən toplantıya qatılan Anadolu türklərinə radikal kürd damğası vurasınız? Ora toplaşanların hər biri erməni və kürd separatçılarına qarşı savaşmağa hər an hazır olan millətçi insanlardır”
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Adil Əliyev Almaniyanın Köln şəhərində keçirdiyi toplantını Avropada yaşayan bir qrup şəxsin təhqir etməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, söyüşcül qrupun iki məlum lideri və ya həmsədri deyir ki, guya onları toplantı salonuna buraxmayıblar: “Kökündən yalandır. Mən zalda çıxış edərkən xəbər gəldi ki, çöldə 10-15 nəfər qışqırıb-bağırırlar, nümayəndələrimi göndərdim ki, onları içəri dəvət etsinlər. Söyüş qrupunun liderləri nümayəndəmin təklifinə belə cavab verib ki, prezidenti təhqir edən şəkillərlə içəri daxil olacaqlar. Demək, onların məqsədi toplantıda iştirak etmək yox, təxribat yaratmaq olub. Hansı ağlı başında olan insan təxribatçılara toplantını pozmağa imkan verər? Özləri də bilməmiş deyildilər ki, toplantıya gələnlərin inandığı siyasətə və prezidentə qarşı təhqirlərə kəskin reaksiya verəcəkdilər. Həm də onlar toplantıya gəlməyi qarşılarına məqsəd qoysaydılar, vaxtında gələrdilər. Toplantı saat 3-də başlayıb, bunlar isə yarım saat sonra gəliblər. Özü də bir neçə gün əvvəldən Köln polisinə müraciət ediblər ki, bəs toplantı salonu qarşısında etiraz edəcəklər. Yəni, söyüş qrupu əvvəlcədən toplantıya qatılmağı yox, toplantıya etiraz etməyi qarşısına məqsəd qoyub. Bir sözlə, məqsədləri söz demək yox, kənarda dayanıb qışqırmaq, bağırmaq və bunu görüntü halında internetdə yaymaq olub.
İkincisi, mənim çıxışımdakı fikri yanlış istiqamətə yönləndirməyə çalışırlar. Mən Cümhuriyyətin 100 illiyini nəzərə alaraq “xoş günümüz” ifadəsini işlətmişəm. Məgər Cümhuriyyətimizin 100 illiyi xoş günümüz deyilmi? Xoş günümüz dedikdən sonra mart soyqırımına toxunmuşam. Və ya yalandan yazırlar ki, guya Cümhuriyyət haqqında danışarkən Cümhuriyyət qurucularının adını çəkməmişəm. Yenə yalan, yenə iftira! Bir də mənim çıxışıma baxın, görüntülər yerindədir! Çıxışımda Məmmədəmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin və Əlimərdan bəy Topçubaşovun adını xüsusi olaraq çəkmişəm və onların Cümhuriyyətin qurulmasındakı rollarını xüsusi olaraq vurğulamışam.
Üçüncüsü, guya tədbirə özümlə Bakıdan idmançıları aparmışam. Mənimlə Bakıdan Kölnə Kikboksinq Federasiyasının cəmi iki üzvü gedib. Zaldakı gənclər Almaniyada yaşayan gənclərdir, içərilərində yerli idman klublarının üzvləri də var. Burda nə var ki, idmançıyam və vətənimdə Kikboksinq Federasiyasının rəhbəriyəm. Dünyanın müxtəlif ölkələrində idmançı dostlarım var və hər zaman mənim tədbirlərimə qatılırlar. Bu söyüş qrupunun dövlətə xəyanəti burda da özünü göstərir. Toplantıya qatılan Almaniya vətəndaşı olan gənclərin bir hissəsi soydaşlarımız, bir hissəsi isə Anadolu Türkləri idi. Deməli, bu söyüş qrupu Azərbaycan-Türkiyə birliyinə də nifrət edir. İndi Siz deyin, bunlar kimin dəyirmanına su tökürlər?
Dördüncüsü, maliyyə məsələsinə bir daha qayıtmaq məcburiyyətindəyəm. Dünənki statusumda yalanlarını ifşa etsəm də, yenə eyni iftiranı yazırlar. Guya toplantı üçün otel salonunun icarəsinə 80 min avro xərclənib və bu, Azərbaycanın dövlət büdcəsinə aiddir. Əvvəla, Kölndəki toplantının təşəbbüsü mənə və bu şəhərdəki Azərbaycan və Türkiyə Kültür dərnəklərinə aiddir, bu toplantının dövlət rəsmiləri ilə əlaqəsi yoxdur, olsaydı toplantımızda səfirliyimizin diplomatları və ya Diaspora Komitəsinin nümayəndələri iştirak edərdilər. Maliyyəyə gəldikdə, Bakıdan 3 nəfərlə təyyarənin ekonom klas hissəsinə bilet almışıq, Kölndəki cüzi xərcləri isə kültür dərnəkləri öz üzərlərinə götürüblər. Toplantının keçirildiyi otelin zalına gəldikdə isə 3 saat üçün 1400 avro pul ödənib. Görəsən, bu yalançılar 80 min avro rəqəmini hardan götürüblər? Yeri gəlmişkən, puldan çox danışırlar, ancaq özləri gah Kölndə, gah Parisdə, gah Amsterdamda peyda olurlar.
Yaşadığınız ölkədə elmlə və yaradıcı işlə məşğul olmursunuz ki, böyük məvacibiniz olsun, bəs onda hansı pulla Avropanı gəzirsiniz? Bütün günü Avropanın müxtəlif şəhərlərinin paytaxtlarında bağırmağınıza nə qədər xərcləyirsiniz, yol pulu, otel pulu, yemək pulunu hardan alırsınız, olmaya özünüzə varlı sponsor tapmısınız?
Əziz həmvətənlilər, söyüş söyən tör-töküntülərə cavab verməyə də bilərdim. Ancaq bu qrupun məqsədi tək söyüş söymək deyil, başqalarını yalanlarına inandırmaqdır. Məni tanıyanlar necə insan olduğumu bilir, fərqli fikrə hörmətlə yanaşıram. Hamı eyni cür düşünə bilməz, bu normaldır. Ancaq məni və ailəmi, o cümlədən dostlarımı söyənlərə də demək istəyirəm ki, mənə “ünvanladığınız” sözlərin 5 qatını sizə arzu edirəm! Bir də sizin söyüşləriniz məni yolumdan döndərməyəcək. Avropa sizin deyil ki, ora gəlib sözümü deməyim, bu vaxta qədər soydaşlarımı və Anadolu türklərini bir yerə yığıb dərdləşmişik, yenə də gələcəm. Mən mübariz insanam! Söyüş söyənlərə sosial şəbəkələr üzərindən ilk cavab verənlərdən biri mən olmuşam. Uzun müddət onlarla polemika aparmağa çalışdım, söyüşlərinə söyüşlə cavab vermədim, izah etməyə çalışdım. Başqaları susdu, mən isə danışdım, üzərimə hücuma keçdilər. İndi də həm onlar, həm onların Azərbaycandakı dəstəkçilərinin bir hissəsi mənə qarşı tərbiyəsiz ifadələr işlədirlər. Mən səbirliyəm, siz qışqırmağınızda, söyüş söyməyinizdə olun. Onsuz da bu gedişlə elə olduğunuz yerdə qalacaqsınız, biz isə dövlətimizə və millətimizə xidmətimizi davam etdirəcəyik!”.
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - Rəsmi açıqlama
11 aprel 2024 20:25
- Milli Məclisdə boşalan deputat yerləri 10-a ÇATDI
8 aprel 2024 14:00
- Bu ölkə vətəndaşları Bakı metrosunun deposuna gizlincə girib ziyan vurdular
31 mart 2024 12:09
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20