“Mən Həciyəm, ibadət edirəm, amma arada badə də qaldırıb sağlıq deyirəm

“Spirtli içki, ümumiyyətlə, içmirəm. Amma doğrudur, içki məclislərində iştirak edirəm, içki stolunda da əyləşirəm. Yoldaşlar içir, sağlıqlar deyirlər. Mən özüm isə, düzdür, içmirəm, amma badəni qaldırıram. Deyilən sağlıqlara şərik oluram. Badəni qaldırmaq o demək deyil ki, içki içirsən. Bu, bir mikrofondur, qaldırırıb sağlığını və sözünü deyirsən. İçki içmək isə məcburi deyil. Mən ibadətimi qəlbən, daxilən edirəm. Reklam üçün etmirəm. Bu ibadətimi mən öz daxil aləmimdə edirəm. Allahla öz aramızda. Reklam və şou yaratmaq naminə ibadət etmirəm”.
Bunu İnterpress.az-a açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib. Ə.Abıyev bildirib ki, Həcc ziyarətində olub. Amma kiminsə ona “Həci” deyə, müraciət etməsini xoşlamır: “Mənə “Əhəd müəllim” və yaxud da ki, “yoldaş başçı” deyə, müraciət etsə, kifayətdir. “Həci” sözü mənim xoşuma gəlmir. Həcc ziyarətinin öz tarixi keçmişi vardır. Nə vaxtdan yarandığı haqda da məlumatlar. Bu, təkcə, azərbaycanlılar üçün nəzərdə tutulmayıb. Həcc ziyarəti dünya müsəlmanları üçün bağlıdır. Kimin ki, ürəyində niyyəti, arzusu var, gedir ziyarət edir. Heç kim Həcc ziyarətinə məcbur da göndərilmir. Heç buna görə, kiməsə təkid də eləmirlər. Hərə öz arzu-istəyi ilə ora yollanır. O cümlədən də, ziyarətə getməklə bağlı heç bir qəbahət də görmürəm. Kəbə Allahın evi sayılır da, ən müqəddəs yerdir. Kəbədə olmaqla, o daşı öpməklə keçmişi xatırlayıb dədə-baba adət-ənənəmizi yaşatmaqda mən bir qəbahətli bir iş görmürəm. Mən özüm də həcc ziyarətində olmuşam. Özüm də hacıyam”.
Ə.Abıyev Həcc ziyarətinə gedib gəldikdən sonra özündə baş verən müsbət dəyişikliklərdən də danışıb: “Həccə gedib gəlmək həkim müalicəsi deyil ki, orda sağalasan gələsən. Sadəcə olaraq, Allahın xofu gəldikdən sonra daha da artır. Mən deyərdim ki, bunun çox böyük təsiri də var. Həccə gedib gələndən sonra görürsən ki, müəyyən adamlar əvvəli içki içən olsa da, daha içmir. Həcc ziyarəti adama həyatı başa salır. Eyni zamanda, qəlbində sevgi, məhəbbət, istək artır. Necə ki, müqəddəs torpağı ziyarət edib gəlkirsən, bu proses artıq səndə yüngüllük əmələ gətirir. Çünki, düşünürsən ki, mən o torpaqda oldum və özünü yüngül hiss edirsən. Bu, mənəvi borcdur. İstər icra başçısı ol, istər, nazir ol, istərsə də adı sıravi vətəndaş ol, yenə də, bu mənəvi borcu qaytarmalısan”.
İcra başçısı təkrar-təkrar Həcc ziyarətinə gedən zəvvarlara da səslənib. O, dəfələrlər Kəbə evini ziyarət etmək əvəzində daha xeyirli işlər görməyi məsləhət edib: “Mən təkrar-təkrar Həccə gedənlərin əleyhinəyəm. 15 dəfə həccə getməyin nə mənası var? Bunun əvəzində valideynlərinin, qohum-qonşularının müəyyən ehtiyyaclarını ödəsə, yaşadığı ərazidə kasıb-kusublara əl tutsa, daha yaxşı olar. Bir dəfə ziyarət etdinsə, kifayət edir”.
Ə.Abıyev özünün təkrar həcc ziyarətinə getməsi ilə bağlı sualımıza cavab olaraq bildirib ki, əgər, elə bir maddi imkanı olsa, Həcc ziyarətinə getməz. O, öz hesabına kimisə Həcc ziyarətinə göndərməyi də məqsədəuyğun hesab etməyib: “Əgər, mənim böyük bir imkanım olsa, təkrar Həccə getmərəm. Onun əvəzində həmin vəsaiti körpələr evinə sərf edərəm. Və yaxud da, xəstə adamlara, imkansız ailələrə xərcləyərəm. Yəni, rəva bilmərəm ki, heç kimisə də Həccə göndərim ki, bu qədər yolu qət edib getsin. Çünki, müsəlmanlar dövlətlərində tez-tez terror aktları törədilir. Kimisə göndərəndə, qorxu içində yaşayaram ki, filankəsi göndərdim həccə, amma başına birdən nəsə hadisə gələ bilər. Buna görə də, hesab edirəm ki, həmin vəsaitə elə ölkədə xeyirxah bir əməllər həyata keçirməklə, əməli saleh bir işlə məşğul olsalar daha yaxşı olar”.
“Bəziləri “həci-məci”ni, “məşədi” və “kərbəlayi”ni özlərinə status və şərəf bilirlər. Gərək, əməlində şərəfli olasan. Hərəkətinlə, danışığınla, sözlərinlə bunu ifadəe tməyi bacarasan, gərək. Yəni, söz ilə əməl üst-üstə düşməlidir. Əgər, gündüz xeyirxahlıq edib axşamlar başqa işlərlə məşğul olacaqsansa, bu, yolverilməzdir. Yoxsa, dələduz olmaq və şorgöz olmaq yolverilməzdir” – deyə, icra başçısı Əhəd Abıyev qeyd edib.
- Nazim İbrahimovun müavininə də kəskin ittiham: "Ramin Məmmədovla bağlı araşdırma aparılmalıdır!"
25 aprel 2018 14:26
- “Ramiz Mehdiyev bizim ağsaqqalımızdır” - Nazim İbrahimov
25 aprel 2018 12:16
- Yeni nazir bəstəkarın oğludur
24 aprel 2018 16:32
- Xətai rayonunda yarım əsr yaşı olan ağacları kəsib, yerində obyekt tikirlər (VİDEO)
24 aprel 2018 16:12
- “Vəzifəsinin öhdəsindən gələ bilməyib...
24 aprel 2018 15:59
- " Yeganə və Yafəs" dastanı
24 aprel 2018 14:11
- Serj Sarkisyan istefa verdi - “Səhv etdim...”
23 aprel 2018 16:51
- Yaponiyada inanılmaz kəşf - 500 milyard qiyməti var
22 aprel 2018 22:44
- Bakı Şəhər İcra Hakimiyyətində qadın rəhbər
22 aprel 2018 13:58
- Əlləriniz titrəyir? – Səbəbləri və müalicəsi
21 aprel 2018 23:21
- Yeni nazirdən bir gündə 5 təyinat
25 aprel 17:55
- Əliyev Ərdoğanın iqamətgahında belə qarşılandı - Fotolar
25 aprel 15:17
- Nazir müavini İlham Quliyev vəzifəsindən azad edildi
25 aprel 14:49
- Nazim İbrahimovun müavininə də kəskin ittiham: "Ramin Məmmədovla bağlı araşdırma aparılmalıdır!"
25 aprel 14:26
- Kənd Təsərrüfatı Nazirliyinə yeni sözçü təyin olundu
25 aprel 13:48
- Azərbaycanda iri qızıl filizi yatağının işlənməsi üzrə planlar açıqlandı
25 aprel 13:20
- İşdən çıxarılan generalın milyonluq mülkləri
25 aprel 13:05
- İlham Əliyev Atatürkün məzarını ziyarət edib
25 aprel 12:51
- Məktəbdə zorlama hadisəsi AKSİYAYA SƏBƏB OLDU
25 aprel 12:39
- ABŞ-dan Nikol Paşinyana ilk dəstək
25 aprel 12:30
- “Ramiz Mehdiyev bizim ağsaqqalımızdır” - Nazim İbrahimov
25 aprel 12:16
- Azərbaycanda xanım nazir təyin edildi
24 aprel 23:50
- Azərbaycanın əməkdar artisti vəfat etdi
24 aprel 23:43
- Əliyevlə Ərdoğan birgə şam edib - Fotolar
24 aprel 23:33
- Metro əməkdaşı kənd əhalisini təhqir etdi - Qalmaqal
24 aprel 19:30
- İlham Əliyev Türkiyədə səfərdədir
24 aprel 19:22
- Yeni nazir bəstəkarın oğludur
24 aprel 16:32
- Torontoda erməni terroru: 10 ölü, 15 yaralı
24 aprel 16:27
- Xətai rayonunda yarım əsr yaşı olan ağacları kəsib, yerində obyekt tikirlər (VİDEO)
24 aprel 16:12
- “Vəzifəsinin öhdəsindən gələ bilməyib...
24 aprel 15:58
- Əlyazmalar institunda konfrans keçirilib
24 aprel 15:34
- Vahid Əhmədov ürəyindən əməliyyat olunub
24 aprel 14:21
- " Yeganə və Yafəs" dastanı
24 aprel 14:11
- Prezident Xarici Kəşfiyyat Xidmətinin direktoru ilə görüşüb
24 aprel 14:01
- Miqrasiya Xidmətinə yeni rəis təyin olundu
24 aprel 09:52
- Dövlət Gömrük Komitəsinin yeni sədri
24 aprel 09:45
- Yeni diaspora nazirimiz
24 aprel 09:35
- “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır
24 aprel 09:28
- Yeni ekologiya naziri Muxtar Babayev
23 aprel 17:05
- Serj Sarkisyan istefa verdi - “Səhv etdim...”
23 aprel 16:51